Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Bilmək olmur bura Azərbaycandır, yoxsa London... - İşəgötürənlərin yersiz xarici dil tələbi
Tarix: 4-05-2015, 10:08 | Çap et
Bilmək olmur bura Azərbaycandır, yoxsa London...
“Ali təhsil ala bilmədiyim üçün diplom tələb edilən işlərə müraciət edə bilmirəm. Bu, başadüşüləndir. Lakin bacarığıma uyğun işləmək üçün də qarşımda yenə maneələr var. Ofisiant olmaq üçün məndən ingilis və rus dilində səlist danışıq tələb edirlər. Qab-qacaq daşıyaraq insanlara xidmət etməyin dil bilməklə nə əlaqəsi var? Mən bu dilləri bilsəydim, niyə ofisiant işləyirdim? Əgər dil biliklərim və savadım olsa idi, hansısa özəl şirkətdə çalışardım”.

Bu sözləri bizimlə söhbətində gənc oxucumuz Orxan Məmmədov bildirdi. Orxan işəgötürənin qoyduğu tələblərlə bağlı şikayətini bildirərkən vurğuladı ki, özəl şirkətlərdə dil tələbi artıq dəb halını alıb. Onun sözlərinə görə, işə düzələrkən ana dilini yaxşı bilməsən də olar, əsas odur ki, xarici dil bilib müsbət imic formalaşdırasan.

Axı bura Azərbaycandır...

Belə problemlə qarşılaşan təkcə Orxan deyil. Xanım Cəfərli də işədüzəltmə şirkətlərinə müraciət edərkən belə tələblərlə qarşılaşdığını söylədi. O deyir ki, satıcı işləmək istəsə də, öz ana dilini bilən işçi ilə kifayətlənmirlər. Vəziyyət elə gətirib ki, mağazalarda ana dilində danışan insan görəndə sevinirik: “Biz nə İngiltərədə, nə də Rusiyada yaşayırıq. Axı bura Azərbaycandır...”.

Nigarın problemi isə iş təcrübəsi ilə bağlıdır. O, universiteti bitirsə də, iş tapa bilmir. İş təcrübəsi yoxdur, müraciət etdiyi iş yerlərində isə ən azı 2 il iş təcrübəsi tələb olunur: “Mən haradansa başlamalıyam ki, müəyyən təcrübəm olsun. Bütün müəssisələr, xüsusən də özəl müəssisələr bir neçə illik iş təcrübəsi tələb edir. Bu azmış kimi, əlavə olaraq, yeri gəldi-gəlmədi, xarici dil biliyi mükəmməl olmalıdır, kompüteri əla bilməlidir və s. kimi şərtlər qoyurlar. Yalnız tələb etdikləri kimi, həqiqətən işçi seçib götürərlərsə, bu, müəssisələrdə iş prosesində hiss olunmalıdır. Təəssüf ki, bu, o qədər də hiss olunmur”.

Statistika

Məlumat üçün bildirək ki, Azərbaycanda dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin işsizlik probleminin həll edilməsidir. Bu istiqamətdə 2011-ci il 15 noyabr tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti böyükdür. Lakin bununla belə, ölkə gənclərinin işsizliklə bağlı problemi hələ də mövcuddur. Statistika da bunu sübut edir. Belə ki, ölkə Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncamda qeyd edilib ki, ölkə əhalisinin 2,7 milyon nəfərini yaşı 14-dən 29-dək olan gənclər təşkil edir və onların 123 min nəfəri işsizdir. Görünən odur ki, xüsusən özəl şirkətlərdə işəgötürənlərin qoyduğu tələblər günü-gündən daha da ağırlaşır və bu da sadə peşə ilə məşğul olmaq istəyən gənclərin qarşısında maneə yaradır.

Maraqlıdır, ekspertlər sözügedən məsələ ilə bağlı çıxış yolunu nədə görürlər?

“Elə işlər var ki, dilə dair tələb qoymaq absurddur”

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, bu problemi həll etmək üçün Nazirlər Kabineti tərəfindən dil tələbi olan işlərin və vəzifələrin siyahısı müəyyən edilməlidir. Ekspertin sözlərinə görə, işçilərin bilik və bacarıqlarının artırılmasına xərc çəkmək işəgötürənin borcudur: “Bizdə xarici dil bilikləri tələb olunan iş yerlərinin təsdiq olunmuş siyahısı yoxdur. Bununla belə, biznesin öz maraqları var. Bu gün müasir restoranda, yaxud satış şəbəkəsində heç olmasa ingilis və ya rus dilini elementar səviyyədə bilən satıcılara və ofisiantlara ehtiyac var. İndi taksi sürücülərinə də dil öyrədirlər ki, müştəri ilə danışıq apara bilsin. Amma elə işlər var ki, orada dilə dair tələb qoymaq absurddur. Mən buna görə Nazirlər Kabineti tərəfindən dil tələbi olan işlərin və vəzifələrin siyahısının müəyyən edilməsinin tərəfdarıyam. Eyni zamanda, işəgötürənlərin də borcudur ki, işçilərin bilik və bacarıqlarının artmasına xərc çəksinlər”.

“Tələbə könüllü işləməlidir”

İş yerlərində təcrübə məsələsinə gəldikdə isə S.Məmmədov deyir ki, bu mövzuda işəgötürənləri qınamaq olmaz: “Təcrübə məsələsində müəyyən mənada işəgötürənlər də haqlıdır. Çünki bu məsələdə yalnız təhsil kifayət deyil. İşin keyfiyyəti də vacib amildir. İşəgötürənlərə də əsasən iş lazımdır. Buna görə də gənc mütəxəssislər işə düzəlmək istəyərkən bu cür problemlərlə üzləşirlər. Mövcud problemin həll yolu təhsilin istehsalatla əlaqələndirilməsidir. Hətta orta təhsilin özündə müəyyən peşə vərdişlərinin aşılanması mümkündür. Xarici ölkələrdə elə təhsil müəssisələri var ki, onlar istehsalatla sıx bağlıdır. Təhsil müəssisələrində oxuya-oxuya həmin müəssisələrdə praktika keçirlər. Nəticədə iş taparkən bu kimi problemlərlə üzləşmirlər. Bundan əlavə, tələbə təhsil aldığı müddətdə bir çox şirkətdə könüllü şəkildə işləyib təcrübə toplaya bilər”.

“Dövlət müdaxilə edə bilməz”

İqtisadçı ekspert Vüqar Bayramlı qəzetimizə açıqlamasında bildirdi ki, bazar iqtisadiyyatında dövlətin işəgötürənin tələbinə müdaxilə etmək hüququ yoxdur. Onun sözlərinə görə, biznes bu tələbləri və qaydaları qoymaqda müstəqildir: “Çox təəssüf ki, bizim apardığımız monitorinqlər də göstərir ki, ümumiyyətlə, özəl sektor, xüsusən də xidmət sektoru əksər hallarda lazım olmadığı məqamlarda belə xarici dil bilikləri tələb edir. Baxmayaraq ki, biznes bu tələbləri və qaydaları müəyyənləşdirməkdə müstəqildir, dövlətin birmənalı şəkildə müdaxiləsi bazar iqtisadiyyatı şəraitində mümkün deyil. Amma, eyni zamanda, bunların mənfi təsiri də var. Belə olan halda nisbətən ixtisası az olan vətəndaşların işlə təmin edilməsində problemlər yaranır. Məşğulluq baxımından bu, arzuolunan deyil. Belə qaydalar imkan vermir ki, vətəndaşlar öz biliklərinə, bacarıqlarına uyğun iş tapsın. Belə çıxır ki, xarici dil biliyi olan vətəndaşlar işlə təmin olunacaq, amma biliyi az olan vətəndaşlar işləməməlidir. Bu, sosial baxımdan müəyyən çətinliklər yaradır”.

Ekspert bizimlə söhbətində xaricdəki təcrübə haqqında da məlumat verdi. V.Bayramlının sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə dövlət konkret olaraq işəgötürənin iş tələblərinə müdaxilə edir: “Xarici ölkələrdə məşğulluğun və biznesin strukturuna uyğun olaraq tələblər müəyyənləşdirilir. İnkişaf etməkdə olan ölkələrdə buna dövlətin müdaxiləsi var. Dövlət konkret olaraq xidmət sektorunda tələblərin müəyyənləşdirilməsinə müdaxilə edir. İnkişaf etmiş ölkələrdə isə bunu bazar özü tənzimləyir. Sahibkarlar iş yeri yaradan və tələb qoyan zaman bazar iqtisadiyyatının tələblərini nəzərə alır”.
\\ kaspi.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru