Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Hacıbala Abutalıbovun işçilərindən vəhşət... - VİDEOLAR
Tarix: 4-03-2015, 14:30 | Çap et
Hacıbala Abutalıbovun işçilərindən vəhşət...
Bakıda küçə itlərinin vəhşicəsinə öldürülməsi yeni məsələ deyil. Virtualaz.org saytı da bu haqda bir neçə dəfə məlumat verib.

Sahibsiz küçə itləri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Sahibsiz Heyvanlara Qarşı Mübarizə Departamentinin əməkdaşları tərəfindən günün günorta çağı, insanların gözü qarşısında vəhşicəsinə öldürülür. BŞİH əməkdaşları bunu uşaqların, xəstə adamların gözü önündəcə həyata keçirirlər.

Bakı və ətraf qəsəbələrin sakinlərinin sahibsiz küçə itlərindən şikayəti olsa da əksər vaxt təhlükə mənbəyinə (it qapması, quduzluq xəstəliyi və s. baxımından) çevrilən bu heyvanların vəhşicəsinə öldürülməsinə etiraz edən insanlar da az deyil.

Küçə itlərinin onlara zərər verəcəyindən qorxan sakinlər BŞİH-ə müraciət edir. BŞİH-dən də bir neçə dəfə verilən rəsmi açıqlamada da bildirilib ki, bu cür şikayətlərin sayı-hesabı yoxdur. Hətta şikayətlər o qədərdir ki, meriya heç bir monitorinq keçirməyə vaxt tapmır. Onlar elə sakinlərin şikayəti əsasında küçə itlərinin çoxalmasının qarşısını almağa, onları məhv etməyə, ovlamağa çalışırlar. Özü də heç bir monitorinq aparmadan, quduz olub-olmadığını yoxlamadan. Sadəcə güllələməklə...

Sakinlərin sahibsiz itlərdən qorxmasını, quduz itlərdən qorunmaq üçün müvafiq qurumlara müraciət etməsini anlayışla qarşılamaq olar. Belə quduz heyvanlar Avropa ölkələrində də öldürülür. Amma bizdəki kimi vəhşicəsinə yox!

Bəzən Bakı küçələrində özünü ovlaqda hiss edən əlisilahlı şəxslər də görürük. Onlar əllərində tüfəng paytaxt küçələrində necə deyərlər, “qan edir”. Küçə itlərini istədikləri şəkildə, istədikləri yerdə öldürürlər. Bəzən isə onlar hədlərini daha da aşaraq bu hərəkətlərinə etiraz edən sakinləri belə silahla hədələyir, onlardan “işlərinə qarışmamağı” tələb edirlər.

Bəs vəhşicəsinə öldürülən itlər sonra hara aparılır? Onlar necə məhv edilir?

Yəqin ki, küçə itlərinin öldürülməsinin şahidi olan hər kəs bu suallara cavab axtarıb.

Bu gün bir qrup heyvansevərin virtualaz.org saytına təqdim etdiyi videogörüntülərdə bu suallara cavab tapa bilmişik. Redaksiyamıza təqdim edilən videogörüntülərdə vəhşicəsinə öldürülən itlərin daha sonra necə məhv edildiyinin şahidi oluruq. Məlum olur ki, Bakıda öldürülən küçə itləri Balaxanı qəsəbəsində Sahibsiz Heyvanlara Qarşı Mübarizə Departamentinə məxsus ərazidə kütləvi şəkildə yandırılır.

Belə görünür ki, bu itlərin yandırıldığı yer BŞİH-in krematoriyasıdır. Çünki bir müddət əvvəl BŞİH-dən verilən açıqlamada bildirilirdi ki, onlar sahibsiz quduz itləri öz krematoriyalarında yandırırlar.

Küçə itləri bura ya öldürülüb gətirilir, ya da gətirilib burada öldürülür. Görüntülərdən də aydın olur ki, küçə itlərinin quduz olub-olmaması əsla yoxlanılmır. Çünki öldürülən və yandırılan itlər arasında küçüklər də var. Onlar sadəcə çoxalmasın deyə məhv edilir.

Bu isə onu göstərir ki, küçə itlərinə qarşı mübarizə düzgün şəkildə aparılmır. Əgər küçə itlərinə qarşı mübarizə doğru şəkildə aparılırsa, necə olur ki, küçə itlərinin sayı ildən-ilə artır?

Bəs heyvanları vəhşicəsinə öldürməməklə onların artmasının qarşısını necə almaq olar?

Ekspertlər deyir ki, küçə itlərinin qarşısını almaq və bu problemin həlli axtalanma üsulunun (kastrasiya) tətbiqi və ya sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsidir. Axtalanma prosesi həyata keçirilərsə, bu problemin həllinə maksimum 15 ilə nail olmaq mümkündür. Çünki itlər 12-15 il yaşayır. Axtalanma üsulu tətbiq olunsa, itlər nəsil vermədən 12-15 il sonra öləcəklər.

Digər humanist üsul da var. Sığınacaqlarda saxlanılan itlər evdə saxlanılması üçün heyvansevərlərə verilə bilər. Avropada belədir.

Problemin bu cür həlli dövlət büdcəsinə də xeyir verərdi, ən azı zərər vurmazdı. Çünki sahibsiz itlərin öldürülməsi üçün hər il vəsait ayırmağa ehtiyac qalmazdı.

Sahibsiz heyvanlarla bəs xarici ölkələrdə necə mübarizə aparılır?

Məsələn, qonşu Türkiyədə küçə itləri ilə mübarizə aparılmır. Buna heç dövlət də icazə vermir. Küçədəki bütün sahibsiz heyvanlar dövlət tərəfindən müayinə edilir, vaksinasiya olunur. Bununla da sahibsiz heyvanlardan zərər gəlməyəcəyinə əmin olurlar. Peyvəndlənən heyvanları digərlərindən ayırmaq üçün qulaqlarına sırğa (“birka”) da taxırlar.

Avropa ölkələrində isə heyvanları öldürmək nəinki qadağandır, hətta itini zəncirləyən şəxsləri də cərimələyirlər. Bu cərimə 10-15 min avro civarında olur.

Almaniya konstitusiyasına görə, bəzi hallarda heyvanları kinoya çəkmək belə olmaz. Əgər çəkilişlər onlara əziyyət verərsə, buna icazə yoxdur.

Xatırladaq ki, Azərbaycan 2007-ci ilin mayında Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulub.

Bundan sonra heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb.

Lakin “Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadənin fikrincə, bütün bunlara baxmayaraq sahibsiz heyvanlara qarşı zorakılıq vaxt keçdikcə artır və bunun qarşısının alınması üçün heç bir iş görülmür.

Birlik rəhbəri virtualaz.org saytına açıqlamasında dedi ki, Azərbaycan bu konvensiyaya qoşulandan sonra bütün işlər Dövlət Baytarlıq Xidmətinə həvalə olunmalı və bu xidmətin fəaliyyəti gücləndirilməli idi: “Amma bu işləri hələ də Bakı Şəhər İcra Hakimiyyətinin strukturu həyata keçirir. Onların isə məsələyə yeganə yanaşması var: heyvanlar quduzlaşıbsa, öldürülməlidir. Amma Avropa Konvensiyasına görə, ayrıca laborator təsdiqləmədən sonra bu işi Baytarlıq Xidməti həyata keçirməlidir”.

M.Rəsulzadə küçə itlərinin öldürülməsində maraqlı olan şəxslərin olduğunu və bu yolla dövlət büdcəsindən külli miqdarda vəsaitin silindiyini söylədi: “Heyvanları öldürən qurumların maraqları baxımından desək, öldürülən heyvanların statistikası çox böyükdür. Rəsmi statistikaya görə, 2009-ci ildə Bakıda 56 min, 2010-cu ildə isə 79 min sahibsiz it öldürülüb. Bu statistika təkcə Bakı şəhəri üzrə verilib. Heç Sumqayıt şəhəri də bu statistikaya daxil edilmir. Bu statistika həqiqəti əks etdirmir. Çünki Bakıda bu qədər sahibsiz küçə iti yoxdur. Sadəcə olaraq büdcədən pul silmək məqsədi ilə bu cür şişirdilmiş say göstərilir. Bir itin öldürülməsinə 30 manat pul xərclənilir. Bu məbləğ indi daha çoxdur”.

QHT sədri deyir ki, statistika Dövlət Baytarlıq Xidmətinin aldığı vaksinlərin sayına əsasən verilir: “Lakin hesabat verilərkən Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, biz bu qədər quduz heyvan öldürdük”.

M.Rəsulzadənin sözlərinə görə, respublikada quduz heyvanların olması ifadəsini işlətmək cinayətdir: “79 min quduz heyvanın öldürlüdüyü bir ölkədə heç bir beynəlxalq tədbirin keçirilməsinə icazə verilməməlidir. Çünki bu, o deməkdir ki, ölkə karantin altındadır, bu da ən böyük epidemiyadır. Beynəlxalq təşkilatlardan Azərbaycana nümayəndələr gələndə bu statistika ilə maraqlandılar. Onlar bildirdilər ki, Azərbaycanda heyvan qırğını ilə məşğul olurlar. Göstərilən statistika ildən-ilə də artırılır. Bu da daha çox vəsaitə nəzarət imkanları deməkdir. Dəfələrlə Prezident Adminstrasiyasına müraciət etsək də məktublarımızın rəhbərliyə çatmasına imkan verilmir. Sahibsiz Heyvanlara Qarşı Mübarizə Departamenti ilə danışıqlarımız nəticə vermir.

Təkcə 2009-cu ilin statistikasını götürək. Bir itin öldürülməsi dövlət büdcəsinə 30 manata başa gəlirsə, bu, o deməkdir ki, 2009-cu ildə dövlət büdcəsindən 2 milyon 370 min manat vəsait ayrılıb... Statistika hər il artdığına görə bu məbləğ də artır”.

Xatırladaq ki, 2011-ci ildə - “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Bakıda minlərlə küçə iti öldürülmüşdü. Hətta bu məsələ dünya mətbuatının da diqqətini cəlb etmişdi.

Qarşıdan isə Avropa Oyunları gəlir. Bu isə o deməkdir ki, “it korrupsiyası” bu il də kimlərinsə cibini daha çox dolduracaq...














 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Bu gün, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru