Ursula fon der Lyayenə qarşı dördüncü etimadsızlıq cəhdi uğursuz nəticələndi .....                     Sabunçuda səki `MÖCÜZƏ`si... `MÖCÜZƏ`Lİ SƏKİ... .....                     Vaşinqton Bakıya yaxınlaşır: Əliyev–Tramp görüşü nə vəd edir? .....                     ABŞ-ın heç vaxt NATO-ya ehtiyacı olmayıb .....                     Ermənistan Sülh Şurasına maliyyə töhfəsi olmadan qoşulub .....                     Azərbaycanda benzinin qiyməti ilə bağlı .....                     Taleh Qaraşov müavinini vəzifəsindən azad etdi .....                     Şərif Ağayar üzr istədi .....                     AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır .....                     Trampdan Bakıya mühüm etimad .....                     Ermənilərin saxta qəhrəmanlarından biri daha... .....                     "QHT işi" üzrə Məmməd Alpayın məhkəməsi başlayıb .....                     “Meqa Sığorta”nın sədr müavini vəzifəsindən ayrılıb .....                     "Regional Su Meliorasiya Xidməti" qiymətləndirici seçir .....                     TƏBİB-in "limit" siyasəti, yoxsa poliklinika rəhbərliyinin özbaşınalığı? .....                     Yazıçılar Birliyində pul davası: “Niyə ödəməliyəm ki?” .....                     General 700 milyon dolları BELƏ ƏLƏ KEÇİRDİ .....                     Prezidentin UEFA-ya ismarışı .....                     Qiymət dəyişir: Azərbaycan nefti necə satılacaq? .....                     Xəbərdarlıqlar edilir, amma dəm qazı yenə də can alır .....                     Misir Mərdanova Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsi verildi .....                     Qəzzanın bərpası ilə bağlı planlar açıqlanıb .....                     Səfər Əbiyevin oğlunun borcu üzə çıxdı: KÜTLƏVİ ŞİKAYƏT VAR... .....                     OMİD Mağazalar Şəbəkəsi borca düşüb .....                     Sahil Babayev sabiq bankiri direktor təyin etdi .....                     “Qaçqınkom” niyə “166 Global Logistcs”la anlaşır? .....                     Sülh Şurasında iştirak Azərbaycana nə vəd edir? .....                     ABŞ İranla danışıqlar aparmaq niyyətindədir .....                     Lənkəranda valyuta dəyişmə ilə məşğul olan yaşlı kişiyə qarşı quldurluq edildi .....                     Erməni əsgər döyüş postunda güllələndi, həbslər başladı .....                     Talıbovların geri dönüş SSENARİSİ: Xanın ətrafı gizli görüşlərə start verib .....                     Ermənistan hökuməti "Sülh Şurası"nın nizamnaməsini imzalayacağını təsdiqləyib .....                     "Şübhəsiz, Prezidentin nüfuzunun bu məsələlərdə böyük rolu var" .....                     Müharibədə hər gün min rus əsgəri .....                     Azərbaycanda 6 nəfər qazdan .....                     Sabiq DGK rəhbərinin ev dustaqlığı ləğv edildi .....                     Almaniyadan Azərbaycana 1 manata yumurta gətirilib .....                     Nazirlik Azər Aydəmirə 657 min manat ödəyəcək .....                     İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı .....                     “Ev məsələsinə görə mənimlə düşmənçilik etdilər” .....                 

Prezidentin UEFA-ya ismarışı – Avropa qurumlarının haqsızlıq şakəri
Tarix: Dünən, 16:06 | Çap et

Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt" üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Dövlət başçısı bu barədə sosial şəbəkə hesablarında paylaşım edib: "Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı.

Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!"

Qeyd edək ki, Azərbaycanın Ağdam şəhərinin "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyanın Frankfurt şəhərinin "Ayntraxt" komandası ilə qarşılaşıb.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran 4 və 80-ci, Bəhlul Mustafazadə isə 90+4-cü dəqiqədə qələbə qolunu vurub.

Bununla da "Qarabağ" kubu Çempionlar Liqasının Liqa mərhələsində xallarının sayını 10-a çatdırıb.

Qeyd edək ki, komandamız yanvarın 29-da sonuncu - VIII turda İngiltərənin "Liverpul" komandasının qonağı olacaq.

Yeri gəlmişkən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hakimin oyunu idarə etməsinə münasibət bildirərkən deyib: "Hakimlə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib".

Baş məşqçi dəstəyinə görə dövlət başçısına təşəkkür edib.

"Ayntraxt" klubunda baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt isə bildirib: "Qalib gəlmək istəyirdik. Lakin matça yaxşı başlamadıq. Düzdür, sonradan toparlandıq, hətta üstünlüyü də ələ ala bildik. Ancaq daha sonra işlər qaydasında getmədi. Fasilədə futbolçularla danışdıq. İkinci yarıda "Qarabağ" çox pressinq edirdi. İntizamlı oynamağa çalışırdıq".

Prezident İlham Əliyevin şərhində də vurğulandığı kimi, Azərbaycan çempionu qalib gəlsə də, oyunun baş hakimi Sandro Şerer çoxsaylı mübahisəli və ədalətsiz qərarları ilə yadda qalıb.

O, 1988-ci il iyunun 6-da İsveçrənin Büttikon şəhərində anadan olub. 2015-ci ildən FİFA-nın hakimləri siyahısına daxil edilib. Bundan başqa, Şerer 2016-cı ildən hakimlik fəaliyyəti ilə yanaşı, Fransa Futbol Federasiyasının hakimləri üçün istedadların inkişafı proqramı olan Hakimlər Akademiyasına rəhbərlik edir. UEFA-nın elit hakimlərindən sayılan Şerer həm də yüksəksəviyyəli klubların oyunlarını idarə edərkən səhv, ədalətsiz qərarlar verməklə yadda qalıb.

O, Çempionlar Liqasının 2024-cü ildə keçirilən yarımfinalında Almaniyanın "Bavariya" komandası ilə İspaniyanın "Real" (Madrid) klubunun qarşılaşmasını idarə edib. Şerer sonuncu dəqiqədə İspaniya çempionunun vurduğu qolu qeydə almamaqla böyük qalmaqalın yaşanmasına səbəb olub.

Bu hakim ilk dəfə 2018-ci ildə "Qarabağ"ın oyununu idarə edib. Ağdamlılar Avropa Liqasının qrup mərhələsində Ukraynanın "Vorskla" komandası ilə səfərdə qarşılaşıb. Görüş "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatsa da, onun idarəetməsində səhvlər qeydə alınmışdı.

Şerer 2020-ci ildə də Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın Türkiyə "Sivasspor"u ilə oyununun baş hakimi olub. Bu görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb – 0:2.

Dövlət başçısının da vurğuladığı kimi, bu, "Qarabağ"a qarşı ilk hakim ədalətsizliyi deyil. Azərbaycan çempionu 2014-cü il dekabrın 11-də UEFA Avropa Liqasının qrup mərhələsində "İnter"lə (İtaliya) oyunda hakim ədalətsizliyi ilə üzləşmişdi. 90+4-cü dəqiqədə Riçard Almeydanın zərbəsindən sonra top "İnter"in futbolçusu Donkora toxunaraq qapıya daxil olsa da, yan xətt hakimi oyundankənar vəziyyət qeydə almış, baş hakim Miroslav Zelinka da onun qərarını təsdiqləmişdi. Nəticədə görüş qolsuz başa çatmışdı.

Həmin il dekabrın 17-də Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən çıxışında bildirmişdi: "İdmanda, əfsuslar olsun ki, bəzi hallarda hakimlərin ədalətsiz qərarı həlledici olur. Mən idmanla yaxından maraqlanan, eyni zamanda, idmana rəhbərlik edən insan kimi dəfələrlə onun şahidi olmuşam ki, beynəlxalq yarışlarda, hətta fərdi idman növlərində də bizim idmançılarımıza qarşı ədalətsizlik göstərilib".

Dövlət başçısı komandanın qələbəsinin əlindən alınmasını belə şərh etmişdi: "Təmiz, halal qələbəni komandanın əlindən almaq böyük ədalətsizlik və idman aləmində cinayətdir. Ona görə hesab edirəm ki, bu cinayəti, idman cinayətini törətmiş hakim briqadası öz cəzasını almalıdır. Əks təqdirdə, bu, başadüşülən olmayacaq".

Prezident oyunçulara təskinlik olaraq demişdi: "Çünki sizin bütün fikirləriniz artıq növbəti mərhələdə idi. O mərhələdə siz çıxış etməli idiniz. Bu qələbə sizdən vicdansızcasına oğurlanıb. Ancaq həyat davam edir. Bu ədalətsizlik sizi ruhdan salmamalıdır".

Həmin illərdə Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlar işğal altında idi. Onda "Qarabağ"ın oyunu bir futbol klubunun çıxışı deyildi. Komandaya qarşı UEFA hakimlərinin ədalətsizlikləri həm də Qərbin Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına eyni mövqe nümayiş etdirməsi kimi dəyərləndirilirdi.

Ona görə də Prezident "Qarabağ" komandası ilə görüşdə vurğulamışdı: "Klubun adı "Qarabağ"dır, bu da sizin üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcək illərdə siz bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaqsınız və "Qarabağ" klubu Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcək".

Klub hakimin səhv qərarından şikayət etmişdi. UEFA hakimlərin səhvini etiraf edərək cəzalandırılacağını bildirsə də, oyunun nəticəsini dəyişməmişdi.

Bu hadisə "Qarabağ"ın tarixində ciddi haqsızlıq kimi qeyd olunur. UEFA baş hakim Miroslav Zelinkanı "Araz-Naxçıvan" - "Omoniya" (Kipr) qarşılaşmasına təyin edib. O, matç zamanı AVAR-da əyləşib.

2022-ci ilin sentyabrında UEFA "Qarabağ"a qarşı ədalətsizlik etmişdi. Onda Azərbaycan klubu Avropa Liqasında Fransanın "Nant" komandasına qarşı oynayırdı. "Qarabağ" UEFA-ya Azərbaycanın suverenliyi uğurunda həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi xahişinə "yox" cavabı vermişdi.

Fransız hakimlərin "ədaləti" sayəsində "Qarabağ"ın Almaniya "Frayburq"una uduzdurulması da çoxsaylı haqsızlıqlardandır.

2021-ci ilin avqustunda Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiprin AEL klubu ilə qarşılaşmada yaşanan qalmaqalı da yada salaq. Ağdam klubu 90+3-cü dəqiqədə hesabı bərabərləşdirəndən sonra yunan azarkeşlər "Qarabağ"ın oyunçularına qarşı "tərbiyələrini" nümayiş etdirmişdilər. Aranın qarışdığını görən hakim komandaları meydandan çıxarıb.

Ancaq Qurban Qurbanov geri qayıdaraq meydanda nümayişkaranə şəkildə üzü yunan azarkeşlərə tərəf durmuş, bununla azğın tamaşaçılardan çəkinmədiyini göstərmişdi.

Həmçinin, 2021-ci ilin dekabrında ağdamlılar UEFA bayrağı altında çıxış etdiyi növbəti qarşılaşmada hakim ədalətsizliyi ilə qarşılaşmışdı. Onda "Qarabağ" İsveçrədə "Bazel"ə qarşı keçirdiyi UEFA Konfrans Liqasının qrup oyununda haqsızlıqla üzləşmişdi. Qarşılaşmanın 2-ci dəqiqəsində İbrahima Vacinin ötürməsindən sonra Abdullah Zubir topu qapıdan keçirsə də, görüşün xorvatiyalı baş hakimi Fran Yoviç onu qeydə almamışdı.

Ümumiyyətlə, "Qarabağ"a qarşı təxribatlar zaman-zaman özünü müxtəlif formalarda göstərib. Məsələn, 2013-cü ildə Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Polşada yerli "Piast" ilə qarşılaşmada separatçıların "simvolu" stadionun tribunasında asılmışdı. Ağdam klubunun müdaxiləsindən sonra qondarma rəmz oradan yığışdırılmışdı.

Qısaca qeyd etdiyimiz bu faktlar "Qarabağ"ın yaşadıqlarının kiçik bir hissəsidir.

Azərbaycanın bu komandası təkcə stadionda, qarşılaşmada hakim ədalətsizlikləri deyil, eyni zamanda, tribunalarda onlara qarşı olan azarkeşlərin etikadan uzaq hərəkət və çıxışlarına qarşı mübarizə aparıb, müqavimət göstərib.

Azərbaycan torpaqları işğal altında olan zaman Avropa İttifaqı (Aİ) münaqişənin həllində ədalətli vasitəçi ola bilmirdi. Onlar bir qayda olaraq işğalçı Ermənistanı müdafiə edər, Azərbaycana da belə ruhlu şərtlərini qəbul etdirməyə çalışardı. Hələ o vaxtdan rəsmi Bakının sərgilədiyi qətiyyətli mövqe nəhayət haqq-ədalətin zəfəri ilə nəticələndi.

Odur ki, UEFA belə ədalətsiz hakimləri ilə Aİ-yə çox bənzəyir. Bu, Avropadakı bəzi qurumların şakəridir.

REPORT.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ursula fon der Lyayenə qarşı dördüncü etimadsızlıq cəhdi uğursuz nəticələndi
Dünən, 18:25
Sabunçuda səki `MÖCÜZƏ`si... `MÖCÜZƏ`Lİ SƏKİ... - GİLEY
Dünən, 17:48
Vaşinqton Bakıya yaxınlaşır: Əliyev–Tramp görüşü nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:34
ABŞ-ın heç vaxt NATO-ya ehtiyacı olmayıb - Tramp
Dünən, 17:32
Ermənistan Sülh Şurasına maliyyə töhfəsi olmadan qoşulub - XİN
Dünən, 17:30
Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Dünən, 17:24
Taleh Qaraşov müavinini vəzifəsindən azad etdi - FOTO
Dünən, 17:19
Şərif Ağayar üzr istədi
Dünən, 17:03
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Dünən, 16:59
Trampdan Bakıya mühüm etimad – “Bunu məhz Əliyev bacardı”
Dünən, 16:46
Ermənilərin saxta qəhrəmanlarından biri daha... -Şavarş Karapetyan
Dünən, 16:38
"QHT işi" üzrə Məmməd Alpayın məhkəməsi başlayıb
Dünən, 16:33
“Meqa Sığorta”nın sədr müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 16:30
"Regional Su Meliorasiya Xidməti" qiymətləndirici seçir
Dünən, 16:25
TƏBİB-in "limit" siyasəti, yoxsa poliklinika rəhbərliyinin özbaşınalığı? – Siyəzəndən ŞİKAYƏT
Dünən, 16:18
Yazıçılar Birliyində pul davası: “Niyə ödəməliyəm ki?” - TƏFƏRRÜAT
Dünən, 16:11
General 700 milyon dolları BELƏ ƏLƏ KEÇİRDİ - ŞOK FAKTLAR
Dünən, 16:09
Prezidentin UEFA-ya ismarışı – Avropa qurumlarının haqsızlıq şakəri
Dünən, 16:06
Qiymət dəyişir: Azərbaycan nefti necə satılacaq? - AKTUAL
Dünən, 15:48
Xəbərdarlıqlar edilir, amma dəm qazı yenə də can alır – Problemin kökü nədədir?
Dünən, 15:43
Misir Mərdanova Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsi verildi - Özü inkar etmişdi...
Dünən, 15:38
Qəzzanın bərpası ilə bağlı planlar açıqlanıb
Dünən, 15:30
Səfər Əbiyevin oğlunun borcu üzə çıxdı: KÜTLƏVİ ŞİKAYƏT VAR... - FOTOLAR
Dünən, 15:23
OMİD Mağazalar Şəbəkəsi borca düşüb
Dünən, 15:17
Sahil Babayev sabiq bankiri direktor təyin etdi - FOTO
Dünən, 15:14
“Qaçqınkom” niyə “166 Global Logistcs”la anlaşır? – Fuad Hüseynov məsələsi
Dünən, 15:04
Sülh Şurasında iştirak Azərbaycana nə vəd edir? - Komitə sədri açıqladı
Dünən, 15:00
ABŞ İranla danışıqlar aparmaq niyyətindədir - Tramp
Dünən, 14:34
Lənkəranda valyuta dəyişmə ilə məşğul olan yaşlı kişiyə qarşı quldurluq edildi - “Nənəmlə həccdə olublar”
Dünən, 14:26
Erməni əsgər döyüş postunda güllələndi, həbslər başladı - TƏFƏRRÜAT
Dünən, 14:23
Talıbovların geri dönüş SSENARİSİ: Xanın ətrafı gizli görüşlərə start verib - İLGİNC İDDİA
Dünən, 14:11
Ermənistan hökuməti "Sülh Şurası"nın nizamnaməsini imzalayacağını təsdiqləyib
Dünən, 14:03
"Şübhəsiz, Prezidentin nüfuzunun bu məsələlərdə böyük rolu var" - deputat
Dünən, 14:01
Müharibədə hər gün min rus əsgəri ÖLDÜRÜLÜR
Dünən, 13:58
Azərbaycanda 6 nəfər qazdan BOĞULDU
Dünən, 13:55
Sabiq DGK rəhbərinin ev dustaqlığı ləğv edildi
Dünən, 13:50
Almaniyadan Azərbaycana 1 manata yumurta gətirilib
Dünən, 13:49
Nazirlik Azər Aydəmirə 657 min manat ödəyəcək
Dünən, 13:46
İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Səbəb nədir?
Dünən, 13:42
“Ev məsələsinə görə mənimlə düşmənçilik etdilər” – Zahid Sarıtorpaq istefasının səbəblərini açıqladı
Dünən, 13:40
Təranədən Musayevlərlə bağlı qalmaqallı AÇIQLAMA - “Mən onları qəbul etməmişəm!”
Dünən, 13:37
Qətl törədən rektorun yerinə TƏYİNAT - FOTO
Dünən, 13:31
Əfqan Cəlilov Rauf Vəliyevin əsas adamını işdən çıxardı - ƏMR
Dünən, 13:25
Şəhidlik fədakarlıqdır! - Muzdluluq isə ticarətdir...
Dünən, 13:21
“Caspian Prodakşn Layn”ın şorları: Təbii adı altında kimyəvi tərkib – Foto
Dünən, 13:07
Qorbaçovun "sülhməramlılığı" və Trampın qəzəbi
Dünən, 13:05
Tramp daha bir ölkədə hakimiyyət dəyişikliyinə HAZIRLAŞIR
Dünən, 13:02
Britaniya Trampın “Sülh Şurası” razılaşmasına qoşulmayacaq
Dünən, 13:00
FHN-ə 108 ədəd voleybol topu satan şirkət kimindir? - TƏFƏRRÜAT
Dünən, 12:55
Bakı İrəvanı imperiyanın təzyiqindən xilas edir – Mühüm gəlişmə
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru