Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                     Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü .....                     Güney Qafqazın taleyi HƏLL OLUNUR... .....                     2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub .....                     Rahidəni PƏRT ETDİLƏR .....                     Rusiya Pekinin təsiri altına düşür... .....                     İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" .....                 

Londonda Azərbaycan neftinə görə 700 milyon dollarlıq qalmaqal
Tarix: 20-10-2014, 15:15 | Çap et
Londonda Azərbaycan neftinə görə 700 milyon dollarlıq qalmaqal
Bu gün Londonda gürcü əsilli keçmiş rusiyalı diplomat Zaur Leşkaşeli ilə İsveçrənin “Credit Suisse” bankı arasında Azərbaycan neftinə görə qalmaqallı məhkəmə prosesi başlayır.

Virtualaz.org saytı “Businessweek” həftəliyinə istinadən xəbər verir ki, Zaur Leşkaşeli bankı Azərbaycanın qurudakı iri neft yataqlarından olan “Kürovdağ”ın ona məxsus 51 faizlik səhmlərini bazar dəyərindən az qala üç dəfə ucuz satmaqda ittiham edir.

İsveçrənin ikinci böyük bankı olan “Credit Suisse”ə qarşı iddia Zaur Leşkaşelinin iki şirkəti tərəfindən 2012-ci ildə təqdim edilib. Bu şirkətlər Azərbaycanın “Kürovdağ” yatağının işlənilməsi və hasilatı üçün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə müştərək yaradılmış şirkətdə maraqlara malik olublar.

İddiadan məlum olur ki, bu şirkətlər vaxtilə böyük kredit alınması üçün İsveçrə bankında girov qoyulub. Bank isə kredit borclarının əvəzinə girov qoyulmuş “Caspian Energy Group” şirkətini satdıqdan sonra qiymətdən narazı qalan Leşkaşeli bankı müqavilə şərtlərini pozmaqda və səhlənkarlıqda ittiham edir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan və bir vaxtlar Rusiyanın Kubadakı səfiri işləyən, hazırda Londonda mənzillənmiş “Mayfair Energy Group” şirkətinin rəhbəri Z.Leşkaşvili deyir ki, o, “Kürovdağ” yatağında 51 faizlik payı 1995-ci ildə əldə edib. O vaxtdan etibarən yatağın inkişaf etdirilməsinə 100 milyon dollara yaxın kapital qoyub. 2006-cı ilin sonlarında o, yataqdakı payını satmaq qərarına gəlib.

Z.Leşkaşelinin bildirdiyinə görə, 2008-ci ildə “Credit Suisse Group AG”nin bankirləri onun şirkətini bazar dəyərindən xeyli aşağı qiymətə inquş əsilli rusiyalı oliqarx, “Russneft” şirkətinin sahibi Mixail Qutseriyevə bağlı olan şirkətə 245 milyon dollara satıb. Onun səhmlərinin alıcısı qismində Qutseriyevin qohumu, moskvalı biznesmen Mixail Şişxanovun adına qeydiyyatda olan “Berghoff Trading” offşor şirkəti çıxış edib.

Məhkəmə sənədlərindən belə aydın olur ki, Z.Leşkaşeli bankı Dubayda mənzillənmiş “Netoil”, Rusiyanın “Gazprom”, habelə “PetroVietnam” və polad maqnatı Lakşmi Mittala bağlı “Tata Petrodyne” kimi daha sərfəli müştərilərin onun şirkətini almaq üçün verdikləri təklifləri nəzərə almayıb. Üstəlik “Kürovdağ”ın M.Şişxanova satılmasından cəmi bir neçə ay sonra bu sövdələşmədə iştirak edən bankirlərdən biri M.Qutseriyevin şirkətində işə keçib.

Z.Leşkaşeli hesab edir ki, bankirlər Qutseriyevlə sövdələşməyə girərək onun şirkətini qəsdən ucuz satıblar.

“Mən “Credit Suisse”dən xeyli pul götürmüşdüm ki, neft sferasında investisiyalar proqramımı maliyyələşdirim. Lakin belə məlum olur ki, bank öz maraqlarını müştərinin maraqlarından üstün tutub. Bank öz kreditini geri almaq üçün mənim aktivlərimi məcburən ucuz satıb” - deyə 58 yaşlı Z.Leşkaşeli Londondan “Businessweek”ə açıqlamasında bildirib.

“Credit Suisse” isə iddianı rədd edir və məhkəməyə təqdim etdiyi ifadədə bildirir ki, “Caspian Energy Group” şirkətinin M.Qutseriyevə satışından əvvəl Z.Leşkaşeli üçün daha sərfəli və qəti təkliflər almayıb.

İsveçrə bankının London nümayəndəsi Vanessa Neill məhkəmə işi ilə bağlı şərh verməyib. Eləcə də Qutseriyevin “Russneft” şirkətindən situasiyanı şərh etməklə bağlı telefon zənglərinə cavab verməyiblər.

Z.Leşkaşeli bildirir ki, o, 2006-cı ildə şirkətini satmaq istəyəndə Britaniyanın “RPS Energy” konsaltinq şirkəti “Kürovdağ”dakı aktivlərin dəyərinin 536 milyon dollar olduğunu göstərib. 2007-ci ilin mayında isə aktivlərin bazar dəyəri 966 milyon dollara çatıb.

“Credit Suisse” isə məhkəmə sənədlərində bildirir ki, Z.Leşkaşeli bankda investisiyalar üzrə məsul olan Vadim Benyatov vasitəsilə iş qurub. 2006-cı ildə bank biznesmenə başqa kredit borcunu ödəmək üçün 127 milyon dollar borc verib. Sövdələşməyə görə, bu kredit Z.Leşkaşelinin Azərbaycandakı aktivlərinin satışından əldə olunan vəsait hesabına bağlanmalı idi.

Biznesmenin iddiasına görə, bank “Caspian Energy Group”u satarkən Hindistan və Vyetnam şirkətlərindən daxil olan, ilkin hesablamalara görə, 350 milyon dollardan 1,2 milyard dollara qədər arta bilən təkliflərə məhəl qoymayıb.

Z.Leşkaşeli iddia edir ki, “Credit Suisse” həqiqətən də onun maraqlarından çıxış etsəydi, o, 700 milyon dollar və ya daha çox mənfəət əldə edəcəkdi. İddiaçı bildirir ki, “Credit Suisse” tələsib və başqa, daha sərfəli təklifləri nəzərdən qaçırıb. İddiaya görə, bu təkliflərin ikisində satılan şirkətə 1 milyard dollardan çox qiymət qoyulubmuş.

Özünün elə həmin məhkəməyə təqdim olunmuş cavab iddiasında “Credit Suisse” Z.Leşkaşelinin iddialarını rədd edir. Bank bildirir ki, ona müştəri tapmaq üçün ağlabatan möhlət verilib, lakin bu, baş vermədikdə bank ona olan borcu çıxarmaq üçün şirkəti satmağa məcbur olub.

“Credit Suisse” belə bir iddianı da rədd edir ki, guya bu layihəni 2008-ci ilin fevralından əvvəl 700 milyon dollardan baha qiymətə satmaq mümkün ola bilərmiş.

Z.Leşkaşeli məhkəmə sənədlərində bildirir ki, 2006-cı ildə “Credit Suisse” bankının Mərkəzi və Şərqi Avropa üzrə direktoru olan Vadim Benyatov Rumıniyada dövlət mülkiyyətinin satışında korrupsiya işi üzrə saxlanılıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub. Bu üzdən gürcü biznesmenin şirkətinin satışı ləngiyib. Benyatov Rumıniyadan ancaq 2007-ci ilin avqustunda çıxa bilib. İlk prosesdə Leşkaşelinin aktivlərinin satışı üçün məqbul təklif daxil olmayıb.

Daha sonra “Credit Suisse”dən digər bankir Piter Firman işə qoşulub, ancaq ikinci cəhddə də sərfəli təklif verilməyib. Baxmayaraq ki, ikinci prosesdə Qutseriyevə bağlı digər şirkət “Hecton İnvestment”in Z.Leşkaşelinin şirkətinə 500 milyon dollar təklif etməyə hazır olduğu deyilir. Bildirilir ki, Firman və “Credit Suisse” Z.Leşkaşelinin tapdığı müştərilərlə anlaşa bilməyiblər.

Biznesmenin dediyinə görə, belə müştərilərdən biri də 700 milyon dollar verməyə hazır olan “Qazprom” idi. Lakin bank bildirir ki, satışın birinci turunda Leşkaşeli “Qazprom”la əlaqə yaratmamağı tapşırıb, ikinci turda isə Rusiya şirkəti onun aktivlərini almağa maraq göstərməyib.

Sonda gürcü əsilli biznesmenin Azərbaycandakı neft aktivləri Qutseriyevə 245 milyon dollara satılıb, bu sövdələşmədən bir neçə ay sonra P.Firman “GCM Global Energy Plc” şirkətinə icraçı direktor gedib.

Z.Leşkaşeli deyir ki, bu detal bankirlərin onun aktivlərini qəsdən ucuz satmaq üçün sövdələşdiyini göstərir. İndi biznesmen İsveçrə bankından 700 milyon tələb edir. Bank isə bu iddianı qəbul etmir və biznesmenə qarşı cavab iddiası qaldırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41
Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru