Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı .....                     Azərbaycanda işsizlərin sayı niyə artıb? .....                     Rusiyadan pul göndərmək çətinləşdi? .....                     “Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” .....                     "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" .....                     “Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir .....                     Putin Tokayevin planını rədd etdi .....                     Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib .....                     15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı .....                     Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü .....                     Gürcüstanda azərbaycanlı gənc başından güllələnib .....                     Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı .....                     Tokayev haqlımı .....                     Sabiq prokuror vəfat etdi .....                     Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür .....                     Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? .....                     Azərbaycanda pensiya yaşı 70 olur? .....                     Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” .....                     “Xəyanət” DAVAM EDƏCƏK: .....                     Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik .....                     ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb .....                     Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB .....                     Nazirlik məktəblərdə süni intellektin tətbiqinə .....                     Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA .....                     Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti .....                     Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11... .....                     "Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" .....                     Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları .....                     "Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." .....                     “Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR .....                     Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi .....                     "Sən həyatımın ən böyük sevgisisən" .....                     Ana dilinin saflığının qorunması mühüm vəzifədir .....                     Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi .....                     ““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” .....                     Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi .....                     Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... .....                     Şahin Bağırov baş idarəyə rəis təyin etdi .....                     Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... .....                     Dövlət qurumları hibrid maşınlar almağa başlayır .....                 

Azər Axşam timsalında bayağılıqdan şikayətlənən bayağılar - Saffari yazır…
Tarix: 9-06-2026, 13:35 | Çap et

Azər Axşam haqqında yazı yazmaq ağlıma axşam gəlsə də, acığa sübh tezdən yazdım. Özümə də söz verdim ki, yazı boyunca onun təxəllüsü ilə heç bir işim olmayacaq. Ancaq di gəl, məncə, Azərin axşamındansa, gündüz kiminsə verilişi yaxşıdır.

Bilmirəm niyə, ancaq son vaxtlar dəxli olmasa da, onun adını hardasa görəndə ağlıma bu söz gəlir:

“Sugo nədi bilirəm”.

Allaha min şükür, hazırda Azər Axşam efirlərdə çox görünmür, fəqət son dövrlər verdiyi müsahibələr şəxsən mənim gözümə girir.

Odur ki, istəyirəm, gözümdəki bu tiri də göstərim.

Müsahibələrin birində aparıcı ondan soruşur ki, bəs Azər Axşam niyə efirlərdə görünmür?

Bu sual elə sualdır ki, kimə verildiyindən asılı olmayaraq, az qala hamı eyni cavabı verir. Birdən-birə dünyanın ən bayağı adamı da şikayətlənir ki, bəs siz bilmirsiniz, əslində, mən çox ciddi adamam, indi də təlabat özünüz bilirsiniz nəyədir.

Heç nə, dünyanın olmasa da, Azərbaycanda sayılıb-seçilən bayağı adamlardan olan Azər Axşam da dedi ki, “mən dəyişmədim, ona görə. Bu dövrə uyğunlaşmadım”.

Azər Axşamın bu cavabı boyunu aşır. Sanasan, guya vaxtilə “BBC”də sənədli filmlər aparıb, indi gəlib “TikTok” dövrünə düşüb.

Azər müəllim, adamı bir axşam, belə lap zülmət bir gecədə tutarlar, çəkərlər tinə, əllərini yuxarı qaldırıb, divara da söykəyib qulağına pıçıldayarlar ki, siz guya əvvəl necəydiniz? Guya dəyişməyib nə edə bilərsiniz? Ümumiyyətlə, sizdə dəyişilməli olan nə var? Söhbət hansı ciddi obrazdan, fəaliyyətdən gedir? Hansı bayağılıq tələb olundu ki, edə bilmədiniz?

Sözsüz, bu suallara cavab tapa bilməzsiniz, narahat olmayın, axıra qədər saxlamazlar, deyərlər ki, yaxşı, get, bir də gecə vaxtı çölə tək çıxma.

Azər Axşam uzun müddət idi ki, yadımdan çıxmışdı. Fiziki olmasa da, istedad, obraz olaraq öldüyünü bilirdim, ancaq elə bu yaxınlarda haqqında ölüm xəbəri də çıxmışdı. Yazıq ölüm, yazıq əzrayıl, gör, nə günlərə qalıb. Digər tərəfdən, mən hələ haqqında yalandan öldü xəbəri yayılan bircə ciddi adam da görməmişəm. Nədirsə, belə xəbərlər elə Azər Axşamların adına çıxır. Sonra da adəti üzrə öldü deyilən adam çıxıb deyir ki, bəs salamatam, narahat olanlar sağ olsun, hamı zəng elədi, bu xəbəri yayanlara da ayıb olsun.

Ən axırda da düşmənlərinin olduğunu qeyd edir.

Məsələn, mənə maraqlıdır ki, bir düşmən nə qədər bikar olmalıdır ki, Azər Axşamla ədavət aparsın. Belə də düşmən olar? Daş elə düşmənin başına. Düşmən olanda nə olar, adam gərək özünə diqqət eləsin. O da maraqlıdır ki, Azər Axşam düşməni olacaq nə edib? Bəlkə “Teletime” verilişinə görə düşmən kəsiliblər? Yoxsa “Qız atası” serialındakı istedadsızlıq nümunəsi olan roluna görə?

Bu azmış kimi, bir dəfə də Azər Axşamı Azərbaycan televiziyasında gedən verilişlərdən əməlli şikayətlənən gördüm. Belə deməyinə düz deyirdi, ancaq gərək onu Azər Axşam deməsin.

Məsələn, reytinqdən şikayətlənən Azər Axşama demək lazımdır ki, oynadığınız seriallar nəyə hesablanıb?

Reytinqə qaçmayan Azər Axşam ona görə “ATV Səhər”, “Azər Axşamla bu axşam”, “Hər axşam” verilişləri aparırdı? Nədir, yoxsa bu verilişlər quru sağ ola işləyirdi? Yoxsa elmi-bədii verilişlər idi, ona da biz baxmadıq?

Yox əşi, birdən “Aramızda qalsın?”-a görə deyərsiniz, mən ölüm, inciyərəm.

İndi siz deyin, Azər Axşam, bunlar çox ciddidir və siz başqa qeyri-ciddilikdən şikayətlənirsiniz?

Maraqlıdır ki, televiziyadan hansısa səbəblərə görə bir az aralı düşən bu adamlar hansı haqla şikayətlənirlər?

Özünüzü niyə ömrünü bayağı verilişlərə hesablayıb, amma indiki verilişlərdən şikayətlənən Kamran Həsənli kimi aparırsınız? Efir verilməyəndə belə edirlər?

Məgər Azər Axşam ömrünü mənasız şou-proqramlara həsr etməyib?

Qəribədir ki, bu cür adamlar heç vaxt öz keçmişlərinə baxmırlar. Bir dəfə də olsun demirlər ki, bəli, bizim də günahımız olub. Amma yox. Həmişə günahkar başqasıdır. Dövr günahkardır. Tamaşaçı günahkardır. Sosial şəbəkələr günahkardır. Yeni nəsil günahkardır. Marsdakı atmosfer təzyiqi günahkardır. Təkcə özləri günahsızdır.

Azərbaycan televiziyasını bu gün tənqid edən adamların böyük hissəsi dünən onun ən fəal iştirakçıları idi. Bu televiziya göydən düşməyib. Bu bayağılıq öz-özünə yaranmayıb. Bu zövqsüzlük bir gecədə peyda olmayıb. İllərlə daşını daş üstə qoyub bu sistemi quranlar indi kənardan dayanıb öz əsərlərinə baxaraq təəccüblənirlər.

Sanki ev tikiblər, sonra dam çökəndə deyirlər ki, ay Allah, bunu kim tikib? Elə siz tikmisiniz. İndi Azər Axşam efirlərin səviyyəsindən şikayət edir.

Bəs illərlə efirdə nümayiş olunan o ucuz zarafatlar nə idi? Bəs tamaşaçını intellektual inkişaf əvəzinə boş əyləncəyə alışdırmaq nə idi? Bəs hər gün eyni simaları gətirib eyni söhbətləri etdirmək nə idi? Bəs “kim kimi təhqir etdi”, “kim kiminlə küsdü”, “kim nə geyindi” mövzuları ilə saatlarla efir doldurmaq nə idi?

Bunlar televiziya tarixinin qızıl səhifələri idi?

Yoxsa ki, indi birdən-birə onların hamısı unudulub?

Ona görə də ömrü boyu reytinqin çörəyini yeyib sonra reytinqi söymək lazım deyil.

Çünki əksəriyyətiniz Azərbaycan efirlərində bayağılığın veteranlığı statusuna qədər yüksəlmisiniz.

Bu gün məhz özünüzüz əsəri olan xarablıqlarda gəzirsiniz.

Bizləri də bu üfunəti qoxlamağa məcbur edirsiniz.

Orxan Saffari

Gununsesi.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Bu gün, 14:24
Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 14:21
Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Bu gün, 14:18
“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Bu gün, 14:10
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Bu gün, 14:01
“Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Bu gün, 13:55
Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Bu gün, 13:46
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:41
Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06
Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05
Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03
Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47
Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38
“Xəyanət” DAVAM EDƏCƏK: - Hansı aktyorlar serialdan getdi?
Bu gün, 12:33
Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik - Sarukyan
Bu gün, 12:30
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 12:19
Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB - "...səbəbkarı Vladimir İliç Lenin olub"
Bu gün, 12:16
Nazirlik məktəblərdə süni intellektin tətbiqinə 2,5 milyon manat xərcləyəcək
Bu gün, 12:11
Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA - DETALLAR
Bu gün, 12:09
Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti - Milyonlarla insan...
Bu gün, 12:06
Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11... – Hər 100 nəfərə düşən turist sayı
Bu gün, 11:59
"Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" - Sarukyan
Bu gün, 11:56
Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları prokurorluğa geri göndərdi
Bu gün, 11:50
"Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." - FAKT BUDUR!
Bu gün, 11:46
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:40
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
"Sən həyatımın ən böyük sevgisisən" - FOTO
Bu gün, 11:36
Ana dilinin saflığının qorunması mühüm vəzifədir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:32
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi - MƏQALƏ
Bu gün, 11:30
““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:14
Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... - Sakinlər BOĞAZA YIĞILIB...
Bu gün, 11:03
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
Bu gün, 10:55
Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... - İTTİHAM VAR...
Bu gün, 10:42
Dövlət qurumları hibrid maşınlar almağa başlayır – TENDER
Bu gün, 10:35
Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem - AKTUAL
Bu gün, 10:31
Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər - İLGİNC
Bu gün, 10:12
"Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." - NARAZILIQ VAR...
Bu gün, 10:06
ABB qəpik-qəpik QARƏT EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:55
Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar - DETALLAR
Bu gün, 09:49
Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək
Bu gün, 08:50
Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır - KİV
Bu gün, 08:48
Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24
Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20
Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru