Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Rüstəmxanlıların ölkədən didərgin düşmələrinə səbəb olan məmur kimdir? - Deputatdan şok açıqlama
Tarix: 5-05-2015, 08:42 | Çap et
Rüstəmxanlıların ölkədən didərgin düşmələrinə səbəb olan məmur kimdir?
Xalq şairi, millət vəkili və partiya lideri Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyevin ailəsindən hazırlanan reportaj daha çox diqqət cəlb etdi. Əlövsət Əliyev (soyadı fərqli olsa da, o, Sabir bəyin doğma qardaşıdır) ailəsi ilə birlikdə Almaniyaya sığınıb və artıq oturum alıb.
Mühacirətə getmələrinin səbəblərini açıqlayan Rüstəmxanlılar repressiyaya uğradıqlarını iddia edirlər. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı deyir ki, siyasi fəaliyyətinə görə təqib edildiyi zaman qohumları tərəfindən himayə olunmadılar, tam əksinə, qınaq və iradlara məruz qaldılar, aşağılandılar. İctimai sektorun ünlü ismi olan Əlövsət Əliyev də çəkmədən deyib ki, həyatlarının ən çətin dönəmlərində qohumları onun xanımına və oğluna sahib çıxmayıb. Təbii ki, burada ittiham və qınaqların əsas hədəfi Rüstəmxanlıların ağsaqqalı olan millət vəkili Sabir Rüstəmxanlıdır.

Ölkənin xəbər məkanına səs salan reportajdakı fikirlər haqda Sabir Rüstəmxanlının münasibətini öyrəndik. VHP sədri qardaşı Əlövsət Əliyev və ailəsinin mühacirətə getdiyindən xəbərsiz olduğunu söylədi: “Onun haqqında istintaq işinin başlamasından xəbərim yoxdur. Məndən xəbərsiz gediblər. Onun ətrafında nələrin baş verdiyini, yalnız o, gedəndən sonra bilmişəm. Müdafiə olunmamasını deyə bilər... Görünür, buna ehtiyacı olub. Axtarışa verilməsi barədə də mənə deyilməyib, özüm kənardan eşitmişəm. Bu barədə bəzi vəzifə sahibləri ilə söhbətim olub. Qardaşımın axtarışa verildiyini deyiblər. Bir vəzifə sahibinin həyat yoldaşının xaricə getmək istədiyini, Əlövsətin ona yardım etdiyini dedilər. Gileyləndilər ki, gərək belə şey etməyəydi. Bu, cinayət əməli deyil. Əlövsət mənə heç zəng də vurmur. Kiçik qardaşlarımdan bütün məlumatları alıram”.


Deputat qardaşı oğlu Türkel Rüstəmxanılının mühacirətə Bakıda olan təzyiqlərlə bağlı getməsi fikrinə də münasibət bildirdi: “Türkelin hansısa siyasi fəaliyyətinin olduğunu bilmirəm. Mən ona mənasız statuslar yazdığına görə bir neçə dəfə irad tutmuşam. Onun statusları nə özünə, nə də bizə yaraşan səviyyədə deyildi. Bizim cəmiyyətdə öz yerimiz var. Siyasətimiz əxlaq ölçüləri çərçivəsindədir. İllər uzunu qurulan münasibətləri heç vaxt pozmamışıq. Dövlətin maraqlarını xırda şeylərə qurban verməmişik. Türkel haradan o təzyiqləri görüb bilmirəm. O, siyasi təzyiqlərə görə yox, həyat yoldaşı xaricdə təhsil alırdı, ona qoşulub gedib. Onun indi Almaniyadan bu cür danışmağını qəbul etmirəm. Bugünlərdə Türkiyəyə DAK-ın qurultayına gəlmişdi. Xüsusi olaraq onu çağırdım və ciddi söhbət etdim. Əlövsətə də sifarişimi göndərdim.

Ölkədən getmək olar, amma hansı ölkənin vətəndaşı olduğunu unutmaq olmaz. Ailəmizin belə məsələlərə münasibətini nəzərə almaq lazımdır. Ailəmiz böyükdür. Biri nazirə qarşı ola bilər, biri mitinqə gedə bilər, tənqidi yazılar yazanı olar. Ona görə təzyiqlər qaçılmazdır. Müxalifət partiyasının lideri olaraq, parlamentdə daim sözümü deyirəm. Mənə təzyiqlər olmur, amma ətrafımda kiməsə olanda, avtomatik özüm hiss edirəm. ”Qanun" jurnalına qardaşım orada işlədiyinə görə dəfələrlə cərimələr qoyulub. Əlövsət polis rəisi işləyirdi. Sonra işsiz olduğundan məcbur olub QHT yaratdı. Orada da təzyiqlər oldu. Nə etməli idi? Rüstəmxanlı soyadı olan birisinə təzyiq olan kimi, hamımız bu halla üzləşirik. Bunlar Türkel və Əlövsət söhbəti deyil. Dəfələrlə demişəm ki, nə baş verir. Hər halda, bizim dövlət qarşısında xidmətlərimiz və yerimiz var. Bütün həyatımızı Azərbaycanın qurulmasına sərf etmişik. Amma buna baxmayaraq, heç bir yerdə sözümüz keçmirsə, övladlarımızın işi yoxdursa, narahatçılıq doğurur. Bunu nəzərdə tutub, bu cür fikirlər səsləndiriblər. Amma bunu faciə saymıram. Görünür, bu da bizim yaşam tərzimizdir".

Xalq şairi müsahibədə bütün suallara cavab verildiyini də qeyd etdi: “Türkel bildirib ki, əmisi oğlu ev tikirmiş, icazə sənədləri ona görə ləğv olunub. Bu mənim oğlum deyil. Çünki Türkel Azərbaycanda olanda, oğlum ev tikmirdi. Bu söhbətdən də xəbərim yoxdur. Müsahibədə Əlövsət və Türkel qohumları günahlandırıblar. Qeyd ediblər ki, statuslarımıza irad tutur, geri çəkilməyimizi istəyirdilər. Məncə, bunlar normal hallardır. Xüsusi qabartmağa ehtiyac görmürəm. Seçkilərdən sonra Əlövsətin bir yazısı normal qarşılanmamışdı. Ən böyük narazılığı mən bildirdim. Böyük qardaş kimi borcum idi. Kiçik qardaşlarımla daim mübahisələrimiz olub. Onlar meydanlara arxamca gəlib, inqilaba qoşulublar.

Onları daim qorumağa çalışmışam. Açığı, müsahibəyə qədər Türkelin xaricə oxumağa getdiyini bilirdim. Amma görünür, onun getməsinin səbəblərini kifayət qədər bilməmişəm. Çox əziyyətlə gediblər, mənə ağır gəldi... Şükür ki, bunlar arxada qalıb. Övladlarımızın fəallığına heç zaman mane olmamışıq. Hakimiyyətlər dəyişir, amma əsas dövlətçilikdir. Oturum almağa, xaricdə yaşamağa görə dövlətçiliyi qurban vermək olmaz”.

Sabir Rüstəmxanlı qardaşından şikayət edən vəzifə sahibi barədə sərt danışdı: “Əlövsətdən şikayət edən vəzifə sahibidir. Onun tələbi ilə bu təzyiqlər başlayıb. Bir nəfər ailəsini qoruya bilməyib, ailəsi xaricə gedib, sonra qaytarıblar. Öz ailəsini qoruya bilməyib, indi günahını Əlövsətin boynuna yıxır. Bir nəfərin iddiası bir ailəni Azərbaycandan didərgin saldı. Yerdə qalan söz-söhbətlərə normal baxıram. Türkel gəncdir, iddiası var. Siyasi iddialarını bizim yanımızda həyata keçirəcəkdi. Onun heç bir ziyanı dəyə bilməzdi. Ziyan vuran bir nəfər məmurdur. Əsas cavabdeh odur.

Bir ailənin Almaniyaya sığınmasının səbəbi, bir nəfərin ailəsini qoruya bilməməsi, ailəsinə yardım edən hüquqşünası günahkar görməsidir. Həmin məmur Əlövsəti məhkəməsiz həbs etdirmək istəyirdi. Əlövsət haqsız yerə həbs olunacağını bildiyi üçün getdi. Nə zaman əsassız ittiham onun boynundan götürülsə, qayıdacaq. Əsas qazandığı dil öyrənmək olacaq. Biz qürbətə öyrəşmiş adamlar deyilik. Ailəmiz burada yaşamalıdır. Əziyyətimiz hədər getməməlidir. Bu barədə danışıqlarım olub. Ciddi şəkildə müdaxilə etmək istəmirəm. İstəyim budur ki, hər şey qanun çərçivəsində olsun”.

Əlövsət Əliyevin digər qardaşı, Rüstəmxanlıların tanınan simalarından olan Şahbaz Xuduoğlu bu barədə danışmaq istəmədiyini bildirdi.(musavat.com)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru