Göyçay sakini prezidentə müraciət etdi
Tarix: 23-04-2015, 12:18 | Çap et
 Göyçay rayonu Çərəkə kəndi sakini Məmmədov Ramiz Alı oğlu redaksiyamızın elektron ünvanına şikayət məktubu göndərib. O, Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayevin qanunsuz əməllərindən şikayətçidir. Vətəndaş yazır ki, adıçəkilən hakim şəxsi və maddi maraqlarını dövlət qanunlarından ali tutub, qanunsuz hökm çıxarmaqla onun həyat və sağlamlığını ciddi təhlükə qarşısında qoyub:
"Buna görə mən həyatımı hər an itirə bilərəm. Belə ki, 01 noyabr 2014-cü il tarixdə Göyçay-Ucar yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli xəsarət aldım. Dalağımı çıxartdılar, qapalı kəllə-beyin tramvası, baş-beyin silkələnməsi, baş alın nahiyəsinin və sağ qulaq seyvanının yumşaq toxumalarının əzilmiş-sıyrılmış yaraları, sol böyrəyin zədələnməsi və sağ dizimin qapağının sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığıma ağır zərər vurulmaya aid xəsarət yetirilib. Avtomobilim tamam yararsız vəziyyətə düşdü və hazırda həmin vəziyyətdə həyətimdə saxlayıram. Yol nəqliyyat hadisəsinə görə açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs Əmirov Qəzənfər Şahlar oğlunun mənə, avtomobilimə vurduğu maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə təqdim etdiyim mülki iddiamı hakim Elxan Babayev qanunsuz olaraq baxılmamış saxladı. Bu isə açıq-aşkar qanunsuzluq, özbaşınalıqdır. Hakim aldığı nəyinsə hesabına belə bir ədalətsiz hökm çıxarmaqla mənə sarsıdıcı zərbə vurdu". Narazı vətəndaş daha sonra yazır ki, bu qərardan sonra hələ də özünə gələ bilməyib: "Bəlkə də Azərbaycan tarixində ikinci belə bir saxta, qanunsuz məhkəmə hökmü olmamışdır ki, bunu aldığı nəyinsə hesabına hakim Elxan Babayev etdi. Bu cinayət işi əvvəldən ədalətsiz aparıldı. Yol-nəqliyyat hadisəsinə yerində baxış keçirib saxta akt tərtib ediblər ki, guya təqsirləndirilən şəxs avtomobilini saatda 70 km sürətlə idarə edirmiş. Amma bu yalandır.

Çünki belə sürətlə idarə edilən avtomobillə törədilən avtomobil qəzası zamanı ağır dərəcəli xəsarət alınması və avtomobilin tamamilə yararsız hala düşməsi qətiyyən mümkün deyil. Təqsirləndirilən şəxs Qəzənfər Əmirov avtomobilini həmin vaxt saatda 120 km sürətlə sürdüyü üçün avtoqəza nəticəsində ağır dərəcəli xəsarət almışam və avtomobilim tamamilə yararsız hala düşüb. Aldığım xəsarətlərdən hələ də əziyyət çəkirəm, əmək qabiliyyətimi 90% itirmişəm. Avtoqəzadan sonra 11 gün reanimasiyada stasionar müalicə olunmuşam, xəstəxanadakı şəraitsizliyə görə isə məcbur olub 2 ay 4 gün isə evdə yataq xəstəsi olub müalicə edilmişəm. Hazırda da müalicə alıram. Uzun müddət Göyçay Televiziya Verilişləri Yayım Stansiyasında mühəndis vəzifəsində işləmişəm. 14 dekabr 2009-cu il tarixli sərəncamı ilə prezident cənab İlham Əliyev məni tərəqqi medalı ilə təltif edib. Çünki mən məsuliyyətli, zəhmətkeş işçi olmuşam. Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayev kimi öz maraqlarımı dövlət qanunlarından ali tutmamışam. Ekspertlərin qanuni sənədlə təsdiq etdikləri səhhətimə və avtomobilimə dəymiş maddi zərərin ödənilməsinə dair mülki iddiamı hakim Elxan Babayevin baxılmamış saxlaması üçün aldığı "şirinlik" demək olar ki, mənim qan pulumdur. Onun bu əməli barədə prezident cənab İlham Əliyevə, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova şikayət ərizəsi ilə müraciət etmişəm. Məsuliyyətli, qabaqcıl işci kimi "Tərəqqi" medalı ilə təltif olunmuş şəxs olaraq mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova müraciət edib xahiş edirəm ki, mənə kömək göstərsinlər. Ədalətsiz qərar çıxaran hakimin barəsində ciddi, təsirli tədbirlər görülməlidir. Onun çıxardığı hökm və qərarlar Azərbaycan Respublikasının ədliyyə sisteminin nüfuzuna zərbə vurur".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
|