Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Con Kerri: İnqilablar memarı, yoxsa naşı ssenarist? – Elşən Musayev yazır...
Tarix: 1-05-2015, 15:45 | Çap et
Con Kerri: İnqilablar memarı, yoxsa naşı ssenarist?
Aylardır Avropa Oyunları ilə bağlı cəmiyyətin beyninə yeridilən kompakt təlqin şablonu var: Bu oyunlar haramıza yaraşırdı və ya niyə özümüzü bu işin içinə saldıq ki, hələ bir Qərb də, Avropa da ölkədəki sabitliyi pozmaq cəhdində bulunsun?

Absurd yanaşmadır. Birmənalı. Əvvəla ona görə ki, biz siyasi taleyimizi kiminsə zövqünə uyğun formalaşdırsaq, hansısa dövlətdən, ya da dairələrdən ehtiyat edərək tənzimləsək o zaman Ermənistandan, Ukraynadan, Kadırovun Çeçenistanından fərqimiz olmaz. İkincisi, Avropa Oyunları iqtidar adına deyil, dövlət adına düzənlənən tədbirdir. Yəni, uğur da qazansaq hamının adına yazılacaq, biabır da olsaq. Və nəhayət, üçüncüsü... Qərb və ətrafındakı “ələkçiyə qıl verənlər” onsuz da Azərbaycanı çoxdan hədəf alıb. Sadəcə çox ciddi 2 səbəb üzündən illər uzununca dalana dirənib qalıblar.
1 “5 - ci kolon”da lider defisiti.
2) Sosial - siyasi partlayış üçün münbit şəraitin (potensial zəminin) olmaması.

Çin Şarp erasının sonu. Ağ Ev estafeti “5 - ci kolon”a verir...
Xarici ekspertlər də etiraf edir ki, “rəngli inqilablar” texnologiyası 2003 - cü ildə məhz Azərbaycanda durdurulub. Beləcə, bu texnologiyanın bibliyası hesab edilən Çin Şarpın “sakit inqilab” konsepsiyası öz funksional əhəmiyyətini itirdi. Soros Fondunun gerçək mahiyyətinin aşkarlanması, müəyyən dövlətlərin ayıq-sayıq olması, sosial şəbəkələrin siyasi texnoloji üsul kimi öz rolunu artırması isə Qərbi məcbur etdi ki, yeni qeyri-sabitlik strategiyası seçsin. Və sonucda “yumşaq güc – kiçik qüvvələrlə nəhəng nəticələr” formatının üzərində dayanıldı. Ukrayna bu formatın ilk “sınaq dovşanı”dır (Nəticə Qərb dairələrini elə də qane eləmir. Fəqət, daha təkmilləşmiş variantın ciddi “uğur”lara imza atacağına inananlar da az deyil).
Xüsusi qeyd: diqqət yetirsəniz görərsiniz ki, ümumən Qərbin hədəf aldığı dövlətlərdə artıq müxalifət və 3 - cü sektorla əməkdaşlığın iş əmsalı getdikcə aşağı dinamika üzrə irəliləməkdədir. Bunun çox ciddi səbəbləri var:
1) Vətəndaş cəmiyyəti dünya praktikasına görə siyasətlə məşğul ola bilməz;
2) QHT üzvləri öz rəhbərlərindən asılı vəziyyətdə olur və sərbəstlik məhdudlaşır;
3) Stabil siyasi gedişata sahib əksər ölkələrdə müxalif kəsimin potensialının tükənməsi ona hər hansı bir ümid yeri qoymur;
4) Maliyyəni müasir şəbəkə texnologiyaları ilə işləyə bilən gənclərə ayırmaqla daha böyük nəticələrə (əsasən “Facebook”, “Twitter” vasitəsilə ) nail olmaq mümkündür;
5) Siyasi iqtidara, məmurlara dair şişirdilmiş kompromatların tirajlanması sosial partlayışlara təkan verə bilər;
6) Yeni taktikanın əsas lokomotivi rolunda “5- ci kolon” və öncədən təlimatlandırılmış donorlar çıxış etməlidir.


Yeni inqilabların memarı - Con Kerri...


Bəli, söhbət Azərbaycan mediasında son günlər ən çox danışılan, müzakirə olunan ismdən gedir. Hansı ki, obraz olaraq sırf karyeristdir, qatı ermənipərəstdir, dövlət ilə yaxın keçmişin bütün terror qruplaşmaları arasında analoqsuz “əlaqələndirici”dir, Bin Laden qruplaşmasının zərərsizləşdirilməsinin tək əleyhidarıdır. Eyni zamanda “Ukrayna ssenarisi”nin şəriksiz müəllifi, ərəb dövlətlərindəki teraktların, Liviya, Suriya, Yəmənə edilən hərbi müdaxilələrin baş aqitatorudur...
Kerri öz növbəti hədəf marşrutunu Azərbaycan üzərindən planlayıb. Bu, artıq dəqiqdir. Ona görə dövlət, siyasi hakimiyyət həyəcan təbili çalır. Hətta vəziyyət o qədər ciddidir ki, əldəki səhih məlumatların mediaya sızmasına belə əngəl yaradılmır, mövzuya Novruz Məmmədov səviyyəsində ən sərt formalı münasibət bildirilir, açıq diplomatik savaş başlayıb...
Təbii, əldə yetərli sənədlər, foto - faktlar var; Kerrinin ofisindən Azərbaycana qarşı potensial “sunami”nin planlaşdırılması haqda. Üstəlik, yaxın perspektiv üçün.
Avropa Oyunları öncəsi.
Fəqət, mən bəzi iqtidaryönlü mənsubların, politoloqların “Kerri, həddini bil!”, “Con Kerrinin başına bir güllə çaxmaq lazımdır”, “Kerri getsin restoranda 50-50 arağını vursun” - tipli gülünc açıqlamalarından və “ayı xidmət”indən fərqli olaraq bu yazıda dəyərli oxçuları ABŞ rəsmisinin gerçək tərcümeyi-halı, daha doğrusu, həmin tərcümeyi-haldakı mübhəm məqamlarla tanış etmək istəyirəm...


Gündəmi zəbt edən Con Kerri əslində kimdir?


Siyasi karyera haqda Kerri 1966-cı ildən düşünməyə başlayıb. O zaman Yelsk Universitetini yenicə bitirmişdi. Eyni zamanda Vyetnamda müharibə şəraiti olduğu halda orduda qulluq etmədən siyasətə baş vurmağın mümkünsüzlüyünü də anlayırdı. Odur ki, Amerikanın gələcək rəsmisinin öz vicdanı ilə ilk dəfə sövdələşməyə girməsi də məhz həmin dövrə təsadüf edir: Adam güllə altına girməmək üçün könüllü şəkildə dəniz donanmasına yazılır. Sonralar Kerri “Boston Globe” qəzetinə müsahibə verərək bu addımını belə əsaslandıracaqdı: “Etiraf edirəm, müharibəyə getmək istəmirdim. Amma başqa çıxış yolum da yox idi. Siyasət qurban tələb edir axı, ona görə...”
Fəqət, bütün cəhdlərə rəğmən Kerrinin müharibəni kənardan seyr etmə planı baş tutmur. Onu Vyetnam Partizanlarının silah-sursatla təmin olunmasının qarşısını almaq üçün nəzərdə tutulan “PCF – 94 diviziyası” adlı çay katerinə komandir təyin edib, Mekonqa çayının deltasına yollayırlar. Con döyüş zonasında 4 ay 12 gün keçirir, üç dəfə (?!) yaralanır, ardınca isə 3 medalla təltif olunur: “Qırmızı ürək”, “Bürünc ulduz”, “Gümüş ulduz”
Və...nə qəribədir ki, üç dəfə yaralanmış döyüşçü bir gün belə hospitalda yatmadan öz istəyi ilə əsgərliyini Nyu - Yorka davam etdirir. Daha doğrusu bu təvəqqe ilə rəsmi qurumlara müraciət göndərir. Kerrinin Vyetnamdakı əsl “məharət”i haqda təfərrüatları isə onun kater patrulundakı komandirliyini əvəzləyən Con Onil illər sonra yazmış olduğu “Komandirliyə yararsızdır” – kitabında açıqlayacaqdı: “Kerrinin yaralanması haqda yayılan məlumatlar və rəsmiləşdirilən sənədlər əslində illüziyadan savayı bir şey deyil. Bu ona yalnız 3 medalı birdən almaq üçün gərək idi. Ona görə də, Conun yazdığı izahatlar bir - birini tam anlamda təkzib edir. Məncə əlaqədar qurumlar gec də olsa bu insanın əsl kimliyi ilə maska altında gizlənmiş kimliyini ayırd etməyə müvəffəq oldu”
Kerrinin bioqrafiyasındakı şübhəli ləkə onun Vyetnamdan qayıdar-qayıtmaz anti müharibə hərəkatına qoşulmasına mane olur. Ehtiyatda olan hərbçi statusuna baxmayaraq o, məşhur pasifistlər Ceyn Fonda və Con Lennonla bir komandaya düşür. Təbii, bu durumda Kerri vəziyyətə adekvat (üstəlik öz stimulyasiya imkanlarına güvənib) nə isə etməli idi. Və edir də. Beləki, düz 2 ay sonra Con anidən “Vyetnam Veteranları müharibəyə qarşı” adlanan çox səlahiyyətli bir qurumun əməkdaşı və üzvünə çevrilir. Az öncə öz mükafatları ilə qürur duyan zabit qəfildən gerçəkləri “görməyə” başlayır və 22 aprel 1971 - ci ildə ABŞ Senatinin düzənləmiş olduğu iclasda çox qəzəbli nitqlə çıxış edir: “Mən bütün veteranlar adından danışmaq, Cənubi - Şərqi Asiyada törədilən cinayətlər haqda söz açmaq istərdim. Qulaqları və əlləri kəsilən, zorlanan, cinsiyyət orqanına metal kabel bağlanaraq elektrik cərəyanı verilən, yaşadıqları kəndlər yandırılan və talan edilən insanlar bu barədə mənə şəxsən danışıb”
Lakın sonralar məlum olacaqdı ki, Kerrinin istinad etdiyi “veteranlar”ın əksəriyyəti hərbi qulluqda ümumiyyətlə olmayıb. Bu həqiqət isə həmin şəxslərin demək olar hamısının məhkəmədə izahat verməkdən imtina etməsindən sonra üzə çıxır...
Məhkəmə gününün sonunda isə Kerri daha bir “özünüifşa”ya, artistliyə imza atır: O, guya müharibəyə etiraz əlaməti olaraq medalları sinəsindən qopardıb Kapitoliyanın hasarından üzü aşağı tullayır. Təbii, sonradan hamısını yığmaq şərtilə. (14 il sonra senator seçilən Kerri kabinetinin ən görümlü yerindən asdığı həmin medalları bütün mötəbər qonaqlarına fəxrlə nümayiş etdirirdi)
Kerrinin növbəti riyakarlığı da özünü çox gözlətmir. Bu adamın prinsipsizliyi İraq müharibəsinə münasibətdə də özünü açığa çıxarır: “Mən İraq rejiminin dəyişdirilməsi haqda administrasiyanın verdiyi qərarı dəstəkləyirəm”
2003- cü ildə Amerika qoşunları İraqa daxil olduqdan sonra isə Kerridə pasifist ruh yenidən baş qaldırır. Buş və Pauelin qanad açmasında əvəzsiz pay sahibi olan senator Con çıxışlarının birində qəzəb püskürür: “Düzdür, Səddam qəddar diktator idi, amma bu fakt bütün hallarda müharibə etməyə əsas vermirdi. Diktatoru devirmək əvəzinə biz Amerikanı daha da sarsıdacaq xaosu əldə etdik. Amerika Prezidenti hansısa dövlətin qulağına nəsə pıçıldayıb deyirsə, bu pıçıltıda azacıq da olsa həqiqət payı olmalıdır”

Son cümlənin bu gün üçün aktuallığı...

Gerçəkdən maraqlı ifadədir. Kerrinin pıçıltı barədə söylədikləri. Hərgah, Əl-Qaidədən tutmuş, Əl -Nusra, İŞİD cəbhəsinə qədər verilən dəstək, dünyanı təlatümlərə, bəşəriyyəti məhvə sürükləyən inqilablar, demokratiya və insan haqları barədə söylənilən moizələr nəymiş bəs? – Kaş bu sualların da cavabını barı bir gün verə biləydi, cənab Kerri...
Oysa, Amerikanın bu siyasi oyunbazının 1971 - ci ilin aprelində Kapitoliyada söyləmiş olduğu nitqindən növbəti sitatı gətirmədən yazını tamamlaya bilməyəcəm: “...İndi burada, Vaşinqtonda hər birimizin borcudur ki, kənardan gözlə görünməyən gerçəklərin iç üzünü açaq. Etiraf edək ki, biz müharibə etmək, bu müharibələrin davamını gətirmək üçün bəhanələr axtarırıq, Cenevrə Konvensiyasının bəndlərini pozanların önündə gedirik, mənəvi simasını itirən Amerikanın göz şahidi oluruq...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru