İranda vurulan pilotsuz təyyarənin Azərbaycandan qalxması haqda DAHA BİR İDDİA
Tarix: 27-08-2014, 14:47 | Çap et
 Bir neçə gün əvvəl İranda vurulan pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycandan havaya qalxa biləcəyinə dair iddialar ortaya atılıb.
Virtualaz.org xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandanı, briqada general Əli Hacızadə avqustun 25-də keçirdiyi mətbuat konfransında vurulan təyyarənin görüntülərini təqdim edərək onun “Hermes 450” pilotsuz kəşfiyyat təyyarəsi olduğunu və İsraildə istehsal edildiyini bildirib. General təyyarənin cihazlarının bir hissəsinin salamat qaldığını və onların araşdırıldığını bildirib, İsraili İranın nüvə obyektlərinə qarşı kəşfiyyat fəaliyyətləri həyata keçirməkdə günahlandırıb.
Dərhal İsrail mediası İran tərəfinin ittihamına reaksiya verərək təyyarənin kimə məxsus olduğunun bəlli olmadığını bildirib. İsrailin “Canal 9” telekanalı bildirib ki, bu təyyarələr İsrail tərəfindən istehsal olunsa da İranın qonşuları-Azərbaycan, Gürcüstan və Qazaxıstan da daxil olmaqla bir çox ölkələrə satılıb.
Bu gün isə özünün “The Aviatonist” bloqunda (http://theaviationist.com) sərbəst (freeleance) italyan jurnalist, İtaliyanın hərbi hava qüvvələrinin hərbi aeronavtika hissəsinin leytenantı olmuş Devid Sensotti təyyarənin Azərbaycandan havaya qalxa biləcəyini iddia edib. Aviasiya, hərb, müharibələr, kəşfiyyat və kibercinayıtkarlıq kimi sahələrdən yazan italyan jurnalist iddia edir ki, İranda vurulan təyyarənin görüntüləri 2011-ci ildə Qarabağda erməni qüvvələri tərəfindən vurulan naməlum pilotsuz kəşfiyyat təyyarəsini xatırladır.

Jurnalist yazır ki, İran general təyyarənin stels texnologiyası ilə hazırlandığını və 800 kilometr məsafəyə uça bildiyini deyib. Əslində isə İsrailin istehsal etdiyi “Hermes 450” təyyarələri stels texnologiyasına malik deyil və daha az məsafəyə uça bilir. Üstəlik təyyarənin görüntüləri “Hermes”ə oxşamır, 2011-ci ildə Qarabağda erməni qüvvələri tərəfindən vurulan naməlum pilotsuz təyyarəyə oxşayır.
D.Sensotti xatırladır ki, o vaxt Azərbaycan Qarabağda vurulan təyyarənin ona məxsus olmadığını açıqladı. “Maraqlıdır ki, vurulduğu deyilən, əslində isə böyük ölçüdə salamat olan həmin “Azərbaycan təyyarəsi” sonradan İrəvanda keçirilən hərbi paradda nümayiş etdirildi. Təyyarənin üzərində onun Azərbaycana məxsus olduğunu göstərən hər hansı tanınma nişanı mövcud deyildi. Biz İranda vurulan bu sirli pilotsuz aparatla bağlı heç nə bilmirik. Lakin onun diapazonu çətin ki, İsraildən qalxıb İranın Natanz nüvə obyektində kəşfiyyat aparmağa və geri qayıtmağa imkan versin. Əslində təyyarənin ölçüləri “Hermes 450”dən xeyli kiçikdir və çox güman ki, İranda vurulan təyyarə orta mənzilli taktiki pilotsuz uçan aparatdır. Ona görə də təyyarə İranda istehsal edilsə də (hərçənd ki, bu fakt əsdiq olunmayıb) ola bilsin Azərbaycandan buraxılıb və vurulub. Ola bilsin təyyarə haradasa sərhədə yaxın yerdə vurulub və sonradan onun qalıqlarını Natanz nüvə mərkəzinin yaxınlığına aparıblar” deyə italyan jurnalist öz versiyasını əsaslandırır.
Təyyarənin Azərbaycan və İrana qonşu digər ölkələrdən qalxa biləcəyinə dair versiyalara başqa xarici saytlar da yer verir. Hərçənd ki, söhbət ancaq versiyadan gedir və təyyarənin Azərbaycandan qalxa biləcəyinə dair hər hansı dəlil də yoxdur. Bununla belə Azərbaycanın adının əvvəlcə İsrail mənbələri, daha digər Qərb mənbələri tərəfindən bu məsələdə hallandırılması İsrailin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat üçün istifadə etdiyinə dair əvvəllər Qərb mənbələrində tez-tez ortaya atılan iddiaları yada salır. Hansı ki, rəsmi Bakı bu iddiaları qətiyyətlə təkzib edirdi və Azərbaycan ərazisindən İrana qarşı istifadəyə yol verməyəcəyini deyirdi. Görünür indi Azərbaycanın İranla və digər qonşuları ilə münasibətlərini yaxşılaşdırmaq səyləri göstərdiyi bir vaxtda yenidən bu məsələnin ortaya atılması təsadüfi deyil.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32 |
|
|
|
| • Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08 |
|
|
|
| • Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
| • Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50 |
|
|
|
| • Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47 |
|
|
|
| • AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45 |
|
|
|
| • Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
| • Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40 |
|
|
|
| • Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31 |
|
|
|
| • Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15 |
|
|
|
| • "İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05 |
|
|
|
| • AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01 |
|
|
|
| • Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56 |
|
|
|
| • Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46 |
|
|
|
| • Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40 |
|
|
|
| • Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37 |
|
|
|
| • “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27 |
|
|
|
| • “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43 |
|
|
|
| • Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31 |
|
|
|
| • Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
| • Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07 |
|
|
|
| • Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02 |
|
|
|
| • Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42 |
|
|
|
| • Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41 |
|
|
|
| • “Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39 |
|
|
|
| • Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19 |
|
|
|
| • "Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53 |
|
|
|
| • Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50 |
|
|
|
| • Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48 |
|
|
|
| • Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35 |
|
|
|
| • Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29 |
|
|
|
| • "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22 |
|
|
|
| • Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18 |
|
|
|
| • Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07 |
|
|
|
| • İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00 |
|
|
|
| • Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23 |
|
|
|
| • Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13 |
|
|
|
| • 1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07 |
|
|
|
| • Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59 |
|
|
|
| • "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50 |
|
|
|
| • Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45 |
|
|
|
| • İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40 |
|
|
|
| • Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35 |
|
|
|
| • Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27 |
|
|
|
| • Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39 |
|
|
|
| • Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36 |
|
|
|
| • SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35 |
|
|
|
| • İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25 |
|
|
|
|