ABŞ prezidenti Donald Tramp son açıqlamasında Azərbaycanı da ciddi şəkildə narahat edən fikirlər səsləndirib. Tribuna.az xəbər verir ki, o, İrandakı etirazçılara silah göndərdiyini bəyan edib.
Tramp bildirib ki, silah göndərdikləri əsas müxaliflər isə kürdlərdir. Hətta o, “ümid edirəm ki, göndərdiyimiz silahlar ünvanlara çatıb”.
ABŞ prezidenti onu da deyib ki, İran xalqına lazım olan dəstəyi verəcəklər. “İran xalqı müharibənin ortasında onları tərk edəcəyimizdən narahatdır, amma biz bunu etməyəcəyik”.
Azərbaycanı burada narahat edən iki vacib məqam var. Tribuna.az xəbər verir ki, İranda etirazçıların əlinə silahın keçməsi bu ölkədə vətəndaş müharibəsinin baş vermə riskini artıra bilər. Bu isə qonşuluğumuzda xaosun baş qaldırması deməkdir.
İkinci narahatedici məsələ isə kürdlərin silahlandırılmasıdır. Bu isə rəsmi Bakını birbaşa narahat edən məsələ sayılmalıdır. Çünki İranda yaşayan kürdlər Güney Azərbaycanın qərb bölgələrində məskunlaşıblar. Onlar uzun zamandır Urmiyə, Xoy, Mahabad, Salmas və digər şəhərlərimizdə məskunlaşmış azərbaycanlılarla ixtilaf içindədirlər. Son zamanlar isə kürdlər bir qədər də irəli gedərək, başqa Urmiyə şəhəri olmaqla, digər məntəqələrdə yaşayan azərbaycanlıları ddərhal evlərini tərk edərək, ölkənin başqa yerlərinə köçmələrini tələb edirlər.
Tribuna.az xəbər verir ki, kürdlərin silahlanması və sözügedən tələblərlər çıxış etmələri Güneydə ciddi qarşıdurmaya səbəb ola bilər. Belə olan halda Azərbaycan tərəfi öz soydaşlarımızı qorumaq üçün addım atmaq məcburiyyətində qalacaq. Bu isə ciddi problem deməkdir.
İkincisi isə onların “Vahid Kürdistan” qurmaq ideyaları bu günə aid deyil. Uzun illərdir bunun üçün bütün terror aktlarına əl atıblar. Türkiyədə PKK, Iranda PJAK, “Komili”, Suriyada YPG kimi terror təşkilatlarını da bunun üçün qurublar.
Nəzərə alaq ki, İranda yaşayan kürdlərin iddiasına əsasən Naxçıvana qədər onlara “məxsusdur”. Bu isə onların növbəti hədəflərinin Naxçıvan olacağını deməyəcəklərini istisna etmir. Yəni, sabah bu iddianı ortaya atıb, bizim üçün də problem yaratmağa çalışacaqlar.








