Narın-narın əldən gedən Gədəbəy... - Günahkar başçıdır...
Tarix: 5-05-2015, 11:53 | Çap et
 Gədəbəyin Şəkərbəy kəndində örüş sahəsi üstündə dava düşüb, iki nəfər yaralanıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə mayın 3-də rayonun Şəkərbəy kəndi yaxınlığında olan yaylaqda baş verib. Orada fermer təsərrüfatı fəaliyyəti ilə məşğul olan bir neçə nəfərlə heyvanları üçün yay örüşü təşkil etmək istəyən rayonun Sarıhacallı kəndinin 4 nəfər sakini arasında dava düşüb.
Dava zamanı Sarıhacallı kənd sakini, 1950-ci il təvəllüdlü Əntiqə Alıyeva və onun oğlu, 1974-cü il təvəllüdlü Bayram Alıyev döyülərək bədənin müxtəlif yerlərinin əzilmiş çapılmış yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Yaralılar döyüldükdən sonra yaylaq itləri tərəfindən dişləndiklərini bildiriblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. Əslində, rayonda bu cür hadisələr çoxdan gözlənilirdi. Belə ki, Gədəbəydə əhalinin istifadəsində olan otlaq sahələrinin yetərli hissəsi qeyri-qanuni şəkildə ayrı-ayrı imkanlı şəxslərə verilib. Elə buna görə də yerli camaatla rayonun bir sıra kəndlərində fermer təsərrüfatı yaradan şəxslər arasında qarşıdurma yaranır. Özəl qaynaqlardan əldə etdiyimiz informasiyaya görə, belə hadisələrin qeydə alınmasının günahkarı icra başçısı Ramiz Yediyarovdur: "O icra başçısı postuna təyin ediləndən sonra rayonda heyvandarlıq təsərrüfatı ilə məşğul olan insanların günü qaralıb. Kəndlilərin istifadəsindəki örüş sahələrinin demək olar ki, əsas hissəsi imkanlı şəxslərə, yaxud bəzi məmurlara satılıb. Yerdə qalan ərazilər isə ermənilərlə üzbəüz mövqedə yerləşir. Orda heyvan otarmaq çox təhlükəlidir. Çünki yerli sakinlər hər an düşmən gülləsinə tuş gələ bilər. Bəzi iri ranqlı məmurların Gədəbəydə fermer təsərrüfatı mövcuddur. Bunu heç kim dana bilməz. Hətta bəzi otlaq sahələri başçı tərəfindən həmin məmurlara hədiyyə edilib. Sadə kəndlilər isə heyvanlarını otarmağa yer tapmır. Örüş sahələrinin yetərli hissəsi bir qrup məmur tərəfindən zəbt edilib. Buna rəvac verən isə icra başçısıdır. Məhz onun razılığından sonra otlaq sahələri başqa-başqa şəxslərin nəzarətinə keçib. Narazılıqların əmələ gəlməsi təbiidir. Bundan sonra problem daha da ciddiləşə bilər. Ona görə ki, qarşıdan yay fəsli gəlir. Əhali mal-qarasını yaylağa çıxarmalıdır, amma indiki vəziyyətdə bu mümkünsüzdür. Həmin sahələrin əksəriyyəti zəbt olunub". Qeyd edək ki, 2004-cü ildə prezident İlham Əliyev "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Ölkədə kənd təsərrüfatına yararlı torpaqların, o cümlədən təbii otlaq və biçənək sahələrinin, habelə heyvandarlıqda istifadə olunan yemin strukturunda sənaye üsulu ilə hazırlanmış yüksək qidalı konsentratların az olması təbii yem sahələrinin normadan artıq yüklənməsinə, onların nəzarətsiz istismarı nəticəsində torpaqların eroziyaya uğramasına və şoranlaşmasına səbəb olur, ölkənin meşə fonduna, su ehtiyatlarına və bütövlükdə ətraf mühitə ciddi ziyan vurur. Ölkədə heyvandarlığı daha mütərəqqi üsullarla inkişaf etdirmək yolu ilə məhsuldarlığı yüksəltmək, yay-qış otlaqlarının və biçənəklərin mühafizəsini gücləndirmək, onlardan istifadənin səmərəsini artırmaq və biomüxtəlifliyin qorunub saxlanılmasını təmin etmək məqsədilə ölkə başçısı qeyd olunan sərəncamı imzalayıb. Təəssüf ki, Gədəbəydə bu sərəncamdan irəli gələn məsələlərə istənilən səviyyədə əməl edilmir. Yerli məmurların qanundan kənar əməllər törətməsi çörəyini heyvandarlıqdan çıxaran insanların dolanışığına mənfi təsir göstərir. Digər tərəfdən, məmur özbaşınalıqları sadə kəndliləri otlaq sahələrindən məhrum edib. Bu açıq şəkildə özünü büruzə verir. Odur ki, yuxarı qurumlar səviyyəsində məsələyə tezliklə müdaxilə edilməlidir. Əks təqdirdə, rayonda iri fermer təsərrüfatının sahibləri ilə vətəndaşlar arasında ciddi insident yaşana bilər. \\ gundelik-baku.com \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02 |
|
|
|
|