Ukrayna vətəndaşı Ağstafada 23 il qul kimi saxlanıb - FOTOLAR
Tarix: 5-01-2015, 15:17 | Çap et
 Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonu, Köçəsgər kənd sakini, 1960-cı il təvəllüdlü Əliyev Şahin Kərəm oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxs Ş.Əliyev Ukrayna vətəndaşı, 1951-ci il təvəllüdlü Aleksandr Zıkovun pasportunu və hərbi biletini götürüb, sərbəst yerdəyişmə imkanlarını əlindən almaqla ona psixi təsir göstərərək daim qorxu altında saxlayıb və azadlığını məhdudlaşdırıb.
2007-ci ilin sentyabr ayından etibarən Ukrayna vətəndaşını özünə məxsus fermada saxlayan Şahin Əliyev onu öz mal-qarasına baxmağa, təmizlik işləri aparmağa məcbur edib, mütəmadi olaraq döyüb.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə daxil olan məlumat əsasında ötən il aprel ayının 5-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aleksandr Zıkov fermada aşkar edilib.
Törətdiyi cinayət əməlinə görə Şahin Əliyevə qarşı Cinayət Məcəlləsinin 144-2.1-ci (məcburi əmək) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Şahin Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 1986-cı ildə spirt satışı ilə məşğul olduğuna görə məhkum olunduğunu, 2006-cı ildə isə oğurluqda ittiham edildiyini göstərib: “Maldarlıqla, fermer təsərrüfatı ilə məşğul oluram. Ferma kəndimizdən 5 kilometr aralıda yerləşir. Saşanı (Aleksandr Zıkovu nəzərdə tutur-red.) tez-tez Tovuz rayon sakini olan Həsən adlı şəxsin yanında qonaqlıqda görmüşdüm. Onun nə işlə məşğul olduğunu bilmirdim. 2007-ci ildə Həsən vəfat etdi. Yas mərasimində Saşanın yenə içkili olduğunu gördüm. Saşa mənə yaxınlaşıb yeməyinin, arağının olmadığını, heç kimin onun qeydinə qalmadığını deyərək onu fermaya aparmağımı xahiş etdi.
Həsənlə münasibətimiz olduğuna görə onun oğlu Eldar Saşanı mənə verməkdən imtina etmədi. Saşanı özümlə fermama apardım, hərbi biletini, pasportunu da Eldardan götürdüm. O vaxtdan etibarən Saşa fermada işləməyə başladı”.
Təqsirləndirilən şəxs Ş.Əliyev Aleksandr Zıkovun işdən bezdiyini, işləmək istəmədiyini dedikdə ona döyməklə hədələdiyini, silahla onu vuracağı ilə qorxutduğunu deyib: “Saşa qorxusundan hər bir əmrimi yerinə yetirirdi. Sənədləri məndə olduğuna görə heç yana gedə bilmirdi. Həm də mənim qorxumdan fermanı tərk edə bilmirdi. Onun qaldığı otaqda qızıdırıcı yox idi. Ona görə də Saşaya mütəmadi olaraq içki verirdim ki, soyuqdan ölməsin”.
Zərərçəkmiş şəxs qismində dindirilən Aleksandr Zıkov 1992-ci ildən etibarən Azərbaycanda olduğundan yaxınları ilə əlaqəsini itirdiyini deyib: “Uzun illər əvvəl Nijni Novqorodda kafedə Fikrət adlı bir azərbaycanlı ilə tanış olmuşdum, sonradan onun heyvanlarına baxırdım. 1992-ci ildə Fikrət məni özü ilə Azərbaycana gətirdi. O vaxtdan Fikrətin valideynlərinin yanında qalır, mal-qaraya qulluq edirdim. Gördüyüm işin müqabilində isə mənə pul yox, yemək verirdilər. Fikrət bir neçə ildən sonra məni Ukraynaya geri qaytaracağına söz versə də gəlib çıxmırdı. Sənədlərim onun atasında idi. Atası da sənədlərimi qaytarmaqdan imtina edir, Fikrət gələndə qaytaracağını deyirdi.

Oradan çıxıb özümə iş axtardım. Əvvəl Tovuz rayon sakini olan Xanlar adlı şəxsin heyvanlarına baxdım. Sonradansa Həsənin yanında işlədim. Həsən qışda mal-qaranı Ceyrançölə aparır, yayda Tovuza gətirirdi. Həsən mənə çox yaxşı baxırdı. O, rəhmətə gedəndən sonra oğlanları mənə o cür baxmırdılar. Həsənin oğlu məni müəyyən məbləğə Şahin adlı şəxsə satdı. 2007-ci ildə Şahinin yanında işləməyə başladım. Şahin fermada məni qapısı olmayan, beton döşəməli, soyuq və kiçik bir otaqda yerləşdirdi. Mənim üçün aldığı ərzaq həmişə araq, kartof, soğan və makarondan ibarət olurdu. Hər gün səhər saat 07:30-dan axşam saat 21:00-dək işləyirdim, fermadan kənara çıxmağıma icazə verilmirdi.
Fasiləsiz işlətdiyi üçün Şahinin yanında qalıb işləmək istəmirdim. Əvvəllər türmədə olduğuna görə Şahinin xasiyyəti çox sərt idi. Bir neçə dəfə məni özünə məxsus silahla hədələmişdi deyə qorxurdum.
1992-ci ildən Azərbaycanda olduğumdan yaxınlarımla əlaqəni də itirmişdim, heç kimlə əlaqə saxlamaq imkanım yox idi. Azərbaycanda qeyri-qanuni yaşadığımı başa düşürdüm. Amma nə sənədlərim, nə də pulum olmadığından heç yana qaça bilmirdim, polis tərəfindən tutulacağımdan və Şahinin məni tapıb öldürəcəyindən qorxurdum. Çünki Şahinin Surqutda reketliklə məşğul olduğunu və qardaşının da orada güllələndiyini bilirdim. Şahin məni daim psixoloji qorxu altında saxlayırdı. Ondan asılı vəziyyətə düşdüyümə görə vətənimə qayıda bilmirdim”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25 |
|
|
|
|