İntihar edən qadının əri şok faktlar açıqladı
Tarix: 11-12-2014, 08:43 | Çap et
 Noyabrın 27-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 30 yaşlı Zeynəb Muradovanın intihar etməsi hazırda ölkə mətbuatının ən çox müzakirə edilən mövzularından biri olaraq qalır.
3 uşaq anasının həyatına qəsd etməsinə səbəb olan faktlar araşdırılıb. İntihar olayından sonra hər kəsi uşaqların taleyi maraqlandırırdı. Görəsən, üç uşaq kimin himayəsində qalıb?
Qaradağ Rayon Polis İdarəsindən bizə bildirdilər ki, uşaqlar haqda məlumatları yoxdur, ümumiyyətlə, belə məsələlər onların səlahiyyətlərinə aid deyil. Tövsiyə etdilər ki, bu barədə yalnız Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat alaq. İcra hakimiyyətinin də cavabı demək olar ki, eyni oldu: “Bizə aid olmayan məsələdir".
Uşaqların axtarışı ilə Lökbatan qəsəbəsinə yollandıq. Mərhum Zeynəb Muradovanın işlədiyi gözəllik salonunun qapısı məlum səbəbdən bağlı idi. Yaxınlıqdakı ofisdən dedilər ki, olaydan sonra salona bir neçə dəfə mərhumun həyat yoldaşı gəlib.
“Mərhumun əri var” sualı bir qədər təəccüblə qarşılandı: “Əlbəttə ki, var. Özü də yaxınlıqdakı İcra Hakimiyyətində işləyir”. Qeyd edək ki, mətbuatda mərhumun ərindən ayrıldığı bildirilirdi.
Mərhumun həyat yoldaşı ilə görüşdük. Qadının əri Murad Hüseynov bildirdi ki, uşaqlar mərhumun bibisinin evindədir:
- Uşaqlar hələ analarının ölümü barədə heç nə bilmirlər. Kiçiyi isə dörd aylığına yenicə girib. Zeynəbin bu addımı bizim hamımızı çox sarsıtdı. Belə olacağını gözləmirdik, hələ də şokdayıq.
- Siz rəsmi nikahda idiniz?
- Əlbəttə, biz 10 ildir ki, evliyik. Bir yerdə universitetdə oxumuşuq, sevib ailə qurmuşuq. Zeynəb riyaziyyat fakültəsini bitirib.
- Niyə onun bu ağır vəziyyətdən çıxması üçün çalışmırdız?
- Maaşla yaşayan adamam. Bu qədər borcu axı necə ödəyə bilərdim? Özünə qapalı adam idi. Hər zaman problemlərdən sonda xəbər tuturdum. Mənə heç nə demirdi. Bilirdim ki, borca girib, sələm götürür. Bir dəfə başa düşdüm ki, böyük borca düşüb. Borclular hər gün evimizə gəlib bizi təhdid edirdilər. Onda dedi ki, qızıl alveri edir və xeyli borcu yaranıb. Məcbur olub evimizi satdım. Bir-bir borcları öz əlimlə ödədim, 51 min yalnız onun borclarına verdim. Kreditlə özünə maşın da almışdı, geri qaytardım. Bunun üstündə məndən xeyli müddət incimişdi də, ancaq bilirdi ki, ən doğrusunu etmişəm. Sonra isə bu sələm məsələsi çıxdı ortaya.
- Zeynəbin psixoloji problemləri vardımı?
- Xeyr. O, sadəcə, evimizi geri qaytarmaq istəyirdi. Həmişə bildirirdi ki, itirdiklərini yenidən qazanmaq istəyir. Bir gün dedi ki, salon açmaq istəyir. Mən də etiraz etmədim. Ancaq bu qədər borc götürdüyündən xəbərim yox idi. Ümumiyyətlə, o sələmi götürüb hara xərcləyib, ondan da xəbərim yoxdur. Salon və onun içində olan bütün ləvazimatları, gəlinlikləri kirayə götürüb. Gəlinliklərin sahibləri hər gün məndən xahiş edirlər ki, heç olmasa onlar geri qaytarılsın.
- Mərhuma sələm verən Arzu Cabbarovanın onu təhdid etməsini bilirdiniz?
- Təhdidlərdən xəbərim var idi. Mənə bu haqda bir iş yoldaşım demişdi. Bu barədə polisə məlumat verdik. Hələ də anlaya bilmirəm, bu qədər pul onun nəyinə lazım idi, hara xərcləyib?
- Xanımınız üç uşaqla birlikdə salonda yaşayırmış...
- Bəli, bu doğrudur. Qalmağa yerimiz yox idi. Dedi ki, gəl hələ ki birlikdə salonda yaşayaq. Həmin salonda 5 gün yaşamışıq. Uşaqlara orda baxmaq çətin idi, ona görə onları bibisinin evinə aparırdıq, elə yaşlı bibisi onların qayğısına qalırdı. Sonra ev kirayələdik. Bir neçə gün sonra isə Zeynəb intihar etdi.
- Əvvəllər heç də pis yaşamamısınız. Hər ikiniz universitet məzunusunuz. Birlikdə ailəni saxlamaq üçün başqa yollar yox idi?
- Bəli, evimiz, maşınımız olub. Ancaq onun özbaşına etdiyi hərəkətlər bizim ailəmizin məhvinə səbəb oldu. Yaxınlarım mənə deyirdilər ki, onu cəzalandırım və yaxud boşayım. Ailəni dağıtmaq çox çətindir, hələ uşaq varsa məsuliyyət daha ciddi olur. Buna görə göz yumurdum. Bu da nəticəsi...
- İstintaq nə yerdədir?
- Hələ bu günəcən məni çağırmayıblar. Məni axtaranlar yalnız borclu olduğu şəxslərdir. Bir insanın nə qədər borcu olarmış? Çaş-baş qalmışam ki, borcları necə ödəyim. Heç olmasa bu qədər borc verəndə bir maraqlanardılar ki, əri haradadır, mənim xəbərim varmı? Borclar üst-üstə yığılandan sonra üstümə gəliblər. İndi də mənim boğazımdan yapışıblar. Bunlar bir kənara, bibisinin evini banka girov qoyub. Ordan isə bildirirlər ki, dekabrın 20-nədək yerdə qalan borc ödənməsə, ev hərraca çıxarılacaq. Beləliklə, uşaqlar yenidən çöldə qalacaqlar. Sizin vasitənizlə “Azəriqaz Bank”ın əməkdaşlarına səslənirəm, mənə güzəştə getsinlər. Borcun xeyli hissəsi ödənilib, qalanını ödəməyə imkanım yoxdur... \\ musavat.com \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25 |
|
|
|
|