Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Dollar krediti ilə borcu olanların xeyrinə qərar veriləcəkmi?
Tarix: 24-04-2015, 11:25 | Çap et
Dollar krediti ilə borcu olanların xeyrinə qərar veriləcəkmi?
Fevralın 21-dən bəri Azərbaycanda hər kəsi düşündürən suallardan biri də banklardan dollarla götürülmüş kreditlərin hansı valyutada və hansı məzənnə ilə qaytarılması məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də bu məsələ ilə bağlı sorğu və müraciətə baxılmasına dair xəbərlər hər kəsi gözləmə mövqeyinə çəkib. Bu vaxtadək ayrı-ayrı mütəxəssislərin fərqli fikirlərinə yalnız Konstitusiya Məhkəməsinin qərarı ilə son qoyula bilər. Xatırladaq ki, bir neçə gün əvvəl Konstitusiya Məhkəməsindən verilən məlumatda da bildirilmişdi ki, ayrı-ayrı məhkəmələrdə bu məsələ ilə bağlı mövcud olan mübahisəli işlər dayandırılmalı və KM-in Plenumunun yekun qərarı gözlənilməlidir.

Bu ərəfədə Konstitusiya Məhkəməsinin necə qərar verəcəyi ilə bağlı mətbuatda müzakirələr aparılır. Əsasən, iqtisadçı ekspertlər hesab edirlər ki, Konstitusiya Məhkəməsinin qərarı bankların xeyrinə olacaq. Yəni, bankların külli miqdarda zərərə düşməməsi və maliyyə sabitliyinin saxlanılması üçün belə qərar gözləniləndir. Bəzi ekspertlər isə hesab edir ki, banklar dominant mövqeyindən istifadə edərək qərarın onların xeyrinə çıxarılmasına nail olacaqlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Mülki Məcəllənin qeyd olunan müddəalarının izahı dollar kreditlərinin taleyinə aydınlıq gətirəcək. Bankdan dollarla götürülmüş kreditlər fevralın 21-dən sonra necə, hansı məzənnə ilə qaytarılmalıdır? Əsas sual budur. Konstitusiya Məhkəməsinin qərarı necə ola bilər; bankların, yoxsa vətəndaşların xeyrinə uyğun qərar gözləmək olar? Sualı Analitik.az-a şərh edən hüquqşünas Habil İsgəndərov bildirib ki, iqtisadçı ekspertlərin bu məsələdə fikir formalaşdırmağa çalışmasına haqq qazandırmır.

В«Əslində, bu məsələnin necə həll olunmasının sonunda iqtisadi amillər dayanmasına baxmayaraq, yaranmış mübahisə özü hüquqi xarakterlidir. Yəni, açıq qalmış suallar hüquqi həllini tapmalıdır. Bu vəziyyətdə əsas sual Mülki Məcəllənin 439-cu maddəsinin ayrı-ayrı müddəalarının ziddiyyətli və eyni zamanda, bu müddəaların Konstitusiyaya uyğunluğunun şərh edilməsilə bağlıdır.

Əsas suallar ondan ibarətdir ki:

1) Azərbaycanın yerli bankları Azərbaycanın hüquqi və fiziki şəxslərinə (bunlara birlikdə В«borcalanВ» deyək – H.İ) dollarla (və ya başqa xarici valyutada) kredit verməyə haqlıdırlarmı?
2) Xarici valyutada verilmiş kredit məbləği borcalanlardan həmin xarici valyutada tələb edilə bilərmi?
3) Dollarla verilmiş kredit Azərbaycan manatı ilə qaytarılırsa, hansı məzənnə ilə ödənilməlidir?
Bu sualların yaranmasına səbəb də Konstitusiyanın 19-cu maddəsində təsbit olunanlarla Mülki Məcəllənin 439-cu maddəsinin 1-ci, 2-ci və 7-ci bəndlərinin arasında ziddiyyətli məqamların fərqli təfsir edilməsidir. Qeyd etmək lazımdır ki, Ombudsman məhz MM-in 439-cu maddəsinin bəzi müddəalarının Konstitusiyanın 19-cu maddəsinə uyğunluğunun şərh edilməsinə dair sorğu verib.

Konstitusiyanın 19-cu maddəsinin I hissəsində təsbit olunur ki, Azərbaycan Respublikasının pul vahidi manatdır. Maddənin III hissəsində təsbit olunur ki,

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Mülki Məcəllənin В«Pul öhdəliklərinin icrasıВ» adlanan 439-cu maddəsin 1-ci bəndində də pul öhdəliyi manatla ifadə edilməli olması göstərilməklə yanaşı, digər müddəalarında istisnalar nəzərdə tutulur.

Göründüyü kimi, Konstitusiyanın 19-cu maddəsində təsbit olunan В«Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandırВ» imperativ göstərişi ilə MM-in 439-cu maddəsinin 1-2-ci və 7-ci bəndindəki istisnalar arasında ziddiyyət var.
Hesab edirik ki, bu, hüquqi məsələdir və heç də iqtisadçıların, ayrı-ayrı bankirlərin və ya hüquqşünasların subyektiv fikirləri ilə həll oluna bilməz. Məhz ona görə də Konstitusiya Məhkəməsinin qanunvericilikdə olan bu ziddiyyətli məqamlara aydınlıq gətirəcək şərhinə zərurət yaranıb.

O ki, qaldı qərarın bankların və ya borcalanların xeyrinə olmasına, hesab edirəm ki, iqtisadçılar bu məsələdə də tələskənliyə yol verirlər. Konstitusiya Məhkəməsi nə bankların, nə də borcalanların xeyrinə qərar verməyəcək, verə də bilməz. Konstitusiya Məhkəməsi yalnız hüququn aliliyi, qanunun müddəalarının Konstitusiyaya uyğun olub-olmaması və qanunun necə təfsir olunmasına dair şərh verəcək.

Əksər hüquqşünasların da fikri belədir ki, tərəflərdən hər hansı birinin xeyrinə olmasından asılı olmayaraq, ayrı-ayrı müddəaların izahı, tətbiqi hər kəs və hamı üçün eyni dərəcədə aydın və yalnız QANUNUN tələblərinə uyğun olmalıdır. Məsələyə iqtisadi və sosial yanaşmadan daha əvvəl, həm də başlıca olaraq, hüquqi yanaşma üstünlük təşkil etməlidir. Hüquq – bu və ya digər sosial qrupun, şəxslərin mənafeyinə uyğun təfsir oluna bilməz.В» - deyə, hüquqşünas bildirib.


Konkret olaraq, dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılması məsələsinə gəldikdə isə, H.İsgəndərov Analitik.az-a bildirib ki, Konstitusiya Məhkəməsinin hər hansı şərhi hər iki tərəfin mənafeyini əhatə etməlidir: В«Onu da nəzərə almaq lazımdır ki, banklar bir tərəfdən kredit verəndirlər, onların qarşısında borcalanlar öhdəlik daşıyır. Digər tərəfdən də depozit münasibətlərinə görə, banklar hüquqi və fiziki şəxslər qarşısında öhdəlik daşıyırlar.
Yəni, banklar depozitə qəbul etdiyi dollar və ya manat vəsaitlərinə görə şəxslər qarşısında öhdəlik daşıyırlar. Mülki Məcəllənin 439-cu maddəsinin göstərilən müddəalarının şərhi həm kredit, həm də depozit münasibətlərinə şamil edilə bilər. Əgər məhkəmə hesab edərsə ki, kreditlər köhnə məzənnə ilə qaytarılmalıdır, eyni əsasla, depozitlərin qaytarılmasına da bu mövqe tətbiq oluna bilər. Burada birmənalı şəkildə ya bankın, ya də şəxsin xeyrinə nəticə alınmasını gözləməyə dəyməz.

Nəzərə alaq, bank şəxslərdən aşağı faizlə (maksimum 10-12) depozit qəbul edir, həmin vəsaitləri yüksək faizlə (20-30) kreditə yönəldir. İqtisadçı ekspertlər hesab edirlər ki, kreditlərin köhnə məzənnə ilə qaytarıldığı halda banklara ziyan dəyə bilər. Onda sual yaranır ki, banklar həm də depozitləri köhnə məzənnə ilə qaytardıqda, şəxslərə ziyan dəymirmi? Banklar hər bir halda bu prosesdən ziyanla çıxmırlar. Banklar, bir qayda olaraq, depozitə qəbul etdikləri pulu yüksək faizlə kreditə verirlər, yəni, onlar öz pullarını kreditə buraxmayıblar ki, bu prosesdə də ziyana düşsünlər. Onların kreditə verdikləri pulun çox böyük əksəriyyəti depozitə qəbul etdikləri vəsaitlərdir. Azərbaycanda kredit və depozit həcmlərinin arasında elə də böyük fərq olmadığından, hesab etmək olar ki, kreditin köhnə məzənnə ilə qaytarılmasında bankların böyük zərərlə üzləşəcəyinə dair narahatlıqlara əsas yoxdur. Ancaq nəzərə alaraq ki, 3 milyondan çox insanın kredit borcu olduğu halda, kreditlərin yeni məzənnə ilə tələb olunması daha geniş auditoriyanın mənafeyinə toxuna bilər.

Ancaq hər bir halda, kimin mənafeyinə uyğun və ya zidd olmasından asılı olmayaraq, Konstitusiya Məhkəməsinin əsas vəzifəsi hüququn aliliyinin təmin edilməsi, qanunun hamı üçün birmənalı olması, ziddiyyətli müddəaların yalnız qanuna uyğun şərhinə nail olmaqdır.В»

Hüquqşünas onu da deyib ki, hazırki mərhələdə iqtisadçıların və ya digər mütəxəssislərin subyektiv mülahizələri deyil, qanunun aliliyinin təmin edilməsi vacib şərtdir. Həm bankların, həm də borcalanların mənafeyinin qorunması məhz bu təminatdan keçir. Kredit münasibətlərində В«söz sahibiВ» olan bankların fəaliyyətində Konstitusiyanın tələblərinə uyğunsuzluq müəyyən ediləcəyi halda, bu vəziyyətə hüquqi qiymət verilməsi zəruri olacaq. Əks yanaşma, yəni, hüququn aliliyinin gözlənilməməsi, həm də elə həmin hüququn sosial nizamın qorunması kimi vəzifəsinin pozulması ilə nəticələnə bilər ki, bu da bizim cəmiyyətdə arzuolunan deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru