Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

“Qarabağ”ın qələbəsi, hakimin məğlubiyyəti - Ağdam klubunun Avroliqada çıxışı bütövlükdə qalibiyyətlə nəticələndi
Tarix: 13-12-2014, 13:39 | Çap et
“Qarabağ”ın qələbəsi, hakimin məğlubiyyəti
UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulmuşdur. Turnirdə mübarizə aparan yeganə təmsilçimiz - Ağdamın "Qarabağ" komandası F qrupunun sonuncu turunda Tofiq Bəhramov adına Respublika Stadionunda İtaliya "İnter"i ilə qarşılaşmışdır.
Stadiona toplaşan minlərlə azarkeş, televiziya ekranı qarşısında oyunu izləyən milyonlarla tamaşaçı “Qarabağ”ın yeni tarix yazaraq Avroliqanın pley-off mərhələsinə yüksələcəyinə inanırdı. Son iki həftədir təkcə ağdamlılar yox, bütün futbol ictimaiyyəti bu oyunla yaşayır, səbirsizliklə matç saatını gözləyirdi. Görüş baş tutdu və çox maraqlı keçdi. Təəssüf ki, qarşılaşmanın çexiyalı hakimi Miroslav Zelinkanın görüşə əlavə olunmuş sonuncu dəqiqədə Almeydanın vurduğu qolu heç bir səbəb göstərmədən qeydə almaması “Qarabağ”ı tarixi zəfərdən məhrum etdi. Halbuki futbolçumuzun zərbəsindən sonra top rəqib müdafiəçiyə dəyərək qapıya daxil olmuşdu.
“Qarabağ”ın qolu qaydalara uyğun olsa da, haqqının tapdalanması şübhə doğurmur. Birincisi, Leroy Corc oyundankənar vəziyyətdə deyildi. İkincisi, Almeyda zərbə vuran anda o, topun, həm də qapıçının qarşısını boşaltmışdı ki, bu da ofsaydın pozulması anlamına gəlir. Bütün stadionun etirazına, “Qarabağ”lı futbolçuların meydançanı tərk etmək istəmələrinə baxmayaraq, qol sayılmadı.
Əslində, biz Qarabağ adı olan hər bir yerdə qalib gəlməyi arzulayırıq. “Qarabağ”ın UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanması həm də Azərbaycanın Qarabağ adlı dərdinin dünyada tanıdılmasında və futbol azarkeşləri tərəfindən qəbul edilməsində daha bir mərhələ idi. Təsadüfi deyil ki, bəzən siyasətçilərin görə bilmədikləri işləri idmançılar öz “üslub”larında həyata keçirirlər. Hər dəfə yaşıl meydançaya çıxan “Qarabağ”ın hər bir futbolçusu (istər yerli, istər legioner) özünü Qarabağ uğrunda döyüşün əsgəri kimi hiss edir. Bütövlükdə, “Qarabağ”ın hər bir azarkeşi də onları belə qəbul edir.
Biz Avroliqada “Qarabağ”a böyük ümidlər bəsləyirdik. Baş məşqçi Qurban Qurbanovun komandası bu ümidləri tam doğrultmağı bacardı. Ağdam təmsilçisinin çalışdırıcısı öz fəaliyyəti və yaratdığı komanda ilə qitə miqyasına çıxmışdır. Cəsarətlə deyə bilərik ki, artıq o, tanınmış futbol mütəxəssisidir. Hər şeydən əvvəl, Qurban Qurbanov klubda mübariz ruh və “döyüş qabiliyyəti” yarada bilmişdir. Əslində, Azərbaycan futbolunda çatışmayan ən mühüm cəhət də elə budur.
Komandanın “texniki məsələlər”ini legionerlər hesabına həll edən baş məşqçi dəvət etdiyi oyunçularda da sonadək mübarizə əzmi formalaşdıra bilir. Bu münasibətlə Qurban Qurbanovu ürəkdən təbrik edirik.
Ötən mövsüm Azərbaycan Premyer Liqasının qalibi olan, Avroliqada ölkə futboluna indiyədək qismət olmayanı bəxş edən Qurban Qurbanov artıq “Qarabağ”ı Azərbaycan futbolunun flaqmanına çevirmişdir! Bu ad “Qarabağ”a irsən qismət olmadı. O bunu öz oyunu ilə qazandı! Buna görə də Qurban Qurbanov hər cür tərifə layiqdir.
“Qarabağ” Avroliqanın qrup mərhələsində qazandığı 6 xalın 4-nü səfər görüşlərində əldə etmişdir. Təəssüf ki, komandamız evdə səfərdəki kimi uğurlu nəticələr göstərə bilmir. Amma “Qarabağ”ın futbolçuları məğlub olanda belə, son dədiqəyədək əzmlə mübarizə aparır, oyunun gedişatını dəyişmək üçün əllərindən gələni edirlər.
“İnter”lə görüş “Qarabağ”ın Avroliqada qələbəsi, hakimlərin isə məğlubiyyəti oldu! Qarşılaşmanı idarə edən çexiyalı referi Miroslav Zelinkanın verdiyi qərar daha ciddi fəsad doğurdu. Belə ki, komandamızın təmiz qolu qeydə alınsaydı, “Qarabağ” adını pley-off mərhələsinə yazdıracaqdı. Bu qərar Ağdam təmsilçisinin növbəti mərhələyə çıxışının süni şəkildə əngəlləmiş oldu!
Matçı stadiondan canlı izləyən azarkeşlər böyük təəssüf hissi ilə vurğulayırdılar ki, Azərbaycana qarşı ikili standartlar deyəsən, artıq idmana da tətbiq olunur. Bəlkə də siyasətdə ikili standartları hansısa şəkildə izah etmək olar. Çünki o siyasət gizli mətbəxlərdə hazırlanır və yalnız tətbiq ediləndə xəbər tutulur. Çexiyalı Zelinkanın biabırçı səhvi milyonlarla tamaşaçının gözləri qarşısında baş verdi! Qarşılaşmanı izləyən avropalı mütəxəssilər də təkrar-təkrar bir neçə nöqtədən göstərilən videogörüntülərlə hakimin artıq kobud, bəlkə də qərəzli səhvinin şahidi oldular.
Bundan sonra UEFA nə qərar qəbul edirsə-etsin, bu onun öz işidir. Artıq olan olub, keçən keçib. Kobud səhvi təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində etiraf edirlər.
Tanınmış futbol mütəxəssisləri, siyasətçilər də bu səhnəni ürək ağrısı ilə qarşılayırlar. “Neftçi” klubunun veteran futbolçusu Maşallah Əhmədov qəzetimizə açıqlamasında hakimi “əmək oğrusu” adlandırdı: “Təəssüflər olsun ki, hakimin kobud səhvi ucbatından xəyallarımız puç oldu. Çox məyusuq. Bir anlığa qələbə qazandığımızı düşündük. Amma qismət deyilmiş. Baş hakim qolu hesaba alıb-almayacağını bilmirdi. Bir neçə dəfə yan xətt hakimindən məsələni dəqiqləşdirməyə çalışdı. Çox təəssüflənirik! Amma yenə də bu da böyük uğurdur! Baş məşqçi başda olmaqla komandanın bütün futbolçularına təşəkkür edirik”.
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev isə çexiyalı hakimin ciddi şəkildə cəzalandırılacağına ümid etdiyini bildirdi: “Adi epizod idi. Bunların altında nələrsə gizlənir. Dünənki oyunun hakim-inspektoru da bildirdi ki, təmiz qol idi! Hakimin ciddi şəkildə cəzalandırılması gözlənilir. “İnter”in furbolçuları da qolun təmiz olduğunu bildirdilər. Yenə də bizə bu həyəcanı yaşatdığına görə”Qarabağ”a təşəkkür edirik. Bu əzmkarlıq digər klublarımız üçün böyük bir nümunədir”.
Milli Məclisin deputatı Fazil Mustafa da görüş haqqında fikirlərini bölüşdü: “Qarabağ”ın oyununu stadiondan izlədim. Çox gözəl atmosfer vardı. Tamaşaçılara həqiqətən təşəkkür düşür. Fədakarcasına komandanı dəstəkləyirdilər. Bu, həqiqətən də “Qarabağ”ın ciddi uğuru sayılmalıdır! Qolunu saymadılar, stadionda təkrar baxmaq şansımız olmadığına görə hakimin haqlı və ya haqsız olduğunu söyləyə bilmirəm. Ancaq fikrimcə, “İnter” kimi klubla görüşdə üstün oyun göstərmək və heç-heçə etmək uğurlu nəticədir. Hələ “Qarabağ”ın əsas oyunçularından 5-6-sı zədəli idi və bu şəraitdə sabit oyun göstərmək həqiqətən ağır idi. Ancaq Qurban Qurbanov və onun komandası xarakter göstərə bildi. Oyunçuların davranışı həmişəki kimi mədəni idi”.
“Qarabağ”ın qrupdakı rəqiblərindən “Dnepr”in hücumçusu Sergey Kravçenko da Bakıdakı görüş haqqında fikirlərini söyləmişdir: “Bizim oyunumuz bitəndə məlumat gəldi ki, Bakıdakı oyun hələ davam edir. Bu səbəbdən narahat idik. Biləndə ki, oradakı oyun qolsuz tamamlanıb, sevincimizin həddi-hüdudu yox idi. Bəxtimiz gətirdi, çünki “Qarabağ” təmiz qol vurmuşdu. Həmin qolun hesaba alınmamasının səbəbini bilmirəm”.
Beynəlxalq idman mətbuatı da çexiyalı hakimin verdiyi qərarın çox haqsız olduğunu, “Qarabağ”ın təmiz qələbəsinə kölgə salındığını yazır. İspaniyanın nüfuzlu “Marka” qəzeti Ağdam təmsilçisinin hakim səhvi ucbatından qələbə qazana bilmədiyini göstərir. Qəzet qeyd edir ki, Riçard Almeydanın matça əlavə olunmuş sonuncu dəqiqədə vurduğu qolda ofsayd yox idi. Bunu oyundan çəkilmiş fotonu yaxınlaşdırıb baxdıqdan sonra görmək olar. “Qarabağ”ın Avropa röyası ən pis şəkildə sona çatdı.
Türkiyənin “Ntvspor” telekanalı da “Qarabağ”ın təmiz qolunun sayılmadığını xüsusi vurğulamışdır. Telekanalın şərhçisi Ağdam təmsilçisinin növbəti mərhələyə vəsiqəsinin göz görə-görə əldən getdiyini qeyd etmişdir: “Qarabağ” qələbə qazanacağı təqdirdə 1/16 finala adlayacaqdı. Lakin çexiyalı hakim Miroslav Zelinka biabırçı səhvə yol verdi. Riçard Almeydanın 90+4-cü dəqiqədəki zərbəsindən sonra top rəqib müdafiəçiyə dəyərək qapıya daxil oldu. Növbəti mərhələyə vəsiqəni öncədən təmin edən “İnter”in oyunçuları məyus, “Qarabağ”lılar isə böyük sevinc içində idilər. Lakin Zelinka qolu ləğv etdi...”
Yenidən “Qarabağ”ın qələbəsinə qayıdırıq. Əslində,ağdamlılar dünənki oyunda da qalib gəliblər! Sadəcə, hakim onları məğlub saydı! Amma bütövlükdə “Qarabağ”ın Avroliqada yüksək səviyyədə çıxışı, nümayiş etdirdiyi oyun, azarkeşlər qarşısında qazandığı böyük sevgi ən yüksək qələbə kimi qiymətləndirilməlidir!
Heç bir azərbaycanlı futbol azarkeşi “Qarabağ”ın bu turnirdə qalib gəlib kuboku başı üzərinə qaldıracağını düşünmürdü.
Heç bura qədər də gələ biləcəyini güman etmirdik, yalnız arzulayırdıq!
Bunun özü də bir qələbədir - “Qarabağ”ı Azərbaycan futbolunun flaqmanına çevirən, azarkeşlərin qəlbində sevgi-məhəbbət yaradan bir qələbə...
Qələbən mübarək, “Qarabağ”!
Elçin CƏFƏROV,
“Azərbaycan”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru