Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Qarabağda Turan Ordusu ab-havası nəyə necə təsir edə bilər? - GƏLİŞMƏ
Tarix: 10-03-2015, 09:49 | Çap et
Qarabağda Turan Ordusu ab-havası nəyə necə təsir edə bilər?
Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyədəki aviabazaya gəlib. Eyni zamanda “İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazada qərarlaşıb.

Aprelin 13-dək davam edəcək təlimlər müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçirilir. Qeyd edək ki, hərbi təlimlərdən az sonra Türkiyə tarixinin şərəfli günlərindən biri olan Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı tədbirlər yüksək səviyyədə keçiriləcək və bayram mərasimlərinə Azərbaycan prezidenti də dəvət olunub.

Bu mənada iki qardaş ölkənin son yarım ildə sayca ikinci nəhəng hərbi təlimlər keçirməsi şübhəsiz ki, qondarma ”soyqırım"ın 100 illiyini keçirmək istəyən düşmənə ciddi mesajdır. Ötən ilin payızında bir ay davam edən birgə hərbi təlimlərdə on minlərlə hərbçi, o cümlədən çoxlu sayda hərbi texnika iştirak etmişdi. Bugünlərdə Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürkün ölkəmizə rəsmi səfər etməsi də iki paytaxtın yüksək səviyyəli hərbi əməkdaşlığının növbəti mərhələyə keçməsindən xəbər verir.

Qeyd edək ki, ötən ilin yazında Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın qurduğu və adına “Turan Ordusu” deyilən ortaq hərbi missiyanın mövcud olduğu barədə yazmışdıq. Bildirilirdi ki, Ankara Suriyadan kürdlərin və ermənilərin kütləvi olaraq, həm də ailələr və tayfa halında, Dağlıq Qarabağa köçürülməsindən, eyni zamanda Türkiyə, İraq və Suriyadan PKK silahlılarının bu bölgəyə sızmasından ciddi narahatdır.

Dağlıq Qarabağa köç edən kürd və erməni terrorçularının həm də Türkiyəyə təhlükə yaratması səbəbindən gələcəkdə işğal olunmuş Azərbaycan ərazilərində antiterror əməliyyatlarının keçirilə biləcəyi də gələn məlumatlar arasında idi. Ekspertlər şübhə etmirlər ki, NATO ölkəsi olan Türkiyənin Azərbaycanla ortaq təlimlər keçirməsi həm də alyansın razılığı əsasında həyata keçirilib və bu da Azərbaycan ərazilərinin azad olunması ilə bağlı ümidləri artıran amillərdəndir.

Politoloq Elxan Şahinoğlu deyir ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra Türkiyə ilə hərbi əməkdaşlıq üst səviyyəyə qalxıb: “Keçmiş müdafiə naziri Səfər Əbiyev Türkiyəyə ara-sıra səfərlər etsə də, qardaş ölkə ilə hərtərəfli əməkdaşlıq qurmağa tələsmirdi. Əksinə, Türkiyə generaliteti Əbiyevin bir sıra addımlarından açıq-aşkar narahat idi. Məsələn, Səfər Əbiyev Türkiyə Hərbi Akademiyasını bitirən azərbaycanlı məzunlara nazirlik sistemində müvafiq iş vermirdi, onları ən ucqar yerlərə göndərirdi. Halbuki onların hərbi biliklərindən müdafiə sistemini NATO standartlarına keçirmək üçün istifadə etmək olardı. Və ya Səfər Əbiyev türkiyəli hərbi mütəxəssisləri Azərbaycanın hərbi tədris müəssisələrindən uzaqlaşdırmışdı. Zakir Həsənov fərqli siyasət yürüdür. O, Azərbaycan ordusunu bütün mənalarda NATO standartlarına yaxınlaşdırmaqla, qardaş Türkiyə ilə birgə hərbi təlimlər keçirməklə doğru yol seçib. Aydındır ki, Azərbaycan hərbi yolla torpaqlarını azad etməyə girişsə, kimsə bizim əvəzimizə işğalçılarla savaşmayacaq. Ancaq ordunun NATO standartlarına keçidi və Türkiyə ilə birgə hərbi təlimlər həm müdafiə imkanlarımızın artması, həm də zəruri təcrübənin artması deməkdir”.

E.Şahinoğlu bu hərbi ittifaqın Qarabağda antiterror əməliyyatı keçirilməsi ilə bağlı hansı faydalar verəcəyinə də münasibət bildirdi: “Türkiyə ordusu illərdir PKK ilə mübarizə aparmaqla böyük təcrübə qazıb. Türkiyə ordusunun dağ döyüşlərindəki savaş təcrübəsi Dağlıq Qarabağda bizə lazım olacaq. Hərbi təyyarələrimizin Türkiyədə təcrübə keçməsinin də bizim üçün vacibdir. Ümumiyyətlə, Azərbaycan ordusuna müasir döyüş texnikası ilə yanaşı həmin döyüş texnikasından yüksək səviyyədə istifadə imkanlarını da yüksəltməsinə ehtiyacı var. Bu mənada Türkiyə ilə artan birgə hərbi təlimlərin dəyəri yüksəkdir. Azərbaycan ordusu bəlli səbəblərdən nə Rusiya, nə ABŞ, nə də ki Avropa ölkələrindən biri ilə hərbi təlimlər keçirmək imkanına malikdir. Onlarla olan hərbi təlimlər simvolik xarakter daşıyır, sadəcə, qapalı otaqlarda xəritələr üzərində keçirilən təlimlərdir. Türkiyə ilə keçirilən birgə hərbi təlimlərdə isə ordunun bütün imkanlarından istifadə olunur. Necə ki, Rusiya ildə bir neçə dəfə Ermənistan ordusu ilə hərbi təlimlər keçirir, Ermənistan ordusunu faktiki Azərbaycana qarşı gücləndirir, eləcə də Azərbaycanın Türkiyənin hərbi imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyacı var”.

Hərbi ekspert Üzeyir Cəfərov da “Yeni Müsavat”a açıqlamasında Bakı ilə Ankaranın hərbi əməkdaşlığını yüksək qiymətləndirdi: “Bir vaxtlar arzusunda olduğumuz Türkiyə-Azərbaycan birgə hərbi təlimləri artıq istəkdən reallığa addımlamış bir tarixi hadisədir. Ötən il ilk dəfə olaraq Azərbaycanda reallaşan belə bir möhtəşəm və son dərəcə vacib hərbi təlim, bu dəfə qardaş Türkiyə dövlətinin ərazisində keçirilir. İlk baxışdan ola bilsin ki, bu kənardan o qədər də diqqəti çəkmir. Amma bunun siyasi və hərbi mənasını, məntiqini incələyənlər, bu sahə üzrə uzmanlar gözəl anlayırlar ki, söhbət hansı dəyərlərdən və dünya miqyaslı proseslərdən gedir. Heç kimə sirr deyil ki, türk dünyasının güclənməsini istəməyən yetərincə qüvvələr mövcuddur ki, onlar hər an bizə və bizim Türkiyə kimi strateji müttəfiqimizə zərbə vurmağa hazırdırlar. Ona görə də şəxsən mənim üçün bu təlimlər sıradan adi bir tədbir deyil”.

Ü.Cəfərov bu təlimlərin çox uzaq perspektivlərə hesablanmış bir tədbir saydığını bildirdi:

“İnşallah, biz bunun praktiki nəticələrini bir neçə il sonra hiss edəcəyik. Özü də söhbət dünya ordularında çox böyük önəm və yük daşıyan bir qoşun birləşməsindən gedir. Bu hərbi hava qüvvələri və onların yardımçı hissələridir. Şəxsi qənaətimə görə, yaxın dönəmlərdə bu təlimlərin Qarabağ məsələsində də öz təsirini göstərəcəyini istisna etmək olmaz. Bu hansı formada olacaq dəqiq deyə bilməsəm də, hər halda, antiterror əməliyyatı keçirildiyi zaman bu təlimin elementlərindən faydalanacağımız şübhəsizdir”. Hərbi ekspert istisna etmir ki, gələcəkdə Qarabağdakı PKK-çı, o cümlədən separatçı qüvvələrə qarşı bu təlimlərdən praktiki cəhətdən istifadə edilməsi mümkündür: “İki qardaş və dost ölkənin hərbi təlimləri bu nöqtəyi-nəzərdən çox böyük önəm daşıyır və bizim HHQ-in döyüş təcrübəsi toplamaq baxımından çox böyük faydası var. O ki qaldı Gümrüdəki bazada da hərbi təlimlərin keçirilməsi məsələsinə, mənə elə gəlir ki, bu təlimlər Türkiyə ərazisində keçirilən təlimlərin fonunda çox kiçik və mən deyərdim ki, diqqətdən çox kənar qalır. Prinsip etibarı ilə onları da başa düşmək lazımdır ki, erməni tərəfi daxildəki gərginliyi bir qədər səngitmək üçün öz havadarlarından hər zaman olduğu kimi kömək umur. Amma bu, o qədər də güclü effekt verməyəcək. Artıq cinayətkar Serj Sərkisyan hakimiyyəti son dərəcə çətin dönəmlərini yaşamağa başlayıb”.

***
“Avropanın təhlükəsizliyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır”. Bunu “Trend”ə Polşanın Azərbaycandakı səfiri Marek Tsalka deyib. Onun sözlərinə görə, Polşa Dağlıq Qarabağ münaqişəsinin mövcudluğundan narahatdır: “Rusiya-Ukrayna, eləcə də Şərq-Qərb münasibətlərindəki hadisələri nəzərə alaraq başa düşürük ki, bununla əlaqədar Dağlıq Qarabağ münaqişəsi presedentdir”.

M.Tsalka qeyd edib ki, məhz Dağlıq Qarabağda əsrin son rübündə bir ölkənin beynəlxalq səviyyədə qəbul olunmuş sərhədləri pozulub: “Məhz orada bu günə qədər nizamlanmayan münaqişə alovlanıb, əslində Avropaya aid ərazidə artıq 25 ildir davam edən işğal baş verib. Bu məsələ təbii ki, Avropa siyasətinin ən yaralı yerlərindən biridir. Ən azından, Polşa tərəfinin rəsmi mövqeyi belədir”.

Səfirin sözlərinə görə, tarixən Avropada öz aralarında vuruşan xalqların köçü, ölkə sərhədlərinin dəyişməsi baş verib: “Lakin sonralar Avropa ölkələri arasında dəyişməz sərhədlər qurulub. Balkan yarımadasında, postsovet məkanında münaqişələr və indiyə qədər həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi sonralar başlayıb. Əgər mənfi presedent yaranırsa, bütün tərəfləri qane edən qərar qəbul edilmirsə, deməli, savaşmaq və sərhədləri dəyişmək olar. Bütün bunlar XVIII və XIX əsrləri, ötən əsrin 30-40-cı illərinin totalitar rejiminin təcrübəsini xatırladır”. Diplomat əlavə edib ki, Azərbaycan regionun qabaqcıl ölkəsidir: “Biz Azərbaycanla strateji əlaqələr qurmalıyıq. Polşa həmişə Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunmasına yardım edəcək. Polşa Avropa İttifaqı və ATƏT-in üzvü kimi imkanları daxilində siyasi və diplomatik metodlardan istifadə etməklə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə yardım edəcək”. Onun sözlərinə əsasən, Polşa ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir və arzu edir ki, bu fəaliyyət daha səmərəli olsun. M.Tsalka bildirib ki, Avropaya enerji resurslarının tədarükçüsü kimi Azərbaycan Avropa İttifaqı tərəfindən strateji tərəfdaş qismində nəzərdən keçirilməlidir: “Əslində tərəflər artıq əməkdaşlıq edirlər, lakin əməkdaşlığın bu səviyyəsi artırılmalıdır”.

Azərbaycan Aİ ilə tərəfdaşlığı getdikcə dərinləşdiyinə görə səfir ümid edir ki, bu, Azərbaycan və Avropa İttifaqı arasında bağlanmış müqavilələrə təsir edəcək: “Bu da öz növbəsində, Aİ üçün təhlükəsizlik məsələsidir. Polşa isə bunu dəstəkləməyə hazırdır”. Diplomatın sözlərinə görə, Azərbaycan Xəzər regionunun əsas ölkəsidir, enerji resursları ilə zəngindir və olduqca maraqlı geosiyasi mövqeyə malikdir.

Bu arada Ermənistanda durum getdikcə dözülməz hala çatıb. İrəvanda qiymətlər durmadan artır. Ermənistan KİV-ləri bildirir ki, ərzaq məhsulları respublikada orta hesabla 7% bahalaşıb. Bu, Rusiyadan transfertlərin azalması fonunda baş verir. Rusiyada işləyən erməni əmək miqrantlarının ailələrinə göndərdikləri pulların miqdarı yetərincə azalıb. Artıq hesablanıb ki, Rusiya Federasiyasından bu Cənubi Qafqaz respublikasına göndərilən pul axını 172,4 mln. dollar azalıb. (ANS) Nəticədə, transfertlərdən asılı olan ailələrin ödəniş qabiliyyəti kəskin azalıb, ərzaq məhsulları və vacib xalq istehlak malları yenidən bahalaşıb.

Rusiyaya sıx iqtisadi bağlarla əlaqəli olan Ermənistan üçün şimal ölkəsində baş verənlərin çox böyük önəmi var. Rusiyada isə işlər, yumşaq deyilsə, elə də yaxşı getmir. İllik inflyasiya burada artıq rekord səviyyəyə qalxaraq artıq 17% təşkil edib və artmaqda davam edir.

Fizikanın birləşmiş qablar qanununda olduğu kimi, Rusiyada vəziyyət pisdirsə - Ermənistanda daha pisdir. Buna görə də Karneqi Fondunun ekspertlərinin bu Cənubi Qafqaz respublikasında etiraz aksiyalarının sayının dəfələrlə artması barədə verdiyi proqnoz, böyük ehtimalla, gerçəkləşəcək.
\\ musavat.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Bu gün, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru