DAHA BİR MƏHKUM HƏBSXANADA ÖLDÜ
Tarix: 13-08-2012, 11:31 |
Çap et
ŞABAN HAQVERDİYEVİN 75 YAŞI VAR İDİ
Azərbaycanda məhkum xəstəlikdən ölüb. Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan bildirilib. Məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan məhkum, 1937-ci il təvəllüdlü Haqverdi Şaban oğlu Haqverdiyev ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, H. Haqverdiyev 2008-ci ildə qəsdən adam öldürmək təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.