Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Viktor Yuşşenkodan ölkəmizə ilginc qiymətləndirmə: “Azərbaycan güclü regional "derjavadır"”
Tarix: 25-04-2015, 15:47 | Çap et
Viktor Yuşşenkodan ölkəmizə ilginc qiymətləndirmə:
Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Azərbaycan prezidenti İlham Əliyevin siyasətinə və şəxsiyyətinə, habelə Azərbaycanın beynəlxalq siyasətdəki roluna yüksək qiymət verib.

Postsovet məkanındakı “narıncı inqilab”ların liderinin bu fikirləri Qərbdəki bir çox QHT-lərin Azərbaycanın ünvanına açıq-açığına sifarişli tənqidlər səsləndirməsi fonunda daha çox diqqət çəkir.

Beləliklə, V.Yuşşenkonun virtualaz.org saytına eksklüziv müsahibəsini təqdim edirik:

-Viktor Andreyeviç, ilk sualımız hər bir ukraynalı siyasətçi üçün çox ağrılı olan mövzuya dair olacaq. Krımın Rusiya tərəfindən ilhaqının qarşısını almaq mümkün idimi?

-Krımın ilhaqı Kremlin siyasətində məqsəd yox, vasitə idi. Əminəm ki, Krım prezident Putinə lazım deyildi. Necə ki, heç Donbas da lazım deyil. Putinə bir nəhəng geosiyasi planı - Sovet İttifaqını bərpa etmək planını həyata keçirmək üçün geniş məkan lazımdır. Bu siyasət nə bu gün, nə də “yaşıl adamcıqlar” Krımda peyda olanda həyata keçirilməyə başlamayıb. Putin müsahibələrinin birində demişdi ki, XX əsrin ən böyük faciələrindən biri SSRİ-nin süqutudur. Diqqət edin, I və II dünya müharibələri yox, Xolokost və Qolodomor yox, məhz SSRİ-nin süqutu! Putin ötən əsrin ən böyük faciəsi kimi milyonlarla insanın həyatına son qoymuş qırmızı “şər imperiyası”nın süqutunu görür.

Putin digər bir müsahibəsində yeni SSRİ-nin nə demək olduğunu açıq şəkildə belə göstərirdi: “Bu, elə həmin o SSRİ-dir, amma başqa ad altında...”

Putin XX əsrin ortalarında mövcud olan geosiyasi düzənin bərpasını istəyir. 2008-ci ildə Gürcüstandakı hadisələri, Moldovada, Azərbaycanda baş verənləri xatırlayın. Rusiya müdaxiləsi eyni sxem üzərində qurulub: qeyri-sabitlik zonası yaratmaq, münaqişələri uzatmaq və nəzarətdə saxlamaq, bu ölkələri özlərinin seçdikləri istiqamətə doğru müstəqil şəkildə yönəlməsinə imkan verməmək, bu ölkələri tədricən gücdən salmaq. Bu, Rusiyanın SSRİ-nin coğrafiyası hüdudlarında nüfuz zonasını formalaşdırmaq siyasətidir. Bu, yeni müstəqil dövlətlərin dövlət sərhədlərinin yenidən nəzərdən keçirilməsi siyasətidir və o, davam edəcək.

-Rəsmi Kiyev separatçılar tərəfindən “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası” (LXR) adlandırılan əraziləri yenidən öz nəzarəti altına qaytara biləcəkmi?

-Ukrayna Rusiyanın ona qarşı başladığı xətti müharibə nəticəsində Donetsk və Luqansk vilayətlərinin bir hissəsi üzərində öz suveren nəzarət hüququnu itirib. Həmin ərazilərə nəzarəti bərpa etmək yollarının axtarışına vəziyyəti düzgün və vicdanla qiymətləndirməkdən başlamaq lazımdır. “Xalq respublikaları” adlandırılan bu qurumlar əslində terrorçu təşkilatlardır. Rusiyanın hərbi təcavüzü həmin təşkilatların iştirakı və xətti ilə həyata keçirilir. Çoxdandır ki, hər hansı separatçılıqdan, referendumdan və yerli özünümüdafiə dəstələrindən heç söhbət də getmir. Bunlar Rusiya təbliğatının uydurduğu miflər idi. Real icraçını - nizami rus ordusunun simasını həmin mifdə göstərmirlər.

Ukraynanın şərqindəki Rusiya təcavüzünün qarşısının alınmasına dair beynəlxalq danışıqlar formatı da mövcud deyil. Artıq Minsk və Normand formatları da yoxdur. Rusiya bu danışıqlar formatı çərçivəsində üstündə “təcavüzkar” sözü yazılan kresloya heç cür oturmaq istəmir. Rusiya həm bu, həm də digər formatda yalnız müşahidəçi kimi çıxış edir. Ona görə də hər şeyi öz adı ilə çağırmaq və Rusiyanı dayandıracaq danışıqlara qatılmaq lazımdır.

Ukrayna öz suverenliyinə və ərazi bütövlüyünə Budapeşt memorandumuna uyğun olaraq beynəlxalq zəmanət alıb. Lakin bu sənədin müddəalarının üstündən indi Rusiya tərəfindən xətt çəkilib. Halbuki həmin sənəddə elə Rusiyanın özünün də imzası var.

Məncə, Budapeşt memorandumunu imzalayan bütün tərəflər, “nüvə klubu” ölkələri, o cümlədən Rusiya bu sənəddə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir. Həmin sənədin deklorativ xarakter daşıyıb-daşımamasından asılı olmayaraq... O sənədi müxtəlif cür şərh etmək olar. Lakin həmin memorandum dəyərlərə əsaslanır. İndi isə sivil dünyanın bu fundamental dəyərlərinə qlobal miqyasda “əlcək atılıb”. Özü də söhbət Ukraynadan getmir! Söhbət demokratik dünyaya qarşı çıxmaqdan, dünya düzənini yenidən nəzərdən keçirmək cəhdindən, müstəqil dövlətlərin sərhədlərini dəyişmək istəyindən gedir.

Ona görə də yalnız sadəcə diplomatik səylər yetərli deyil. Bununla paralel olaraq sanksiyalar siyasətindən də istifadə olunmalıdır. Bundan əlavə, Ukraynaya maliyyə, texniki və humanitar yardım göstərilməli, sistemli xarici hərbi dəstək verilməlidir.

Son nəticədə danışıqlar formatı tapılmalıdır. Zamin duran ölkələr Avropa İttifaqının vasitəçiliyi ilə hərəkətə keçib Rusiyanı danışıqlar masası arxasına təcavüzkar, Ukraynanı isə zərərçəkən tərəf kimi oturtmalıdır. Qərb anlamalıdır ki, ukraynalılar indi sadəcə yalnız özləri üçün vuruşmurlar. Qərb Rusiya təcavüzünü dayandırmağın yolunu tapmalıdır.



-Rusiyanın analoji ssenarini Avropa, yaxud keçmiş SSRİ ölkələrinin hər hansı birində də tətbiq etməyə çalışması təhlükəsi varmı?

-Rusiyanın Avropa siyasətini, Rusiyanın Qərbin sanksiyalarına reaksiyasını, rusiyalı məmur və jurnalistlərin NATO-nun və ya Avropa İttifaqının siyasəti barədəki şərhlərini təhlil edin. Rusiyanın hərbi təyyarələrinin, sualtı qayıqlarının və hərbi gəmilərinin iştirakı ilə artıq Baltikyanı ölkələrin, yaxud bir vaxtlar SSRİ-yə daxil olmuş ölkələrin də yox, digər dövlətlərin sərhədləri yaxınlığında baş vermiş presedentləri hesablayın. Hansısa naməlum pilotsuz uçuş aparatları artıq Böyük Britaniya, Norveç, İsveç, Fransa kimi ölkələrin səması üzərində peyda olur. Hətta Qazaxıstanın yaxınlığında da irimiqyaslı hərbi təlimlər keçirilir. Təkcə daxili auditoriyaya hesablanmayan Rusiya təbliğatının miqyasını qiymətləndirməyə çalışın.

Bütün bunlar dünya liderliyinə can atan, lakin ümumi daxili məhsulu Belçikanın və ya Niderlandın ÜDM-dən də az olan bir ölkənin maniyası ilə çulğaşmış böyük ambisiyaların nümayişi deməkdir. Putin harada dayanacaq? Bunu heç kim bilmir. Rusiyanın Avropada qızışdırmaq istədiyi qlobal müharibə təhlükəsi o qədər də aydın və şəffaf deyil. Bu, artıq odioz rusiyalı siyasətçilərin və bəzi partiya liderlərinin fantaziyası da deyil. Bu barədə hamı həyəcanla danışır - ukraynalı siyasətçilər və hərbi ekspertlər də, onların polyak, yaxud litvalı həmkarları da. Onlar Ukrayna münaqişəsinin daha da qızışmasına dair ən pis, bədbin proqnozları dilə gətirirlər. Buna təkcə Rusiyanın hərbi isteriyasının güclənməsi əsas vermir. Krımın ilhaqı beynəlxalq müqavilələrin böyük əksəriyyətini pozdu, beynəlxalq mexanizmlərin işləməsi qarşısında maneə yaratdı, Rusiyanın Avropa təsisatlarını, bütünlüklə Avropa İttifaqını iki cəbhəyə parçalamaq imkanlarının böyük olduğunu üzə çıxardı. Rusiya qoşunlarının bir kəndi iki həftəyə tutursa, bütün ölkə boyunca onun dərinliklərinə doğru tədricən irəliləyirsə, təcavüzün bu tipinə, “sürünən işğal”a cavab tədbirləri necə olmalıdır? Avropanın təhlükəsizlik modelində bu suala cavab yoxdur. Bu isə dünya üçün, sülh üçün böyük risklər yaradır.

-Bəs Ukraynadakı islahatların gedişini necə qiymətləndirirsiniz?

-Mən daxili islahatlar siyasəti barədəki bəyanatları tez-tez eşidirəm. Həyata keçirməli olduğumuz artıq 38 islahatı saymışam. Lakin Ukraynanın indiki vəziyyətində - fövqəladə durumda prioritetlərə malik olmaq çox vacibdir. Heç nəyə baxmadan hansı ilk üç islahatı həyata keçirməliyik? Birinci islahat budur ki, Putinlə müharibəni udmalıyıq. Əgər biz bu suala milli cavab verə bilmiriksə, onda puldan, qiymətlərdən, beynəlxalq birlikdən və onun Ukraynaya yardımından danışmağa ehtiyac qalmır. İkinci islahat odur ki, biz Putinlə müharibəni udmalıyıq. Üçüncü islahat budur ki, biz Putinlə müharibəni udmalıyıq.

Bizim gözəl ukraynalı əsgərlərimiz var. Biz öz torpaqlarımızı müdagiə etməyi öyrənmişik. Hər şeyi öz adı ilə çağırmaq, müharibəyə müharibə demək lazımdır. Hamı Putinin və Rusiya təcavüzünün bizə diktə etdiyi şəraitə uyğun davranmalıdır. Müharibənin iki cür nəticəsi olur - ya qələbə, ya da məğlubiyyət. Hər ikisindən sonra sülh dövrü başlayır. Biz qələbəyə nail olmaq üçün bütün qüvvə və imkanlarımızı səfərbər etməliyik.

Lakin hərb cəbhəsi ilə yanaşı ikinci bir cəbhə də var. İndi yaşadığımız qeyri-sabit maliyyə vəziyyəti ikinci cəbhədir. Yeri gəlmişkən, qeyri-sabitliyin bu səviyyəsi də bizə az ziyan vurmur. İslahatlar böhran dövründə sağlamlaşdırıcı prosesdir. İslahatın məntiqi belədir ki, onları həyata keçirəndə həyat şəraiti əvvəlcə pisləşir, sonra isə yüksəlib başlanğıc mərhələdə olanı da ötür. Keyfiyyət dəyişikliyi baş verir. Lakin bu keçid mərhələsini beynəlxalq yardım hesabına adlamaq olar. Bu halda bütün iqtisadi sarsıntıları adlamaq üçün müəyyən resurs əldə edirsən. Əgər biz bu suallara cavab verə bilmiriksə, onda sadə insanlar bu maliyyə sarsıntısını necə qarşılayar? Axı maliyyə sahəsindəki qeyri-sabitlik sosial ədalətsizliyi doğurur.

İndiki siyasi xəttin təftişinin haradan və necə başlayacağını bilmirəm. Yalnız bunu bilirəm ki, hökumət orqanları, siyasi strukturlar indiki anlarda həmrəy olmalı, ilk növbədə hökumətin iqtisadi addımlarının məntiqini, mahiyyətini izah etməlidir. Bizdə indi bu çatışmır.

-Azərbaycan-Ukrayna münasibətlərinin indiki səviyyəsi sizi qane edirmi?

-Bizim ölkələrimiz arasındakı münasibətlər ənənəvi olaraq qarşılıqlı hörmət prinsipinə, ümumi iqtisadi maraqlara, regional layihələrin potensialının inkişaf etdirilməsində maraqlı olmağa, enerji layihələrinin inkişafına, mədəniyyətlərin sivil dialoquna dəstək verməyə əsaslanır. İndi - Ukraynanın xarici siyasət və xarici ticarət prioritetlərindəki fundamental dəyişikliklər fonunda Azərbaycanla münasibətlər dəyişməyib. Bu qarşılıqlı faydalı münasibətlər əvvəlki kimi dostluq münasibətləridir. Onların inkişafı üçün böyük potensial var.

-Azərbaycanın xarici siyasət kursunu necə dəyərləndirərdiniz?

-Uğurlu daxili islahatlar həyata keçirən və iqtisadiyyatını müasir əsaslarla inkişaf etdirən Azərbaycan öz regionunda lider mövqeyə çıxıb. Azərbaycan Avropa ölkələrindən ötrü şübhəsiz ki, etibarlı tərəfdaşdır. O, Avropanın enerji layihələrinə uğurla inteqrasiya etməkdə davam edəcək. Avropanın hiss etməyə başladığı real təhlükələr (Avropa İttifaqında siyasi və iqtisadi sabitliyi pozmağa yönələn aydın niyyətlər, müəyyən hərbi təhlükələr və s.) isə şübhəsiz ki, enerji resurslarının diversifikasiyası prosesini sürətləndirəcək, Avropanı qaz bazarındakı bir ixracatçının asılılığından xilas olmasına gətirib çıxaracaq.

Azərbaycanın aparıcı dünya ölkələri ilə iqtisadi əməkdaşlıqdan başqa sıx siyasi əməkdaşlığı da var. Bu əməkdaşlığın spektri də genişlənməkdədir. Azərbaycan güclü regional derjava kimi böyük nüfuza malikdir. Bu da onu avropalı tərəfdaşlarından ötrü vacib ölkəyə çevirir. Avropa ölkələri Azərbaycana bütün regionun modernləşməsi və demokratikləşməsi məsələsində bir vasitəçi kimi baxır.

-Siz Azərbaycanın indiki prezidenti İlham Əliyev və onun atası Heydər Əliyevlə dəfələrlə görüşmüşünüz. Bu dövlət adamlarını necə xarakterizə edərdiniz?

-Biz çox görüşmüşük və həmişə də ümumi dil tapmışıq. Məsələlərə strateji baxış, strateji yanaşma tərzi, öz ölkəsinin milli maraqlarına sədaqət, güclü siyasi iradə, modernləşmə xəttinin həyata keçirilməsi üçün lazım olan real qabiliyyət, geosiyasi və iqtisadi üstünlük və imkanlardan öz dövlətinin beynəlxalq nüfuzunu yüksəltmək üçün istifadə etmək bacarığı, siyasi ustalıq - həm Heydər Əliyevin, həm də İlham Əliyevin əsas keyfiyyətlərini bu cür sadalaya bilərəm. Azərbaycanın bu iki prezidentinə şəksiz milli liderlik, habelə ağıllı, ölçülü-biçili, sanballı daxili və xarici siyasət yürütmək bacarığı xasdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru