Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

"Aqrolizinq"də köhnə şefin kadrları hələ də meydan sulayır...
Tarix: 22-04-2015, 09:24 | Çap et
"Aqrolizinq"də köhnə şefin kadrları hələ də meydan sulayır...
Hesablama Palatasının son hesabatı bəzi dövlət qurumlarının rəhbər şəxslərini təşvişə salıb. Palatanın hesabatında "Aqrolizinq" ASC-nin fəaliyyəti ilə bağlı ciddi faktlar yer alıb. Hesabatda göstərilir ki, keçən il ərzində dövlət büdcəsindən "Aqrolizinq" ASC-yə ayrılan və təkrar istifadə edilən vəsaitlərin istifadəsinə dair audit keçirilib.

Bir çox hallarda normativ-hüquqi aktların və metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Proqnozlaşmanın tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərcləri nəzərə alınmayıb, xərclər əsaslandırılmadan artırılıb, qurumun maliyyə-təsərrüfat fəaliyyəti zərərlə nəticələndiyi halda, işçilərin mükafatlandırılması üçün vəsait ödənilib. Satınalmalar zamanı iddiaçıların təklifinin əsaslılığı araşdırılmayıb, kadr və ixtisaslaşdırma barədə məlumat alınmayıb, malların orta bazar qiymətlərinə uyğun ehtimal olunan qiyməti müəyyənləşdirilməyib, bəzi hallarda tenderin şərtlər toplusunun tələbləri gözlənilməyib, bir çox hallarda müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan açıq tenderlə həyata keçirilməli satınalma ayrı-ayrı kotirovkalara, kotirovka sorğusuyla xərc edilməli vəsait ayrı-ayrı müqavilələrə bölünməklə birbaşa müqavilələr bağlanıb. ASC-nin filiallarının istifadəsində olan texnikalar üzrə ödənişlər aşağı səviyyədə olub, təchizat bazalarında və aqroservis filiallarının ərazisində istifadəsinə tələbat olmadığı halda, 2005-2013-cü illərdə alınan müxtəlif növ texnikalar filiallarda və bazalarda "saxlanc" adıyla istifadəsiz qalıb. Qeyd edək ki, ASC-nin sabiq sədri Əli Bayramov məhz bu kimi qanun pozuntuları üzündən tutduğu vəzifədən kənarlaşdırıldı. Görünən isə odur ki, onun yerinə təyin edilən Elşən Məmmədov hələ də bu sahədəki problemləri aradan qaldıra bilməyib. Əksinə, cəmiyyətin yerli filiallarında nöqsanlar durmadan artır. Heç kimə sirr deyil ki, dövlət səviyyəsində aqrar sahənin inkişaf etdirilməsi və fermerlərin güzəştli şərtlərlə texnika, gübrə əldə etməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə prezident İlham Əliyev aprelin 16-da ""Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında" sərəncam imzalayıb. Baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə "Aqrolizinq" tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilib. Lakin bütün tədbirlərə baxmayaraq, ASC-nin bəzi filiallarında korrupsiya əlamətləri açıq-aşkar şəkildə hiss olunmaqdadır. "Aqrolizinq"in İmişli rayon filialında da ciddi problemlər mövcuddur. Xatırladaq ki, filialın sabiq müdiri Razi Talıbzadə 2013-cü ilin oktyabr ayında həbs olunub. Belə ki, o ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835.5 min manat dəyərində 9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəməsində şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ötən ilin sentyabr ayında isə filialın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaq zamanı filialın müdiri Razi Talıbzadənin filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinin isə şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Razı Talıbzadədən sonra filiala müdir təyin edilən Vahid Muradov sələfinin nöqsanlarını təkrarlamaqla məşğuldur: "İmişli rayon Aqroservis filialında texnikaların, əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların, mal-material qiymətlilərinin hərəkətinin analitik uçotu aparılsa da, sintetik uçotu aparılmayıb. Onların dövriyyə cədvəlləri tərtib edilməyib, saxlanc adıyla uzun illər hərəkətsiz və istifadəsiz qalan texnikaların etibarlı qorunub saxlanması və səmərəli istifadəsi məqsədilə analitik uçot lazımi səviyyədə qurulmayıb. Filial müdiri texnikanı və gübrəni kasıb əhaliyə ikiqat artıq qiymətə, vəzifəli və imkanlı şəxslərə isə daha ucuz qiymətə verir. İmişlidə əkin-biçin vaxtı əhali kənd təsərrüfatı texnikasının çatışmazlığından əziyyət çəkir. Bu üzdən əksər hallarda kəndlilər ya əkinlərini vaxtından əvvəl əkə bilmirlər, ya da məhsullarını vaxtında toplaya bilmədiklərinə görə ziyanla üzləşirlər. Bunun əsas səbəblərindən biri isə "Aqrolizinq"in İmişli filialının balansında olan texnikaların ayrı-ayrı imkanlı şəxslərin təsərrüfatında işlədilməsidir. Qurumun balansına kifayət qədər texnikanın verilməsinə baxmayaraq, bir qayda olaraq taxıl biçini zamanı ciddi şəkildə kombayn və texnika çatışmazlığı meydana çıxır. Belə ki, müasir texnikalar taxıl biçini zamanı birinci növbədə direktora yaxın adamların, eləcə də digər vəzifəli şəxslərin əkin sahələrində çalışır. Nəticədə fermerlər problem yaşamalı olur". Aldığımız məlumata əsasən, qurumun rəhbərliyi taxılbiçən kombaynları sadə kənd sakinlərinin adlarına sənədləşdirərək onlardan alınan yüksək icarə haqqını 50% faiz azaldır: "Bundan sonra isə həmin texnikalar ya rayonda məmurların təsərrüfatlarında işlədilir, ya da qonşu rayonlara göndərilir. Şum traktoru, səpin texnikası, kultivator, kimyəvi mübarizə aqreqatı, yığım kombaynlarını nəyinsə müqabilində fermerlərə təklif edilir. Qurumun balansında olan kənd təsərrüfatı texnikaları çox ağır şərtlərlə fermerlərə verilir. Əkinçilər dövlətin yaratdığı güzəştli lizinqdən bəhrələnə bilmir. Bunun nəticəsində rayonda hər il kənd təsərrüfatı üzrə məhsuldarlıq aşağı düşür".

Vahid Muradov bilməlidir ki, o tezliklə bu cür əməllərindən əl çəkməsə, filialın keçmiş müdiri Razi Talıbzadənin aqibətini yaşaya, yəni həbs oluna bilər. Yəqin ki, əlaqədar dövlət qurumlarının nümayəndələri, o cümlədən kənd təsərrüfatı naziri Heydər Əsədov və ASC sədri Elşən Məmmədov İmişli filialında hökm sürən problemləri araşdıracaq və lazımi ölçü götürəcəklər.

Qarşı tərəfi də dinləyə bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru