Sərkisyan Əliyevdən qabaq Obama ilə görüşə can atır - TƏHLİL
Tarix: 4-05-2015, 08:56 | Çap et
 Ermənistan prezidenti Serj Sərkisyan bu həftə ABŞ-a gedəcək. Səfərin məqsədinə və detallarına toxunan erməni qəzeti “Aykakan Jamanak”ın yazdığına görə, qarşıdakı ziyarət çərçivəsində Sərkisyanın ABŞ prezidenti Barak Obama ilə görüşü də istisna deyil.
“Bizim məlumatımıza görə, prezident Barak Obamaya Vaşiqntonda ”soyqırımın" 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak üçün dəvət göndərilib. Tədbirlər 7-9 may tarixində baş tutacaq. Obama dəvəti sayacaqmı? Hələlik bu suala cavab yoxdur", - qeyd edib nəşr.
Qəzet eyni mənbəyə istinadla daha sonra səfər zamanı Sərkisyanın rəsmi görüşlərinin planlaşdırılmadığını yazıb: “Həqiqətən də Serj Sərkisyan Amerikaya əsasən erməni icması ilə münasibətləri qaydaya salmaq və Ermənistana bəzi maliyyə və sərmayə axınını təmin etmək üçün gedir”, - əlavə edib “Aykakan Jamanak”.
Bu yerdə bildirək ki, ABŞ-dakı erməni diasporu ilə Sərkisyan rejimi arasında münasibətlər gerçəkdən də soyuqdur. Bu da ilk növbədə lobbinin Ermənistana zaman-zaman göstərdiyi maliyyə dəstəyinin iqtidar tərəfindən korrupsiya yolu ilə mənimsənilməsi ittihamları ilə əlaqədardır.
Korrupsiya faktları barədə vaxtaşırı erməni mətbuatı da yazıb. Hətta buna etiraz olaraq Amerikada erməni əsilli fəallar son illərdə ianə toplanışına etiraz olaraq aksiyalar keçiriblər. Ancaq şübhə yox ki, Sərkisyanın Amerika ziyarətində əsas hədəflərdən biri və birincisi prezident Obama ilə heç olmasa, 1-2 dəqiqəlik təmas şərəfinə nail olmaqdır.
* * * Bəllidir ki, saxta genosidin 100 illiyində ABŞ prezidenti “soyqırım” sözünü işlətməməklə, aprelin 24-də İrəvana ən aşağı ranqlı nümayəndə heyəti göndərməkə (mərasimdə ABŞ-ı maliyyə naziri təmsil edib) Sərkisyan daxil, bütün erməniləri ciddi şəkildə məyus edib, az qala şoka salıb. Ən önəmlisi, saxta genosid təbliğatına, bu iddianın dünya tərəfindən tanınması imkanlarına Obama sarsıdıcı zərbə vurub.
Bu mənada belə bir görüş düşmən ölkə başçısına özünü “formaya salmaq”, həmçinin gərgin münasibətlərdə olduğu diaspor və erməni xalqı qarşısında öz sifətini bərpa eləmək şansı yaradardı. Ən önəmlisi, Ağ Ev rəhbəri ilə cəmi bir neçə dəqiqəlik təmas ona Azərbaycan və Türkiyə prezidentləri qarşısında psixoloji, mənəvi-siyasi dividend qazandırmış olardı. Bəs Obama görüşə gələcəkmi? Bu yerdə yada salaq ki, Parisdə erməni lobbisinin təşkil elədiyi analoji tədbirə Fransa prezidenti Fransua Olland diasporun dəvətini məmnuniyyətlə qəbul edərək şəxsən təşrif buyurmuşdu. Üstəlik, Olland aprelin 24-də Ermənistan paytaxtında oldu.
Amerikanın erməni lobbisi də, şübhə yox ki, Obamanın heç olmasa, analoji mərasimə qatılmasına nail olmaqla ən əvvəl Azərbaycan və Türkiyə qarşısında özünü “bir addım öndə” göstərmək, iki qardaş ölkəni xoşagəlməz fakt qarşısında qoymaq niyyəti güdür.
* * *
Sərkisyanın qarşıdakı səfəri ilə bağlı bir mühüm detala da toxunmaq lazım gəlir. Məsələ ondadır ki, Barak Obama hakimiyyəti dövründə nə Azərbaycan, nə də Ermənistan prezidentlərini Ağ Evə dəvət eləməyib. Bu fakt hətta amerikalı analitiklərin də diqqətindən yayınmayıb. ABŞ-ın Minsk Qrupundakı keçmiş həmsədri, Azərbaycandakı sabiq səfir Metyu Brayza isə ötən il rəsmi Vaşinqtonun bu yanaşmasını ciddi tənqid edərək bildirmişdi ki, Amerika lideri və dövlət katibi Con Kerri Qarabağ danışıqlarında irəliləyiş əldə olunması naminə öz səlahiyyətlərindən istifadə edib sülh prosesinə şəxsən qoşulmalı, bu təşəbbüs çərçivəsində iki ölkənin başçıları Vaşinqtona dəvət edilməlidir.
“Vaşinqton Qarabağ problemi ilə kifayət qədər maraqlanmır. ABŞ rəhbərliyi sülh danışıqlarında dönüş yaratmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinə siyasi dəstəyə dair təminat verməli, vaxtilə prezident Dmitri Medvedevin etdiyi kimi, vaxtaşırı Əliyev və Sarkisyanla birbaşa görüş keçirməlidir. Obama bu münaqişənin ABŞ üçün əhəmiyyətli olduğunu nümayiş etdirməlidir”, - vurğulamışdı Brayza.
* * * İstisna deyil ki, Sərkisyan qeyri-formal atmosferdə də olsa Ağ Ev sahibi ilə bir araya gəlmək, onunla görüntülənib dünya fotoqrafları önündə şəkil çəkdirməklə həm tilsimi Ermənistanın xeyrinə qırmağa, həm də və ən önəmlisi, azərbaycanlı həmkarı İlham Əliyevi qabaqlamağa çalışır. Alınacaqmı? Barak Obama Fransua Olland kimi erməni lobbisinin və Sərksiyanın hiyləgərcəsinə qurduqları tələyə düşəcəkmi? Bir neçə gün gözləyək.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02 |
|
|
|
|