Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                 

Gürcüstanın `qaz oyunları` nəyə yönəlib? – TƏHLİL
Tarix: 23-10-2015, 10:53 | Çap et
Gürcüstanın `qaz oyunları` nəyə yönəlib?
Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin sentyabrın 20-də Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller ilə Brüsseldə keçirdiyi görüşün təfərrüatları barədə məlumatın yayılması Gürcüstan ictimayyətinin narazılığı və kütləvi etiraz aksiyaları ilə qarşılanıb. Yayılan məlumata əsasən, Kaladze ilə Miller Gürcüstana ixrac olunan Rusiya qazının həcminin artırılması perspektivlərini müzakirə ediblər.

Keçmiş prezident Mixeil Saakaşvilinin müxalifətdə olan Vahid Milli Hərəkat partiyası hökumətin bu addımını xalqa xəyanət kimi qiymətləndirib. Oktyabrın 10-da keçirilən mitinqdə isə etirazçılar “Qazprom”la sazişin Gürcüstanın müstəqillik və suverenliyinə təhlükə yaratdığını bəyan ediblər.

Xatırladaq ki, Moskva ilə Tbilisinin münasibətlərinin gərgin olduğu 2006-cı ildə Rusiyadan Gürcüsta qaz nəqlini həyata keçirən Şimal-Cənub boru xəttində iki böyük partlayış baş verdi. Nəticədə Gürcüstan əhalisi qış mövsümündə qazsız qaldı. O dövrkü prezident Saakaşvili hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını və Gürcüstanın qaz nəqli xəttlərini öz nəzarətinə götürmək üçün bu iyrənc üsula əl atdığını bildirmişdi. Həmin vaxt Tbilisi kömək üçün Azərbaycana müraciət etmiş və Bakı ilə təbii qazın nəqli ilə bağlı razılığa gəlmişdi. Həmin dövrdən etibarən Gürcüstanın təbii qaz ehtiyacı bütövlükdə Azərbaycandan idxal olunan qaz hesabına ödənilir.

Hazırda Şimal-Cənub boru xətti vasitəsilə Gürcüstan ərazisindən Ermənistana qaz ixrac olunur. Tranzit haqqı kimi nəql edilən qazın 10 faizi Gürcüstana verilir.

Gürcüstanın idxal olunan qazın həcmylə bağlı “Qazprom”la danışıqlara başlaması çoxsaylı müzakirələ yol açıb. Belə ki, Qara dəniz və Türkiyə ilə Xəzər hövzəsi arasında strateji tranzit rolunu oynayan Gürcüstanda Rusiyanın nüfuzunun artması Qərbin ən azı ürəyincə olmayacaq. Gürcüstanın Azərbaycan üçün əhəmiyyətini nəzərə alsaq, bu ölkədə Kremlin təsirinin yenidən bərpa olunması Bakının da oradakı nüfuzuna xələl yetirə bilər.

Məsələyə birbaşa aidiyyatı olan baş nazir İrakli Qaribaşvilinin oktyabrın 10-da Bakıya səfəri və prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, ardınca oktyabrın 19-da Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvilinin Azərbaycan rəhbərinin qəbulunda olması güman ki, məhz qaz məsələsi ilə bağlıdır. Eyni zamanda, prezident İlham Əliyevin gələn ayın əvvəlində qonşu Gürcüstana səfəri nəzərdə tutulub.

Gürcüstanın Rusiya ilə danışıqlara girməsilə bağlı iki versiya irəli sürülə bilər. Birinci versiya ondan ibarətdir ki, bu addım Gürcüstan rəhbərliyinin özünün iqtisadi-siyasi maraqlarını təmin etmək üçün attığı addımdır. Ola bilər ki, Gürcüstan bu yolla bir mənbədən asılılığını aradan qaldırmağa, Rusiya ilə Azərbaycanın regional siyasi ambisiyaları arasında var-gəl etməklə həm qiymətdə endirimə nail olmağa, həm də iqtisadi asılılığın ortaya çıxardığı siyasi asılılığı aradan qaldırmağa çalışır.

Belə gedişlərlə Gürcüstan rəhbərliyi həm aldığı qazın qiymətinin ucuzlaşmasına ümid edir, həm də konkret dövlətin asılılığında qalmamağa çalışır. Bu tip təcrübəyə keçmiş baş nazir İvanişvilinin dövründə rast gəlinib. Həmin vaxt, Gürcüstan qazın qiymətində Azərbaycandan müəyyən güzəştlərə nail ola bilmişdi. Bu dəfə də, gürcü baş nazirlə xarici işlər nazirinin Azərbaycan prezidentinin qəbulunda “növbəyə yazılmaları” güzəştlərə nail olmaq istəyi ilə bağlı ola bilər.

Bir-birinə qarşı kəskin müxalif mövqedə dayandıqlarını nümayiş etdirməklə Gürcüstanda demokratiya illuziyası yaradan Saakaşvilinin Hərəkat partiyası ilə İvanişvillinin “Gürcü arzusu” partiyasının fəaliyyəti əslində bir-birini tamamlayır. Belə bir təəssürat yaranır iki, bu partiyalar dəyişməz strateji xətt üzrə vahid mərkəzdən idarə olunurlar. Bu baxımdan yanaşdıqda, Rusiya ilə qaz əməliyyatı Saakaşvillinin partiyası üçün qarşıdan gələn parlament seçkilərində qələbəyə şərait yaradır. Strategiya təxminən belədir – Hakimiyyətdə olan partiya ruslarla iş birliyinə girir, qazla bağlı məqsədinə nail olur. Sonra ivanişviliçilər saakaşviliçilər tərəfindən xəyanətdə ittiham olunur və məzuniyyətə göndərilirlər.

İkinci versiya isə Azərbaycanla Rusiya arasında Qarabağ məsələsi ilə bağlı müəyyən sövdələşmənin olması ehtimalını nəzərdə tutur. Məsələn, ehtimal etmək olar ki, Qarabağ probleminin həlli, yaxud bir neçə rayonun geri qaytarılması müqabilində Azərbaycan Gürcüstandakı təsir dairəsini Rusiyanın xeyrinə daralda bilər. Bu məqsədlə Azərbaycan Gürcüstanın qaza olan artan tələbatını ödəməkdən imtina edə və bununla Tbilisini qaz üçün Moskvaya elçi düşməsini labüdləşdirə bilər. Bu versiyanı səsləndirməyə əsas verən amillərdən biri də Ermənistanın ictimai xadimlərinin Azərbaycanın onların mövqelərinə qarşı ağır atıcı silahlardan istifadə etməsinə Rusiyanın heç bir reaksiya verməməsi ilə bağlı narahatçılıqlarını dilə gətirmələridir.

Qeyd edək ki, Gürcüstanın Rusiyanın təsir dairəsinə keçməsi hazırkı ağır geosiyasi mübarizə vəziyyətində Moskvanın Vaşinqton qarşısında psixoloji üstünlüyünü artırır.

AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru