Kərəm Həsənov “Makler Musa”nı axtarır: - 5 milyonluq fırıldaq
Tarix: 27-12-2014, 12:28 | Çap et
 Azərbaycandakı sənədsiz yaşayış evləri və digər tikililərin rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı ölkə prezidentinin tapşırığından 4 ilə yaxın zaman keçsə də, bu məsələ həllini tapmayıb.
Xatırladaq ki, dövlət başçısı ilk dəfə bu problemi 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə səsləndirib. Həmin tədbirdə prezident aidiyyəti qurumlara məsələnin tez bir zamanda həll edilməsi barədə tapşırıq verib. Növbəti ilin 27 iyununda isə ölkə rəhbəri sənədsiz yaşayış evləri və digər tikililərlə bağlı mübahisələri araşdıracaq komissiyanın yaradılmasına dair sərəncam da imzalayıb. Bu günlərdə aldığımız məlumata görə, artıq sənədsiz evlərlə bağlı “buz” əriməkdədir. Belə ki, ölkə üzrə 1900-cü ildən mövcud olan 500 minə yaxın sənədsiz tikilinin rəsmiləşdirilməsi istiqamətində iş başlayıb.
Mötəbər mənbələrdən aldığımız məlumata görə, yaradılmış müvafiq komissiya sənədsiz tikililərin 4 mərhələ üzrə rəsmiləşdirilməsi barədə qaydaları müəyyənləşdirib. Belə ki, ilk olaraq sovet dövründə tikilmiş, indiyə qədər heç bir sənədi olmayan tikililər qeydiyyata alınacaq. Müstəqillik dövründə tikilmiş evlər isə ən azı iki mərhələdə qeydiyyata alınacaq. Bunun səbəbi isə sənədsiz evlərin, əsasən son iki onilliklərdə tikilməsidir. Mənbənin bildirdiyinə görə, artıq sənədsiz tikililərlə bağlı vətəndaşların müraciətləri nəzərdə tutulan qrafik üzrə araşdırılır və 2015-ci ilin yanvarından etibarən ilkin mərhələdə nəzərdə tutulmuş işlərin həyata keçirilməsinə, yəni ən “yaşlı” sənədsiz tikililərin rəsmiləşdirilməsinə start veriləcək.
İddialara görə, hakimiyyət gələn il parlament seçkilərinin olacağını nəzərə alıb əhalinin böyük hissəsini maraqlandıran sənədləşmə məsələsinin həllinə başlayıb. Qeyd edək ki, artıq Əmlak Məsələləri Dövlət Komitəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun qüvvəyə mindiyi tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilməsi üçün səyyar xidmətlərə başlayıb. Verilən rəsmi məlumata görə, sənədləri qaydasında olmayan mülk sahibləri torpaq və evlərini asanlıqla sənədləşdirə biləcək.
“Yeni Müsavat” sənədləşdirmə məsələləri ilə bağlı ilginc məlumatlar da əldə edib. Adının çəkilməsini istəməyən qaynaq deyib ki, sənədləşmə işlərini həll etmək istəyən vətəndaşların inamından sui-istifadə edən maklerlərin meydan sulaması artıq Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyini də çıxılmaz vəziyyətlə üz-üzə qoyub. Belə ki, bir neçə yüz vətəndaşdan evlərini sənədləşdirməyin müqabilində böyük miqdarda pul toplayan “Makler Musa” kimi tanınan birisi qəfildən yoxa çıxıb.
Mənbənin iddiasına görə, əksəriyyətin peşəkar dəllal kimi tanıdığı və “Makler Musa” adlandırdığı bu şəxs nə az-nə çox, düz 5 milyon manat yığaraq qeyb olub. Pulu alınan və aylardır sənəd üçün qapıları döyən vətəndaşların dediklərindən belə aydın olub ki, “Makler Musa” aldığı pulları Əmlak Məsələləri Dövlət Komitəsindəki səlahiyyətli şəxslərə çatdırdığını və yaxın zamanlarda tikililərə sənədlərin veriləcəyini deyibmiş. Lakin son üç həftə ərzində “Makler Musa”nın nə özü ortada var, nə də telefonlarına zəng çatır.
Ehtimal olunur ki, o, fırıldağının üstünün açılacağından qorxaraq aradan çıxıb. Ancaq onun bu qədər böyük vəsaiti təkbaşına mənimsədiyi də inandırıcı görünmür. Xəbərdə o da deyilir ki, komitə sədri Kərəm Həsənov məsələnin ciddi şəkildə araşdırılması və yoxa çıxan dəllalla əlbir olanların aşkarlanması barədə tapşırıq verib. “Makler Musa”nın Azərbaycanı hansısa yollarla tərk etdiyi də dolaşan xəbərlər sırasındadır. Məlumata görə, hazırda Komitədə “Makler Musa” kabusu dolaşır və onunla bağlı əlavə bilgilər verilmir.
Başqa bir xəbərə görə, Komitənin rəhbərliyi ilə qohumluq əlaqəsi olan Əlipaşa adlı bir şəxs də vətəndaşlardan 600 min manat toplayaraq aradan çıxıb. Ancaq ən pisi odur ki, prezidentin sərəncamına əsasən həyata keçirilən bir prosesdə bu cür neqativ hallar üzə çıxıb və bu, K.Həsənovu çox narahat etdiyi üçün komandasındakı bir çoxlarını cəzalandıracağını, heç kimə güzəşt etməyəcəyini bəyan edib. “Hazırda Komitə fövqəladə rejim şəraitində işləyir”, - deyə mənbə bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25 |
|
|
|
|