Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Yaxın illərdə Abşeron xarabalıq zonasına çevrilə bilər - ARAŞDIRMA
Tarix: 24-12-2014, 13:56 | Çap et
Yaxın illərdə Abşeron xarabalıq zonasına çevrilə bilər
İndi Bakıda on illərlə yaşadığı evinin sökülə biləcəyindən qorxan adamların sayı artır. Bəzi məhəllələrə hərdən bir edilən təzyiqlər bu qorxunu bir qədər də artırır. Məsələn, bu yaxınlarda şəhərin Cavid prospekti 148 ünvanında yerləşən məhəlləsinə gəlmiş “emisarlar” əhaliyə hədə-qorxu gəliblər: “Ya bizim dediyimiz qiymətə evinizi bizə satın, ya da evlərinizi buldozerə verib dağıdacağıq, sonra evin sənədini gətirərsiniz, pulunu alarsız”.

Məhəllə sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, bu ehtimal ən çox sənədləşməsi tam başa çatmamış evlərdə yaşayanları qorxudur. 1930-cu illərdən bu məhəllədə yaşayan bəzi ailələrinin evlərə yalnız qeydiyyatı var və tikdikləri evlərə müxtəlif səbəblər üzündən kupça ala bilməyiblər. Yəni indi 80 ildən sonra onların atalarına, babalarına məxsus evlərdən çıxarılaraq küçəyə atılması təhlükəsi var.

Müxtəlif ekspert araşdırmaları Bakıda və ətraf qəsəbələrdə 400 minə yaxın bu cür kupçasız evlərdə yaşayış olduğunu ortaya çıxarır. Bu isə 2 milyon adam deməkdir. Həmin evlərin tikilmə tarixləri də müxtəlifdir - bəziləri 1950-ci illərdə, xeyli hissə isə 1970-80-ci illərdə tikilib. O vaxt bu evlərə sənəd verilməməsinin səbəbləri aydın idi - proletariat diktaturası rejimi hər şeyin, o cümlədən evlərin də maksimum dərəcədə dövlətə məxsus olmasına çalışırdı. Buna görə də, fərdi yaşayış zonalarında evlər sökülərək əhali dövlətə məxsus binalara köçürülürdü.

Azərbaycan müstəqillik qazandıqdan və bazar iqtisadiyyatına keçdikdən sonra isə vəziyyət dəyişdi - 1990-cı illərdə Bakının rayon icra hakimiyyətləri (İH) çox həvəslə əhaliyə ev tikmək üçün torpaq sahələri ayırmağa başladılar. İH təmsilçiləri müəyyən “hörmət” qarşılığında verilən icazə arayışını təqdim edərkən deyirdilər ki, gedin tez ev tikin, 2 il ərzində ev tikilməzsə, icazə arayışı qüvvədən düşəcək. Daha sonra bu yarışa bələdiyyələr qoşuldu və bəzi bələdiyyələr hətta tikinti icazəsi ilə yanaşı, evlərə özlərinin təsdiqlədiyi texniki pasportları da təqdim etməyə başladılar.

Bu tələskənliyin, həmçinin Bakıda uzun illər yığılaraq artmış ev ehtiyacının hesabına qısa müddət ərzində şəhər ətrafında onlarla yeni qəsəbə peyda oldu və yüz minlərlə yeni ev inşa edildi. Bakı mərkəzində 1 milyon adamın qeydiyyatda olduğu şəhərdən 3-4 milyon adamın yaşadığı meqapolisə çevrildi. Və bütün bunlar hüquq-mühafizə orqanlarının, dövlət qurumlarının, icra hakimiyyətlərinin gözlərinin qarşısında, rəsmi və qeyri-rəsmi dəstəyi nəticəsində baş verdi. Biznes qurumları bu inkişafdan çox razı idi - meqapolislər belə qurumların gəlir imkanlarını artırır, bazar və təmərküzləşmiş iş qüvvəsi yaradır. Təsadüfi deyil ki, Rusiya öz iqtisadiyyatını inkişaf etdirmək üçün 7 yeni meqapolis yaratmağı qarşısına məqsəd qoyub. Bu, müasir dövrün trendinə uyğun yeni urbanizasiya cərəyanlarından biridir.

Əvvəllər həmin evləri tam sənədləşdirərək, kupça almaq belə də çətin deyildi, yəni iş düzəldənlərə 500-600, bəzən də 1000-2000 dollar “hədiyyə” verməklə həmin evlərə kupça almaq mümkün olurdu. Kupçanı pulsuz alanlar da vardı, amma onlar bu işə aylarını və illərini sərf edirdilər. Bakının Badamdar qəsəbəsində 65 yaşlı bir qadın adına tikilmiş evi sənədləşdirmək üçün vasitəçilərə pul verməyəcyini qərara almışdı və prokurorluqda işləyən yüksək çinli bir məmurun dəstəyi ilə sənədləri özü düzəltmək qərarına gəlmişdi. 22 qapıdan sənəd alan qadın buna həyatının 2 ilini sərf elədi və bu, onun sağlamlığına ciddi zərbə vurdu. Kupçanı aldıqdan az sonra qadın dünyasını dəyişdi.

Belə problemləri görən qəsəbə sakinləri yavaş-yavaş “vasitəçi”lərin yardımından istifadə etməklə evləri sənədləşdirirdilər və ümumi xərc 2000-2500 dollar qədər çıxırdı. Məsələn, rayon icra hakimiyyətində evin layihəsini 500-600 dollara təsdiqlətmək mümkün idi, evə qəbul aktı almaq da elə baha başa gəlmirdi, bir neçə yüz dollar idi. Amma 2000-ci illərin ortaların başlayaraq vəziyyət dəyişdi. Fərdi ev tikmək üçün verilən icazələr istisna olaraq Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətinə verildi. Vətəndaşlar isə həmin icazələri hansı qapıdan alacaqlarını belə bilmədilər. Nəticədə, vasitəçilər hücuma keçdi və layihənin üzərində bir dərkənar 20 min manata başa gəldi. Təbii ki, 5-6 min dollar xərcləyərək ev tikmiş insanların buna imkanı çatmadı. Bu, Bakıda evlərə kupça verilməsi prosesində əsas əngələ çevrildi və sənədsiz evlərin sayı yüz minlərlə artdı.

Bu, çox sayda problemlər yaratdı. Bu evlərdə yaşayanların əsas problemi stressddir. Şəhərdə bu tipli onlarla evin heç bir kompensasiya ödənilmədən sökülməsi də bu stressi xeyli artırdı. Evlərin sökülməsi tam məntiqsiz əsasda aparılırdı, 50-60 il qabaq neft çıxarılmış, indi yataqları tam tükənmiş ərazilər dövlət əhəmiyyətli elan edilərək, evlər sökülür. Yaxud dövlət əhəmiyətli layihələr gerçəkləşdiriəcəyi bəhanə edilərək ərazilər boşaldılır.

Sökülməyən evlərin sakinləri isə sənəd olmadığına görə, evlərini sata bilmirlər, doğulmuş körpələrini öz evlərinə qeydiyyata sala bilmirlər. Qeydiyyatda olmadıqlarına görə dövlət hesabına pulsuz tibbi xidmətdən yararlana bilmirlər, yolları, küçələri öz hesablarına təmir etdirməlidirlər, kommunikasiya xətlərini özləri çəkdirməlidir və s. Ən əsası isə vətəndaşlar depressiyaya uğrayırlar. Bir çox valideynlər öldükdən sonra övladlarını gözləyən faciələri düşünərək çox böyük depressiyaya düşürlər.

Bütün bu problemləri nəzərə alan dövlət başçısı İlham Əliyev 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova xüsusi tapşırıq verdi. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvləri, millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli də ölkə başçısının 4 il qabaq verdiyi bu göstərişin çox önəmli olduğunu vurğulayırlar. “İcra Hakimiyyəti bu işi başa çatdırmalıdır. Bu insanları stressdən xilas etmək lazımdır”,- deyə millət vəkili Vahid Əhmədov ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib. Millət vəkili Əli Məsimli isə ANS PRESS-ə bildirib ki, hazırda bu istiqamətdə müəyyən iş gedir, amma bir millət vəkili kimi görülən işlər barədə ona məlumat verilməyib.

Lakin Əli Məsimli bu məsələdə tək deyil. Prezidentin göstərişindən 4 ilə qədər vaxt keçməsinə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin (İH) rəhbərliyi bu sahədə hansı işləri görməsi barədə heç öz işçilərinə də məlumat verməyib. Şəhər İH-nin mətbuat xidmətinə ANS PRESS tərəfindən bu barədə bu barədə verilən suala cavab olaraq “Şəhər rəhbərliyi bizə bu barədə heç bir məlumat vermir”,- deyə cavab verilib.

Verilən bu cavabdan aydın olur ki, Bakı şəhər İH məsələ ilə bağlı heç bir iş görmür və vəziyyət getdikcə dərinləşir. Yəni Bakının 2 milyona yaxın sakinin stressi daha da artır və əhali sənədli mənzil ala biləcəyi başqa yerlərə meyl etməyə başlayır. Bu, bir neçə ildən sonra Azərbaycan paytaxtını Amerikanın Deytrot şəhərinin hazırda yaşadığı problemlə üz-üzə qoya bilər. Bir vaxt meqapolis olmuş Detroytun bəzi məhəllərini sakinlər tərk ediblər və bu məhəllər xarabazarlığa çevrilib. ANS PRESS-in araşdırmasına görə, Bakı paytaxtında da artıq bu meyl başlayıb. Bizneslə məşğul olan adamlar İstanbulda, Batumda və Tiflisdə ucuz qiymətə kupçalı evlər alaraq Bakıda tikdikləri evləri sənədləşdirməyə pul xərcləmək istəmirlər.

“Bakıda evi sənədləşdirməyə xərclədiyim pula Batumda yeni tikilmiş binadan kupçalı mənzil ala bilərəm. O ev heç mənə lazım da deyil, ayda-ildə bir dəfə Azərbaycana gəlirik, onda kəndə gedərəm”,- deyə Batuma yerləşmiş azərbaycanlılardan biri ANS PRESS-ə bildirib. Bəziləri isə kəndə qayıtmağa üstünlük verir. İçində adam olmayan evlər isə getdikcə aşınaraq yavaş-yavaş xarabaya çevrilir.

Azərbaycan paytaxtında başlamış bu meyl güclənərsə, bu, bütövlükdə Bakının mənzil bazarına təsir göstərəcək və şəhərdə tikinti sektorunu fəlakətə sürükləyəcək. Bu yaxınlarda Detroytda iki mərtəbəli evi bir smartfona dəyişdilər, indi təsəvvür edin, Bakıda qiymətlər bu səviyyəyə enərsə, şəhərdə ev tikintisinə sərmayə yatırmaq istəyən tapılarmı?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru