Hacıbala Abutalıbovun “üstü bəzək” biznesinə qadağa
Tarix: 16-04-2015, 09:16 | Çap et
 Ötən həftə Nobel prospektindəki 9 mərtəbəli binada baş verən yanğın xoşbəxtlikdən insan itkisiz ötüşsə də, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binalara vurulan penoplast üzlüklərin nə qədər təhlükəli olması mövzusunu bir daha gündəmə gətirdi. Bakının köhnə binalarına vurulan bəzəkli üzlüklər ilk baxışdan şəhərə yarışıq verir, hətta işıqlandırma sistemləri ilə göz oxşayır. Amma bu gözoxşayan yaraşığın bir saatın içində yüzlərlə insanın həyatını necə qaralda biləcəyini düşünəndə adam dəhşətə gəlir.
Ekspertlər təxminən iki il əvvəl başlayan, son aylar isə vüsət alan binaların penoplast materialı ilə üzlənməsinin çox təhlükəli olduğunu bəyan etsələr də, bu xəbərdarlıq Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun eyninə də olmadı. Müvafiq nazirliklər, xüsusilə də Fövqəladə Hallar Nazirliyinin bu məsələdə qəti mövqe ortaya qoymaması nəticəsində insanların illərlə zəhmətlə qurub-yaratdıqları mənzillər bir saat içərisində məhv oldu.
Məlumdur ki, penoplast Azərbaycana İtaliya və Türkiyə istehsalı adı altında gətirilsə də, məhz Çin əmtəəsi hesab olunur. Amma bundan betəri də var: penoplastın vətəni Çin sayılsa da, xəbərlərə görə, orada tikinti sahəsində penoplastdan istifadə olunmur. Yəqin məhz bu səbəbdən ki, bu kauçuk üzlüklər tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Əhalinin dediyinə görə, bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında, günəş işığı ilə işıqlandırılmasında da ciddi problemlər yaranır. Söndürülməmiş siqaretdən belə alışa bilən materialın ucdantutma yaşayış binalarının fasadlarına vurulmasından isə təkcə mer deyil, həmin “tenderlərdə qalib gələn” şirkətlər, eləcə də icra başçıları qazanırlar.
Maraqlıdır ki, sarı rənglı penoplastlar bəzi hallarda aqlay daşlarına oxşadılır, onun üstünə rəng çəkilir. Məsələn, Binəqədi rayonunda, Ziya Bünyadov prospektinə doğru binaların üzərinə təzəlikcə bu cür kauçuk üzlük və sonra rəng vurulub. Bu cür texnologiya isə haqlı suallar doğurur: əcəba, hökumətdə bunun üçün ayrılmış pulların xərclənməsi sənədlərində binaların üzlüklərinin penoplast, yoxsa aqlay olduğu yazılır? Və bu maxinasiyadan dövlət büdcəsinin itirdiyi milyonlar kimin cibinə axır? Təkcə Bakı merininmi?
Belə məlumatlar var ki, əslində paytaxtdakı binaların üzlüklərinin aqlay daşları ilə yenilənməsi nəzərdə tutulur. Şəhərin mərkəzi və mərkəzə yaxın binalarda istisnasız olaraq aqlaydan istifadə olunur. Amma mərkəzdən kənar yerlərdə üzlüklər əvvəl penoplastlanır, sonra isə “aqlaya” çevrilir. Qeyd edək ki, uzaqdan baxdıqda bu materialları ayırmaq mümkün olmur. Yalnız yaxınlaşıb ona toxunduqda bilinir ki, daş üzlüklər əslində taqqıldayır...
* * * Xəbərlərə görə, Nobel prospektindəki yanğın hakimiyyətin üst düzeyində ciddi narahatlıq doğurub. Xüsusilə “Bakı-2015"in Təşkilat Komitəsindən Hacıbala Abutalıbova sərt xəbərdarlıq edilib. Merin özünü sığortalama üçün günahı bina sakinlərinin üzərinə qoymaq istədiyi, amma onun dediklərinin qəbul edilmədiyi söylənilir. Yarışların Təşkilat Komitəsinin narahatlığı başa düşüləndir. Çünki Bakı yaxınlaşan Avropa Oyunları səbəbindən dünyanın diqqətindədir, tez-tez müxtəlif ölkələrin telekanalları geniş materiallar hazırlamaq üçün Azərbaycan paytaxtına gəlirlər.
Üstəlik, bu cür mötəbər yarışlar ərəfəsi belə miqyaslı yanğınlar istər-istəməz lazımsız həyəcan, ajiotaj yaradır. Xəbərlərə görə, Abutalıbovun ”üstü bəzək" biznesinə əl qoyulub, onunla Avropa Oyunlarından sonra ciddi danışılacağı deyilib. Xatırladaq ki, “Bakı-2015"dən sonra hakim komandada ciddi dəyişikliklər gözlənilir ki, vəzifədən çıxarılacaq məmurlar sırasında Abutalıbovun adı lap öndədir. Bu fürsətdən Abutalıbovun rəqiblərinin də istifadə etdiyi barədə məlumatlar var. Belə ki, ucuz başa gəlsə də, penoplastların insanların həyatı üçün çox təhlükəli olması barədə hökumətə xüsusi rəy hazırlanıb. Müvafiq qurumlar da buna rəy verərək ilk növbədə özlərini gələcək bu kimi hadisələrdən sığortalamaq istəyiblər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
|