Respublika Klinik Xəstəxanası yenidən qurulur .....                     Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi .....                     Kremlin Zəngəzur dəhlizi marağı... .....                     Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi .....                     AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib .....                     Dövlət Xidməti 6 milyonluq tenderinin .....                     İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB .....                     Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... .....                     Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq .....                     “Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” .....                     Hacı Şahinin məzarı yeniləndi .....                     “Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır .....                     "Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" .....                     44 saylı notariusun adı saxtakarlıqda keçir .....                     Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? .....                     “Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” .....                     Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... .....                     COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? .....                     Azərbaycanda bu yağ qadağan edilir? .....                     Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. .....                     "Melissa Group" tikinti şirkətinin özbaşınalığı .....                     “Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” .....                     "Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" .....                     Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? .....                     dia-az.site-da TEXNİKİ FASİLƏ .....                     Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu .....                     Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb .....                     Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi .....                     Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır .....                     Gürcüstanda keçiriləcək parlament seçkiləri... .....                     İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı .....                     Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... .....                     Ermənistan təzyiqlərə tab gətirə bilməz .....                     "Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" .....                     Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir .....                     Anti-Bakı dairələrin COP29 sancısı .....                     Sovet dövründən qalma problem... .....                     Sabirabadda fermerlər SAHİBSİZ QALIB... .....                     ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq .....                     BRİCS bizə NƏ VERƏ BİLƏR? .....                 

"Bu obrazı oynayanda hər tamaşadan sonra səpirdim" - Afaq Bəşirqızı
Tarix: 14-01-2016, 09:21 | Çap et
"Bu obrazı oynayanda hər tamaşadan sonra səpirdim"
Xalq artisi Afaq Bəşirqızı müsahibə xahişimizə heç bir çək-çevir etmədən öz razılığını vermişdi və biz görüş vaxtını da təyin etmişdik. Lakin sonradan özü zəng edib “xəstəxanaya yerləşdirilməliyəm, siz bu gün gəlin” dedi. Dərhal çalışdığı Musiqili Komediya Teatrına yollandıq.

Teatrda Afaq xanımla dəhlizdə qarşılaşdıq. Bugünlərdə 60 yaşını qeyd edən aktrisa yaşına uyğun olmayan iti və şux addımlarla bizə yaxınlaşıb, səmimi görüşdü. Beləcə onun qrim otağına keçib müsahibəmizə başladıq.

Əvvəlcə səhhətində yaranmış problemin səbəbini soruşsaq da, aktrisa bu mövzuda danışmaq istəmədiyini bildirdi: “Mən xəstə kimi təqdim edilməyi xoşlamıram”.

- Kino sahəsində özünəməxsus yeri olan Afaq xanımı niyəsə son çəkilən filmlərdə görə bilmirik. Səbəb nədir?

- Çəkilirəm. Bu, Ramiz Fətəliyevin “Həddindən ziyadə çox təsadüflər” adlı bədii filmidir. Filmin rejissoru Ülviyyə Könüldür. Mənim çəkilişlərim isə ayın 20-dən başlayır. Mart ayında filmin təqdimatı olmalıdır. Rolum çox qeyri-adi və maraqlıdır.
Ola bilsin digərləri fikirləşir ki, filmlərin ssenarisi məni qane etməz və ya orda mənə aid obraz yoxdur və s.

- “Afaq gülür, güldürür” layihəsi də artıq efirlərdə görünümür.

- Layihə məndən aslı olmayan səbəblərdən dayandırıldı. “Space” TV-nin rəhbərliyi dəyişdi və yeni rəhbərliyin bu proqrama fikri, yönü başqa cür oldu deyə mən dayandırdım. Amma çox müvəffəqiyyətli idi və 8 serial çəkilmişdi. Yəqin ki, belə də olmalı idi. Hər şeydən bir az, amma dadlı və duzlu.

- Yol polisləri komediya ustalarının hədəfinə tez-tez tuş gəlir. Amma həmin layihədə yol polisiləri sizin obrazınızda fərqli hədəfdə idi. Daha təvazökar, səmimi, hətta sərnişinlərə öz xidməti avtomobilinin benzinindən pay verən məmur... Bu, sizin yol polislərində görmək istədiyiniz obraz idi, ya doğrudan sizin qarşınıza ancaq bu cür məmurlar çıxıb?

- Uzun müddət bu mövzu gedirdi: “Polislər pul alırlar”, “Polislər haqlı olanı saxlamırlar” və s. Mən onları saf çıxartmaq üçün o qədər qəribə bir polis canlandırdım ki, axırda mənə zəng edib dedilər ki, “day bu qədər yox da” (gülür). Hər hadisəni daşla vurmazlar. Ən acı sözü zarafatla deyirlər. Mən həmin metoddan istifadə etmişdim. O layihədə çox sərbəst surətdə istədiyim obrazları, yol polisi, deputatı, baş həkimi və s. canlandırırdım. Aktyora qadağa qoymaq ki, bu olmaz, sən yalnız xadiməni və taksi sürücüsünü canlandırmalısan. Bu, artıq sənətə daş vurmaq, sənətin belini sındırmaq deməkdir. Mənə elə gəlir ki, ən günahsız elə xadimələr və taksi sürücüləridir, onlar da heç kəs üçün maraqlı deyil. Çünki bu cəmiyyətdə onların heç bir günahı yoxdur. Nə dərəcədə düzgündür ki, günahı, sərgüzəştləri olanları canlandırmağa icazə verilməsin?

- Bugünlərdə efirlərdən “qara yumorlar”ı yığışdırdılar. Sizcə, doğrudanmı onlar tamaşaçı üçün əhəmiyyətli deyildi, yoxsa hansısa məmurların tənqid olunmasına görə bu addım atıldı?

- Buna qarşı mən öz kəskin etirazımı bildirirəm. İştirak etdiyim “Qayınanamız” serialı üçün də dedilər ki, guya ki, milli mentalitetə uyğun deyilmiş. Mən milli mentaliteti iki şeydə bilirəm; bir Qarabağım, bir də səlist Azərbaycan dilində danışmağım. Mən milli mentaliteti belə görürəm. Özü də kimə, Afaq Bəşirqızına irad tutulur. Sonradan əmr verildi, lakin mən getmədim. Əslində serial çox maraqlı sonluqla bitəcəkdi...

Əvvəllər seriala çəkilməmişdim. Bu seriala da razılıq verməyimin səbəbi Dilarənin xətrini çox istəməyim idi. Demirəm ki, serialda hər şey mükəmməl idi, əyər-əskikliklər də var idi. Və mən bir daha aktyor, istedad yoxluğunu hiss etdim.

- Fikrinizcə, səbəb nədir?

- Çox səbəb var. Amma əsas səbəblərdən biri İncəsənət Universitetində test imtahanının olmasıdır. Bu, istedadların qarşısını böyük sədlə aldı. Artıq beş ildir ki, dərs demirəm. Bundan əvvəl yeni gələn tələbələrlə tanış olandan sonra məlum olurdu ki, onlar başqa universiteti nəzərdə tutsalar da, bal azlığından bura düşüblər. İncəsənət Universiteti, səhnə haqqında heç bir fərziyyəsi olmayan bir adam necə mənim tələbəm ola bilər? Necə aktyor yetişdirə bilərəm ki, onun istedadı yoxdur?

- Məşhur “Bəxt üzüyü” filmindən sonra bir müddət Ramiz Əzizbəyli ilə aranızda narazılıq yarandı. Bu inciklik hələ də davam edir?

- Mən 43 ildir ki, sənətdəyəm və heç vaxt, heç kəslə qalmaqalım olmayıb, ola da bilməz. Bu, bir jurnalistin məkrliyi və Ramizin bir az diqqətsizliyi ucbatından yarandı. Həmişə demişəm və deyəcəm də, mən onun ətini yesəm də sümüyünü çölə atmaram.

- “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” kimi televiziya tamaşalarını bu gün efirdə izləyəndə gözünüzün önündə hansı xatirələr canlanır?

- Yalnız Vaqif Səmədoğlunun silueti gözümün qabağında canlanır, heç dəxli olmayan səhnələrdə gözlərim yaşarır. Onun ölümü mənim üçün çox böyük itki, çox böyük zərbə oldu. Bunu dillə, cümlə ilə izah edə bilmirəm. Bəzən də özümü tənqid edirəm, “bu səhnəni gərək belə edərdim”, “burda həddimi aşıb çox qabarıq” vermişəm və s. kimi hisslər yaşayıram.

- Ən məşhur obrazınız Söylüdür. Bir qadın kimi Söylüdə nəyi bəyənirsiz, nəyi bəyənmirsiz?

- Bəyəndiyim Söylünün saflığıdır, namuslu olması, ərini Allah hesab etməsi, ailəsinə qarşı diqqətliyi, hiyləgərlik bilməməsidir. Yeri gələndə o, Saraya görə hayqırır, onun kasıblığı lağa qoyulanda Sevda ilə dava edir. Amma çox pintidir. Özüm isə çox vasvasıyam. Bu obrazı oynayanda hər tamaşadan sonra səpirdim.

- Sizcə, indi də Söylülər varmı?

- Əlbəttə var ( iki dəfə vurğulayır). Özü də çox. İndi Söylünün yaşından qat-qat cavanlar var...Cəmiyyət özü pintiləşib.

- Bir neçə ay bundan əvvəl oğlunuz Səmral Təhməzovun tanınmış məmurun yerinə vəzifəyə təyin olunduğu barədə məlumatlar yayıldı. (Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yerinə, “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən ”M Trans" MMC-yə rəhbər təyin olunduğu bildirilirdi-red.)

- Oğlumun hərbi rütbəsi də var, özü öz gücünə ali savad alıb, magistraturanı bitirib, çox böyük iş təcrübəsi olan, öz sahəsində sayılıb-seçilən adamdır. Burda nə qeyri-adi bir şey var idi ki, jurnalistlər təşvişə düşmüşdü? Oğlum neçə illərdir ki, o vəzifədədir. Sadəcə, kiminsə yerinə təyin olunduğu səhv məlumatdır.

- Tamaşaçılara gülüş bəxş edən Afaq xanımı kim güldürə bilir?

- Oğlum Səmral (gülür).

- 21 dekabr devalvasiyasından sonra ölkə ictimaiyyətinin əhval-ruhiyyəsində bir dəyişiklik oldu. Bu gün də hər kəsin üzündə bir gərginlik, qorxu yaşanır. Sizə necə, bu əhval-ruhiyyə sirayət edibmi?

- Əlbəttə, mən də bu xalqın nümayəndəsiyəm. Ölkənin müəyyən atributları, strukturları var ki, onlar bu məsələnin həlli üçün müəyyən işlər görməlidir.

- Xalq artisti Bəşir Səfəroğlunun qızı olmaq sizə nələri verdi, nədə köməklik etdi?

- Xalq artisti Bəşir Səfəroğlu adi bir şəxsiyyət deyildi. Adına gəmilər, küçələr, teatr olan sənətkardır. Bu da hər sənətkara qismət olmur. Bəzən ağzı göyçəklər deyir ki, qızı var, ona görə. Xeyr, o özü şəxsiyyətdir, Azərbaycan teatr səhifəsinə qızıl hərflərə düşən aktyordur.
Onun qızı olmaq doğrudan da mənim üçün həm böyük məsuliyyət, həm də çətindir.

- Hansı qəzet və kitabları mütaliə edirsiz?

- "Yeni Müsavat"ı oxuyuram, arxayın olun. Yazıçılardan isə Seymur Baycanın, Çingiz Abdullayevin, Mopassanın kitablarını çox sevirəm.

- Ötən il tanınmış rejissor Ayaz Salayev aktrisalara “Soyunun, yoxsa xaricdən aktrisalar gətiriləcək, ya səhnəyə çıxıb açıq-saçıq səhnələri oynayın, ya da ki, bu sənətə gəlməyin” çağırışı etdi. Uzun illər pedaqoq işləyən Afaq xanım öz tələbələrinə belə bir çağırış edib?

- Çox təəssüflər olsun ki, indi bir çox sahələrdə soyunmaq daha əlverişlidir. Amma sənətdə aktrisa soyunmağı bacarmaldır. O soyunanda da paltarlı kimi görünməlidir. Mən “Təhminə və Zaur” filmində Fəxrəddinin intim səhnəsinə hardasa baxıram, qəbul edirəm. Çünki mən Təhminəni Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsində” əsərindən tanıyıram. Filmdə gözəl aktyor oyunu var idi, illah da Fəxrəddin tərəfindən... Biri var sən soyunasan, biri də var sənət səni soyundursun.

Ayaz Salayev ağıllı insan, çox gözəl rejissor, kino sahəsini çox yaxşı bilən mütəxəssis, kino akademikidir. O, elə-belə söz deməz.

- Bu məqamda bir siyasətçinin dediyi sözü xatırlayıram, “İndi Təhminələr çoxalıb...”

- Bəli, həyatda öz xoşbəxtliyini tapmayan, cüzi bir səhvi həyatının qlobalına çevrilən, cəmiyyətdə heç kəsin xoşuna gəlmək gücünə malik olmayan, “olmaz onunla evlənmək”, “olmaz onunla danışmaq”, “o mənim gəlinim ola bilməz” kimi qınaqlara tuş gələn qadınlarmız çoxalıb.

- Onda belə bir sual da verim - sizcə, kimdir günahkar, Təhminələrin özümü, yoxsa cəmiyyətmi?

- İmam Əli əleyhissalam deyib ki, “biz ata-anamızdan oluruq, amma bizi cəmiyyət böyüdür”. Zəmanənin vəziyyətini bizlər yaradırıqsa, deməli, zəmanəni biz fırladırıq, zəmanə bizi yox. Qəbahətlərlə dolu zamanədə yaşayırıqsa və bunu biz törədiriksə, deməli, özümüz günahkarıq.

-Adətən incəsənət adamları siyasətdən uzaq qaçır, lakin siyasətə qoşulanlar da var. Sizin nə vaxtsa bu cür fikriniz olub?

- İlk dəfədir ki, bunu sizin qəzetə açıqlayacam. Etibar Məmmədov, Nazim İmanov mənim sinif yoldaşlarımdır, biz yaxın dost olmuşuq. Lakin səhnəyə çıxanda mənim üçün partiya olmur. Tamaşaçılarım arasında bütün partiya üzvlərindən var.

Bir dəfə belə bir hadisə oldu, günlərin bir günü, axşamüstü Nazim mənə zəng vurdu. Dedi ki, Afaq, səndən bir xahişim var. İstəyirəm ki, sən Milli İstiqlal Partiyasının üzvü olasan. Dedim ki, ay Nazim, mən hara, partiya hara. Bildirdi ki, partiyada parçalanma gedir, istəyirəm ki, Etibar tək qalmasın. O vaxt o partiyanı tərk edənlərin çoxu indi iqtidarın ətrafındadır. Mən də bu sözə görə partiyaya üzv olmaq üçün ərizə yazdım, orda bildirdim ki, partiyanın rəhbəri mənim dostum, can-ciyərim olduğu üçün azərbaycançılıq uğrunda onun gücünə güvəndiyim görə bu partiyanın üzvü oluram. Bu 90-cı illərdə olub. Məni düzgün başa düşün, əgər bu mənim dostuma, hörmət etdiyim adama lazımdırsa mən qurban gedirəm. Amma o dostum sonra deyə bilməz ki, gəl mitinqlərə, bayraq götürüb qışqır. Onlar Azərbaycanın ziyalı övladlarıdır.

- İndi də həmin partiyanın üzvüsünüzmü?

- Xeyr, sonralar çıxdım. Bir çox siyasətçilərə hörmətim var. Amma dövlətçiliyimizin təhlükəsizliyi üçün bütün qınaqları, şəxsi ambisiyaları kənara qoyub kompromisə getməliyik. Çünki hamımız azərbaycanlıyıq. Əgər yavan aşımızın arıq toyuğu ola bilmiriksə, gedib düşmənin yağlı qazmağı olmayaq.

- Bugünlərdə xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişdi. Bəzi müxalif düşüncəli şəxslər isə şairi tənqid atəşinə tutdular, onu “saray şairi” adlandırdılar. Bu məsələyə münasibətiniz?

- Desəm ki, Zəlimxan Yaqubun yaradıcılığı ilə yaxından tanışam, yanlışlıq olar. Lakin o, həmişə deyirdi ki, mənə həyatda qiymət verən, şair kimi dəyərləndirən, qayğımı çəkən Heydər Əliyev, İlham Əliyevdir. Ən azından Zəlimxan bizim xalq şairimizdir. Onun ölümünün ardınca “saray şairi”, “saray təlxəyi” adlandıranların özü elə saray təlxəkləri, naqislərdir.

- Ötən il Afaq xanım üçün necə yadda qaldı?

- 2015-ci il mənim ilim oldu. Bəşir Səfəroğlunun 90, mənim isə 60 illik yubileyim keçirildi, prezident məni məktubu ilə təbrik edib ödül verdi, gəlinim “ilin müəlliməsi” oldu, oğlumun vəzifəsi dəyişdi...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Respublika Klinik Xəstəxanası yenidən qurulur - 18 MİLYONLUQ TENDER UDULDU
Bu gün, 03:40
Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 03:33
Kremlin Zəngəzur dəhlizi marağı... - AKTUAL
Bu gün, 03:10
Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi - QALİB ŞİRKƏT
Bu gün, 03:06
AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 03:04
Dövlət Xidməti 6 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 03:00
İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB - Nazirlik SÖZ VERSƏ DƏ...
Bu gün, 02:54
Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... - FOTO
Bu gün, 02:45
Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq - Avropa Hakimlər İttifaqı
Bu gün, 02:30
“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
Bu gün, 02:15
Hacı Şahinin məzarı yeniləndi - FOTO
Bu gün, 02:09
“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Bu gün, 02:06
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - deputat
Bu gün, 02:03
44 saylı notariusun adı saxtakarlıqda keçir - Ədliyyə Nazirliyi isə deyir ki...
Bu gün, 02:00
Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:56
“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” - AXI NİYƏ?..
Bu gün, 01:51
Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... - NARAZILIQ VAR...
Bu gün, 01:46
COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? - AÇIQLAMA
Bu gün, 01:40
Azərbaycanda bu yağ qadağan edilir? - İLGİNC
Bu gün, 01:36
Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. - Zaman Novruzov açılışda
Bu gün, 01:30
"Melissa Group" tikinti şirkətinin özbaşınalığı - : Vətəndaşın razılığı olmadan mənzil sökülə bilərmi?
Bu gün, 01:25
“Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” - deputat
Bu gün, 01:22
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
Bu gün, 01:19
Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? - Okeanın o tayından göndərilən sirli məktub
Bu gün, 01:12
dia-az.site-da TEXNİKİ FASİLƏ - NƏZƏRƏ ALIN!
Dünən, 19:39
Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu - TƏFƏRRÜAT
Dünən, 10:29
Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb
Dünən, 10:27
Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi - FOTO
Dünən, 10:25
Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır - Azərbaycanın mövqeyi
Dünən, 10:11
Gürcüstanda keçiriləcək parlament seçkiləri... “olum, ya ölüm” seçkilərinə çevrilməkdədir
Dünən, 10:07
İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı QƏRAR
Dünən, 10:00
Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... - “Past”
Dünən, 09:57
Ermənistan təzyiqlərə tab gətirə bilməz - ƏGƏR...
Dünən, 09:54
"Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" - Aslan İsmayılov SORUŞUR
Dünən, 09:51
Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir - deputat
Dünən, 09:44
Anti-Bakı dairələrin COP29 sancısı - vətəndaş cəmiyyəti etiraza qalxdı
Dünən, 09:42
Sovet dövründən qalma problem... - BU NƏDİ BELƏ?
Dünən, 09:38
Sabirabadda fermerlər SAHİBSİZ QALIB... - Göyçayda da DURUM EYNİDİR...
Dünən, 09:34
ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:27
BRİCS bizə NƏ VERƏ BİLƏR? - AKTUAL
Dünən, 09:22
Sülhdən sonra "kiçik savaş" - “B” planı açıqlandı
Dünən, 09:11
Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək
Dünən, 09:01
Kritik an çatdı: Tehran vurulsa... - “domino effekti” Azərbaycana nə vəd edir...
Dünən, 08:59
Toyuq ətinin qiyməti niyə bahadır? - MÖHTƏKİRLİK, YOXSA?..
Dünən, 08:53
İran indi də BTC-nin bağlanmasına israr edir - AXI NİYƏ?..
Dünən, 08:50
“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir
Dünən, 08:48
AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... - GİLEY
Dünən, 08:45
"Biz hələ çox konsertlər verəcəyik..."
Dünən, 08:40
İran "təhlükəsizlik çəmbəri" yaradır - İNCƏLƏMƏ
Dünən, 06:50
İlk dəfə deyil ki ERMƏNİ ŞƏRİ İLƏ ÜZ-ÜZƏYİK... - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru