Bakıda yol pulu niyə şişir? - ARAŞDIRMA
Tarix: 24-04-2015, 12:40 | Çap et
 Bir neçə aydır ki, Bakının Badamdar qəsəbəsinin sakinləri şəhərin mərkəz hissəsinə getməkdə çətinlik çəkirlər, çünki qəsəbə mərkəzini Qurd qapısı ilə birləşdirilən Badamdar şossesi təmir olunur. Buna görə yolda tıxaclar yaranır, əvvələr Badamdardan keçmiş Əzizbəyov heykəlinə 6 dəqiqəyə gedən avtomobillər ind bəzən eyni yola 30-45 dəqiqə sərf etməli olurlar.
Qəsəbə sakinləri narazılıqlarını gizlətmirlər. “Məncə, bu əziyyətə və xərcə dəyməz. İndi çəkirlər, bir il keçməyəcək ki, darmadağın olacaq”, - deyə orta yaşlı qəsəbə sakini ANS PRESS əməkdaşı ilə söhbəti zamanı şikayətlənib. O, misal kimi qəsəbənin avtobuslar işləyən Əziz Nəzərov küçəsindəki vəziyyəti göstərir: “İki il qabaq asfalt örtüyü dəyişdirilmişdi, indi gedin, görün, nə vəziyyətdədir?” Təmirdən bir-iki il keçməmiş küçənin asfalt örtüyü şaxtadan, yağış sularından və ya avtomobillərin hərəkəti nəticəsində darmadağın olub.
ANS PRESS-in araşdırmasına görə, bu cür hallara Azərbaycanın əksər şəhərlərində rast gəlmək olar. Ölkədə yol təmiri üzrə bağlanan müqavilələrdə zəmanət müddəti nəzərdə tutulmadığına görə tikinti şirkətləri gördükləri keyfiyyətsiz işə görə heç bir məsuliyyət daşımırlar.
“Tikinti şirkətləri yolu dövlət komissiyasına təhvil verdikdən sonra işləri bitmiş sayılır. Halbuki, dünyanın əksər ölkələrində istifadəyə verilən yollara zəmanət müddəti müəyyən edilir. Mərkəzi Avropada yolun üst layı üçün zəmanət müddəti 5 il müəyyən edilir. Şimal qonşumuz Rusiyada da şirkətlər yola 4 il zəmanət müddəti müəyyən edirlər. Yalnız bundan sonra yolu təmir edə bilərlər”, - deyə iqtisadçı ekspert Vüqar Bayramov ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib. İqtisadçı alim Azərbaycanda yolların istismarı üçün ilkin dövrlərdə ən azı 3 il zəmanət müddəti müəyyən etməyi məqbul sayır.
Azərbaycanda tikilən yollar başqa ölkələrə nisbətən baha başa gəlsə də, keyfiyyətcə xeyli geri qalır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) araşdırmasına görə, Azərbaycanda orta hesabla 1 kilometr yolun çəkilişinə 18 milyon dollar xərclənir. Rusiyada bu rəqəm 17,6 milyon dollara, ABŞ-da 5,9 milyon dollara, Avropa Birliyində isə 6,9 milyon dollara başa gəlir.
Göründüyü kimi, bahalığına görə, Azərbaycan yolları yalnız Rusiya yolları ilə müqayisə edilə bilər. Amma bu məbləğin qarşılığında Rusiyada tikinti şirkətləri yolun torpaq zolağı üçün 10 il müddətinə zəmanət verirlər. Yolun bünövrə layı üçün 7 il, aşağı layı üçün 5 il zəmanət verilir. 4 illik zəmanət yolun yalnız üst asfalt örtüyü üçün nəzərdə tutulur. Rus şirkətləri inşa etdikləri körpülərə isə 8 il zəmanət verirlər. Müqaviləyə görə, hər hansı xəta aşkar edilərsə, zəmanət müddəti nöqsanın düzəldildiyi andan yenidən müəyyən edilir. Göründüyü kimi, yetərincə ağır şərtlərdir və bunu yerinə yetirən şirkətlərin seçilməsi üçün ciddi seçim aparılır.
Satınalmalar üzrə ekspert Hafiz Babalı Azərbaycanda yol çəkən şirkətlərin yarıtmaz işini tikinti müqavilələrinin tendersiz bağlanması ilə izah edir. "Yalnız beynəlxalq qurumların donorluğu ilə aparılan tikinti işləri zamanı tender keçirilir. Dövlət vəsaitlərin ilə gerçəkləşdirilən layihələrdə isə birbaşa müqavilələr bağlanır. Buna görə də təmirdən sonra yolların asfalt örtüyü tez-tez dağılır və qüsurları düzəltmək üçün yenidən dövlət büdcəsindən vəsait ayrılır", - deyə Hafiz Babalı ANS PRESS-ə bildirib.
Göründüyü kimi, ekspertlər beynəlxalq təcrübəyə əsaslanaraq yolların çəkilməsi zamanı inşaat şirkətlərindən zəmanət tələb edilməsini vacib sayırlar. Bunu bacaran şirkətlərin seçimi isə məhz tender yolu ilə mümkündür. Əgər hökumət bunu həyata keçirməzsə, hələ çox yollarımız təmirdən 1 il sonra xarabalığa çevriləcək.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
|