İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti .....                     Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib .....                     Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib .....                     Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb .....                     Qubanın üç kəndinin adı dəyişdirilib .....                     Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb .....                     MTN generalı vəfat etdi .....                     Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi .....                     "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." .....                     İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib .....                     Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib .....                     Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir .....                     Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir .....                     “Kapital Bank”da yeni təyinat .....                     Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün .....                     Cabbarovun sədrliyini tanımadılar .....                     Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? .....                     Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb .....                     Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb .....                     Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır .....                     Bəzi yerlərdə duman olacaq .....                     Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi .....                     "Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" .....                     Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: .....                     Bu da Xoşqədəmin böyük oğlu .....                     Şağanda obyekt qalmaqalı .....                     “Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə .....                     Vüsal Nəsirli onu müdir müavini təyin etdi .....                     Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib .....                     Bank geridə qaldığından... .....                     Başçı bayramı FÜRSƏT BİLİB... .....                     Fransa Ermənistanda hərbi baza yaradır? .....                     İsraildəki etirazların maliyyələşdirilməsini kim həyata keçirib? .....                     "Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" .....                     “TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     AYNA dayanacaqların təmiri üçün .....                     Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb .....                     Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir .....                     Bakıda marketdə qadın müştəri kassiri döydü .....                     Kremldən İrəvana gözlənilməz diplomatik jest .....                 

"Azercell" Azərbaycan gənclərinin işləmək üçün ən çox arzuladığı şirkətdir
Tarix: 30-12-2015, 09:13 | Çap et
"Azercell" Azərbaycan gənclərinin işləmək üçün ən çox arzuladığı şirkətdir
DİA.AZ "Azercell" şirkətinin prezidenti Vahid Mürsəliyevin Trend-ə müsahibəsini təqdim edir:

- Suallara keçməzdən əvvəl Sizi şirkətin rəhbəri vəzifəsinə təyin edilməyiniz münasibətilə təbrik etmək istərdik. Siz Azercell-in yaradılmasından etibarən şirkətə rəhbərlik edən ilk azərbaycanlısınız. Bu il şirkətdə işləməyinizin 10 ili tamam olur.

- Təbriklərinizə görə təşəkkür edirəm. Doğru qeyd etdiniz, şirkət yarandığı və fəaliyyət göstərdiyi 19 il ərzində mən şirkətə rəhbər vəzifəyə təyin olunan ilk azərbaycanlıyam. Amma əslində, Azercell-ə bağlılığım 10 il bundan əvvələ təsadüf edir. 2005-ci ildən Azercell-in müxtəlif rəhbər vəzifələrində çalışmışam. Son olaraq isə Hüquq və İdarə İşləri departamentinin direktoru və şirkət prezidentinin baş müşaviri vəzifəsində çalışmışam.

2015-ci ilin yanvar ayından etibarən həmin vəzifədə çalışmaqla yanaşı, həm də şirkətin prezidenti vəzifəsini icra edirdim. Nəhayət, təsisçilərin ümumi yığıncağının qərarı ilə bu ilin dekabr ayının 1-dən etibarən şirkətin prezidenti vəzifəsinə təyin olundum. Hesab edirəm ki, biz şirkətlə bir vəhdət təşkil edirik - mən və "Azercell". Yəni mən özümü şirkətin bir parçası kimi görürəm. Öz beynəlxalq təcrübə sahəsindəki biliklərimi, idarəçilik imkanlarımı, liderlik bacarıqlarımı burada xeyli inkişaf etdirmişəm. Ona görə də mən özümü bu şirkətə borclu hesab edirəm. Bundan sonra da bu şirkətdə olduğum müddətdə əlimdən gələni edib şirkətin uğurları üçün çalışacağam.

- Azərbaycanda qabaqcıl telekommunikasiya şirkətinin prezidenti kimi öz yolunuzu necə xarakterizə edərdiniz? Necə düşünürsünüz, "Azercell" kimi iri şirkətin rəhbərinə hansı xüsusiyyətlər xas olmalıdır?

- Bilirsinizmi, bəzən insanlara bir şirkətin, təşkilatın rəhbəri deyəndə, dərhal bizdə psixoloji olaraq bir müdirlik imici formalaşır. Müdir gəldi, müdir getdi, qapını aşmaq və s. Hesab edirəm ki, telekommunikasiya şirkətində rəhbər olmaq təkcə müdir olmaq deyil. Belə bir şirkətə rəhbərlik etmək üçün, ilk növbədə, liderlik bacarığı tələb olunur. Çünki indi texnologiyanın, elmin dinamik inkişafı zamanı sadəcə müdir olmaq, şirkətin gündəlik fəaliyyətinə rəhbərlik etmək azdır. Əsas məsələ komandanı həvəsləndirərək idarə etmək, bazarı hiss etmək, texnologiyanın sürətli inkişafı ilə ayaqlaşmaq və müxtəlif fikirli insanları bir araya gətirib şirkətin liderliyini bazarda qoruyub saxlamaqdır. Bunun üçün həm bütün təcrübə və bacarıqlarımı işə salır, həm də Azercell-in peşəkar komandasının dəstəyindən istifadə edirəm.

- "Azercell" kənardan böyük, bütöv orqanizm kimi görünür. Bəs şirkətin daxili dünyası nədən ibarətdir?

- Əslində, kənardan görüntü elə doğru görüntüdür. "Azercell" həqiqətən də böyük bütöv bir orqanizmdir. Bizim şirkətdə istedadlı, bacarıqlı insanlar çalışırlar və bu şirkətdə onlara öz fikirlərini ifadə etmək üçün tam sərbəstlik verilib. İnsanlar həm fikirlərini sərbəst ifadə edirlər, həm də qarşılıqlı olaraq bir-birilərinə çox ciddi dəstək verirlər. Yəni bir söz var - hamı bir nəfər üçün, bir nəfər hamı üçün. Şirkətimizdəki ab-hava məhz bu deyimə uyğun gəlir. Hamı birlikdə şirkətin uğurları, mənafeyi üçün çalışır. Ona görə, hesab edirəm ki, doğrudan da "Azercell" bir orqanizmdir. Biz bütün gücümüzü sərf edəcəyik ki, bu orqanizmin sağlamlığını, bütövlüyünü, dayanıqlığını qoruyub saxlayaq.

- Azercell-in əməkdaşlarının əksəriyyəti mütərəqqi Azərbaycan gəncləridir. Sizcə, niyə gənclər məhz Azercell-də işləməyə can atırlar?

- Bizim əməkdaşların böyük əksəriyyətini gənclər təşkil edir. Müəyyən bir vakansiya açılanda da həmin vakansiyaya işləməyə gəlmək istəyənlərin böyük əksəriyyəti gənclər olur. Azərbaycan gəncliyi son illər, sözün əsl mənasında, bir sıçrayış edib. Xüsusilə həm dövlətimizin siyasəti sayəsində, həm də bəzən müstəqil formada xaricdə təhsil alıb gələn gənclərin sayı çoxalır. Bu gənclər "Azercell" şirkətində çalışmağa can atırlar. Çünki biz onlara istedadlarını nümayiş etdirmək üçün həqiqətən də böyük bir meydan yaradırıq və onlar özlərini tam şəkildə inkişaf etdirə bilirlər. Bu gün çox xoş haldır ki, "Azercell" şirkəti Azərbaycan gəncliyinin, bizim cavanların işləmək üçün ən arzuladığı şirkətdir. Biz hətta hər il şirkət daxilində araşdırma aparırıq. Araşdırmalarda insanların şirkətə bağlılığı, işçilərimizin dostlarına bu şirkəti məsləhət görüb-görmədikləri barədə suallar tərtib edirik. Sorğularda 90 faizədək müsbət nəticə alırıq. İşçilərimiz nəinki burada çalışmaqdan məmnundurlar, onların hər biri çox böyük həvəslə öz dostlarına, tanışlarına Azercell-də işləməyi məsləhət görərdilər.

- Bu il "Azercell" üçün daha nə ilə əlamətdar olub, şirkət növbəti illərdə qarşısına hansı məqsədlər qoyub?

- Şirkətimiz ilk fəaliyyəti dövründən, yarandığı ilk vaxtlardan bu günə kimi hər il, hər zaman keyfiyyətli rabitə xidmətləri göstərmək, bazara yeni texnologiyalar gətirmək, müştərilərimizi məmnun etmək, onlara yeni servislər təklif etmək strategiyasını aparır. Bu baxımdan, bu il də şirkətimiz üçün əvvəlki illərdən fərqli olmayıb. Biz yenə də bazara müasir texnologiyalar gətirib, şəbəkəmizi gücləndirib Azercell-dən istifadə edən müştərilərimizi razı salmağa və sevindirməyə çalışmışıq. Konkret olaraq əlamətdarlıqdan danışsaq, qeyd edə bilərəm ki, bu çətin beynəlxalq qlobal iqtisadi vəziyyət vaxtı şirkətimiz bazarda liderliyini qoruyub saxlayıb. Bizim bazar payımız 48 faizdən bir qədər yuxarıdır. Abunəçilərimizin sayı 4,5 milyon ətrafındadır. Biz vəziyyətin çətinliyinə baxmayaraq, azərbaycanlıların ən çox seçdiyi mobil operator olaraq qalmışıq. Bundan başqa, mobil internet sahəsində ciddi sıçrayış əldə etmişik. 2015-ci ildə "Azercell" abunəçiləri arasında mobil internet xidmətindən istifadə həcmi təxminən 39% artıb. Biz bununla yanaşı, mobil internetin qiymətini 55% endirərək müştərilərimizə şərait yaratmışıq ki, onlar bu xidmətdən daha rahat və əlverişli şəkildə istifadə etsinlər. Həmçinin yüksək sürətli interneti dəstəkləyən cihazları abunəçilərimiz üçün daha əlçatan etmək üçün bazara yeni mobil cihazların çıxarılmasını təmin etmişik, müxtəlif kombo təkliflər və kampaniyalar keçirmişik. "Bookmate" kimi intellektual və maarifləndirici mobil tətbiq də bu il "Azercell" müştərilərini çox sevindirdi. Dünya ədəbiyyatından yarım milyon kitabı mobil cihaz vasitəsilə bizim oxucuya çatdıran və Azərbaycan dilində 1500-dən çox ədəbiyyata çıxış verən "Bookmate" istifadəçilərinin sayı hər gün artır. Dünya üzrə ən aşağı olan eksklüziv aylıq abunə haqqı isə 1 kitabın dəyərindən azdır - 3.5 manat. Bizi tək ani qazanc maraqlandırmır. Biz müştərilərimizi həmişə bir nömrəli prioritet hesab edirik. Onların məmnuniyyəti bizim üçün çox önəmlidir.

- Uzun illərdir ki, mobil rabitə sahəsində işləyirsiniz. Stasionar telefondan istifadə edirsinizmi?

- Sözün düzü, nadir halda. İndi mobil telefon o qədər rahat və əlçatandır ki, yəni biz harada olmağımızdan asılı olmayaraq, onu həmişə özümüzlə götürürük və istədiyimiz an istədiyimiz tanışımıza zəng vura bilirik. Mənim həyatım isə dinamik olduğu üçün daim hərəkətdəyəm - görüşlər, xarici səfərlər, toplantılar bir kabinetdə oturmağa imkan vermir. Köməyimə yalnız mobil telefon yetir, onsuz çətin olur.

- Hazırda bir çoxları qeyd edir ki, mobil telefonlar insanlar arasında birbaşa ünsiyyəti azaldır. Diqqət yetirsək görərik ki, bir çox insan küçədə, kafedə və digər ictimai yerlərdə bir-biri ilə ünsiyyət saxlamaq əvəzinə telefona baxırlar. Bu prosesi necə qiymətləndirərdiniz? Sizə elə gəlmirmi ki, müasir texnologiyalar canlı ünsiyyəti azaldır?

- Açığı, bu fikrə o qədər də qatılmıram. Düzdür, tək mobil telefon deyil, hətta mobil telefondan öncə də, stasionar telefon olanda da, hər gün bir-biri ilə görüşüb hal-əhval tutmaq istəyən insanlar bəlkə artıq bir az gec-gec görüşməyə başlayırdılar. Xüsusən də mobil telefon yaranandan sonra insanlar telefon vasitəsilə çox ünsiyyətdə olurlar. Lakin bu, insanların bir-birindən uzaqlaşma anlamına gəlmir. Həm də indiki texnologiyanın inkişaf etdiyi, informasiyanın bol olduğu zamanda insanların mobil telefondan ayrılmamasına bir səbəb də daha çox informasiya əldə etmək istəyi və həvəsidir. İnsanlar, xüsusilə gənclər mobil telefondan və mobil cihazlardan istifadə edərək internetə daxil olurlar, vaxtlarını orada çox keçirirlər, bilgilər alırlar. Ona görə də bəlkə üzbəüz görüşməyə ehtiyac daha az olur, canlı ünsiyyət azalır. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada özünü göstərən tendensiyadır. Bir qədər məyusedici səslənsə də, bunun qarşısını almaq nə mümkün, nə də doğru olardı. Çünki zaman bizdən dəyişməyi tələb edir. İnsan şüuru cisimsizləşir. Texnologiyalar bizi məsafələri və zamanı qət etməyə vadar edir. Əlbəttə, canlı ünsiyyəti hərə öz aləmində qoruyub saxlamalıdır, amma təkamülə güc gəlmək əvəzinə, onu düzgün yönəldib inkişaf etdirməliyik.

- Bizdə olan məlumata görə, vaxtilə “Space” telekanalının adını siz vermisiniz. Bu barədə danışmağınızı istərdik.

- Doğrudur. Mən vaxtilə Azərbaycan Reklamçılar Assosiasiyasının birinci vitse-prezidenti olmuşam. Azərbaycanda Reklamçılar Assosiasiyasının yaradılması, reklam biznesinin inkişafında müəyyən zəhmətim olub. Bundan əvvəl qüvvədə olan reklam haqqında qanun layihəsinin müəllifi olmuşam və biz onu Reklamçılar Assosiasiyası olaraq Milli Məclisə təqdim etmişdik. Reklamçılar Assosiasiyasında çalışanda bizim vitse-prezidentlərdən biri mənə yaxınlaşıb dedi ki, belə bir ideya var. Sabah səhərədək həm sənədlər hazırlanmalı və ən başlıcası isə bir yaxşı ad təklif edilməlidir. Sənədin hazırlanması bir o qədər çətin olmadı. Bir neçə ad təklif edildi. Sonunda “Space” adı üzərində dayanıldı, təklif tam bəyənildi və əlavə dəyişiklik olmadan qəbul edildi.

- "Azərbaycan - 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında İKT sektoru prioritet sahələrdən biri kimi qiymətləndirilir. Siz "Azercell" şirkətinin prezidenti kimi deyil, müstəqil ekspert kimi bu bazarın gələcəyini necə qiymətləndirirsiniz?

- Hər bir dövlət üçün qeyri-neft sektorunun inkişafı çox önəmlidir. Azərbaycanın müstəqilliyi dövründə dövlətimiz karbohidratlar, enerji ehtiyatlarında istifadənin çox uğurlu siyasətini qurub və çox bacarıqla istifadə edilərək iqtisadi inkişafa nail olunub. Amma dünyanın heç bir dövləti tək enerji ehtiyatlarına güvənərək uzunmüddətli iqtisadi siyasətini qura bilməz. Məhz buna görə də dövlətimiz vaxtında qeyri-neft sektorunun inkişafında doğru addımlar atdı və bu sahənin inkişafına mühüm dəstək verə biləcək tədbirlər gördü. Bu baxımdan da İKT sektorunun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Çünki bu dövr artıq informasiya kommunikasiya texnologiyaları dövrüdür. Dövlətimiz bu sahədə də çox düzgün mövqe tutaraq İKT sektorunun inkişafına böyük önəm verir. 2013-cü ilin yanvar ayında cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü il "İKT ili" elan olundu. Bundan başqa, cənab Prezidentin 2014-cü ilin aprel ayında imzaladığı sərəncamla Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya təsdiq olundu. Bu, dövlətimizin İKT sektorunun inkişafına nə qədər önəm verməsinin göstəricisidir. Mən də İKT sektorunda çalışan bir insan kimi düşünürəm ki, bu sektor dayanmadan çox böyük sürətlə inkişaf edəcək. Necə ki, bu gün cəmiyyətin, insanların həyatının ayrılmaz parçasıdır və uzun müddət, illər boyu bu belə də qalacaq. İnsanlar artıq İKT-nin yeni-yeni son modellərini mənimsəmək və onlardan istifadə etməklə həyatlarını rahat edəcəklər.

- Sentyabr ayında "TeliaSonera" Avrasiya bazarını tərk etdiyi barədə məlumat yaymışdı. Bu qərarla bağlı hazırda hər hansı addım atılıbmı?

- Bildiyiniz kimi, bizim şirkətin ən böyük sərmayədarı "TeliaSonera" şirkətidir. "TeliaSonera" öz biznesini Avrasiya regionundan çıxararaq diqqəti Avropaya, xüsusilə də Baltikyanı və Skandinaviya ölkələrinə yönəldəcək. Hazırda "TeliaSonera" şirkəti ilə potensial alıcılar arasında bu barədə danışıqlar gedir. Amma "TeliaSonera" Avrasiya regionunu, əsasən, "Fintur Holdings" üzərindən idarə edir. "Fintur Holding" şirkətində isə təsisçilərdən biri "Turkcell", digəri isə "TeliaSonera" şirkətidir.

İlkin imtina hüququndan istifadə edərək, Fintur Holdings-ə TeliaSonera-nın hissələrini almaq üçün ilkin olaraq "Turkcell" şirkəti maraq göstərir və bu barədə press-reliz yayımlayıb. Hazırda bu məsələ ilə bağlı danışıqlar davam edir. Amma əminəm ki, cəmiyyətə açıqlana biləcək məlumat olan kimi, "TeliaSonera" dərhal bu məlumatı açıqlayacaq.

Misal üçün deyim ki, Avrasiya regionunda "TeliaSonera" şirkətlərinə məxsus, Nepalda fəaliyyət göstərən "Ncell" şirkətinin bir müddət öncə Malayziyanın "Axiata" şirkəti tərəfindən alınması ilə bağlı razılıq əldə olundu. Çəmi bir neçə saat sonra isə "TeliaSonera" şirkəti bununla bağlı rəsmi məlumat yaydı.

Demək istəyirəm ki, eyni qayda digər şirkətlərlə bağlı baş verəcək və əgər hər hansı razılıq əldə olunarsa, "TeliaSonera" özü dərhal bu barədə ictimiayyətə məlumat verəcək.

Bu, kifayət qədər böyük bir addımdır və ola bilər ki, bir neçə ay davam etsin. Çünki söhbət çox böyük bir alqı-satqıdan gedir.

- Devalvasiya mobil rabitə xidmətlərinə mənfi təsir göstərə bilərmi?

- Biz çalışacağıq ki, istifadəçilərimizi, abunəçilərimizi çətin vəziyyətə salmayaq. Belə ki, bu, qlobal iqtisadi böhrandır. Bu hal təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə, xüsusən neft ixrac edən ölkələrdə özünü göstərir. Biz təbii ki, abunəçilərimizin vəziyyətindən istifadə edib qiymət qaldırmaq istiqamətində hələ düşünmürük.

Düzdür, bir kommersiya təşkilatı olaraq şirkət də öz fəaliyyətini davam etdirməlidir. Biz elə edəcəyik ki, abunəçilərimiz hər zamankı kimi xidmətlərimizdən razı olsun və mobil rabitənin üstünlüklərindən faydalı şəkildə yararlansın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Bu gün, 15:59
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Bu gün, 15:58
Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:56
Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Bu gün, 15:06
Qubanın üç kəndinin adı dəyişdirilib
Bu gün, 15:04
Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Bu gün, 14:59
MTN generalı vəfat etdi - 71 yaşında...
Bu gün, 14:52
Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Bu gün, 14:45
"Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Bu gün, 14:42
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Bu gün, 14:20
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:19
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 13:14
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 13:13
“Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:08
Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06
Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04
Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57
Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55
Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47
Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40
Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38
"Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36
Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: - "Avtobuslar kəndə girmir"
Bu gün, 12:33
Bu da Xoşqədəmin böyük oğlu - VİDEO
Bu gün, 12:31
Şağanda obyekt qalmaqalı - KİMSƏ BACARMIR?
Bu gün, 12:17
“Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi...”
Bu gün, 12:07
Vüsal Nəsirli onu müdir müavini təyin etdi - ƏMR
Bu gün, 12:04
Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:49
Bank geridə qaldığından... - Müştərisi MƏSLƏHƏTÇİYƏ ÇEVRİLDİ...
Bu gün, 11:41
Başçı bayramı FÜRSƏT BİLİB... - BU NƏDİ BELƏ?
Bu gün, 11:34
Fransa Ermənistanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27
İsraildəki etirazların maliyyələşdirilməsini kim həyata keçirib? - HESABAT
Bu gün, 11:17
"Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" - Paşinyan belə deyir...
Bu gün, 11:12
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 11:10
AYNA dayanacaqların təmiri üçün 420 min manat xərcləyəcək
Bu gün, 11:06
Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb
Bu gün, 10:56
Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir - Bakı və İrəvan anlaşıb?
Bu gün, 10:49
Bakıda marketdə qadın müştəri kassiri döydü
Bu gün, 10:46
Kremldən İrəvana gözlənilməz diplomatik jest - Putin Paşinyana təcili məktub göndərdi!
Bu gün, 10:44
Dövlət Xidmətinin korrupsiyada təqsirləndirilən sabiq vəzifəli şəxsi həbsdən azad edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir
Bu gün, 10:40
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: - “Hadisədən sonra özümə də xəsarət yetirdim”
Bu gün, 10:37
Güldürməsə də, qıdıqlayan Mənsur Şərif - Saffari yazır…
Bu gün, 10:35
"Finans Kredit" BOKT-un xalis mənfəəti 35 %-ə yaxın azalıb
Bu gün, 10:31
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloq qərardan NARAZIDIR
Bu gün, 10:29
Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş - KİV
Bu gün, 10:27
“Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: - “Bizi ayağa qaldırdı, ona evin böyük kişisi deyirik”
Bu gün, 10:25
Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... - TƏFƏRRÜAT
Bu gün, 10:14
Təhsilin fəlsəfəsi dəyişməlidir - ÇAĞIRIŞ...
Bu gün, 10:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru