"Ukrayna Krımı Rusiyadan "təcrid edir" .....                     Zəngəzur dəhlizinin rəhbəri .....                     Ermənistanda Fransa Milli Gününün qonaqları ilə xəstəxanaya yerləşdiriliblər .....                     DSX-nin hərbçisi vəfat edib .....                     "Ağlaşma verilişlər reytinq verirdi" .....                     Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq .....                     Hindistanın Qafqaz qambiti: Azərbaycan ətrafında strateji balansın yeni ölçüsü .....                     Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə .....                     “Yetimlik nədir, bildim” dedi, Bakıdan insanlar dəstək üçün Şabrana getdi... .....                     Ehtiyat hissələri heç zavodunda tapılmayan .....                     115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!! .....                     "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" .....                     Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı .....                     Ermənistanda tufanqabağı sakitlik .....                     İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi .....                     Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib .....                     "Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" .....                     Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? .....                     II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Ömər Eldarov xəstəxanadan evə buraxıldı .....                     Paşinyan sülh istəyir, amma hazır deyil .....                     Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                     Ruslar benzin növbəsində qırılırlar .....                     Bakıda azyaşlı bacı-qardaş itkin düşüb .....                     Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub .....                     Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara ŞOK REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                 

Bakıda onlayn qumardan 173 milyon manat qazanan dəstə hakim qarşısında – PULLAR KİMİN CİBİNDƏDİR?
Tarix: 15-12-2025, 17:35 | Çap et

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə çıxarılan Yusif Baqiyev və digərləri onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında ittiham olunurlar.

Prosesdə dövlət ittihamçısı ittiham aktı elan edib. Məlum olub ki, müttəhimlər Nazirlər Kabinetinin idman və mərc oyunlarının təşkil olunması ilə bağlı müvafiq qərarına əməl etmədən, qeydiyyatdan keçməyərək, mütəşəkkil dəstə halında "qazan bet", "check black", "online loto" və digər xarici saytların adminliyini əldə edərək onlayn qumar oyunları təşkil etməklə külli miqdarda gəlir əldə ediblər.

Əldə olunan gəlirləri vəzifə bölgüsü apararaq müxtəlif hesablardan, o cümlədən, bank kartlarından 170 milyon 344 min manat, "M10" hesablarından isə 3 milyon manat, ümumilikdə 173 milyon manatdan artıq vəsaitin köçürülməsinə nail olublar.

Yusif Baqiyev onlayn qumar oyunlardan qazandığı 41 milyon manatı leqallaşdırmaq məqsədi ilə həmin məbləğdən Şüvəlan qəsəbəsi və Səbail rayonu da daxil olmaqla Bakının müxtəlif bölglərindən həyat yoldaşının adına bir neçə mənzil alıb.

Samir Nəsibov isə öz rəhbər vəzifəsindən sui-istifadə etməklə dövriyyəsi yüksək olan "Paysis MMC" şirkətinin elektron sisteminin tərkibində yaradılmış elektron pul kisəsində pulların köçürülməsini təmin edib.

Müttəhimlər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Müttəhimlərdən Ramil Saadovun vəkili vəsatət verməklə müvəkkilinin ev dustaqlığına buraxılmasını xahiş edib. Vəsatət təmin edilməyib.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq mütəşəkkil dəstənin bir sıra üzvləri barəsində tamamlanıb. İbtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunlarının təşkili və keçirilməsi nəticəsində xüsusilə külli miqdarda gəlir əldə etməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Belə ki, Yusif Baqiyev 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çoxsaylı şəxslərin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına çoxsaylı bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək dəstənin üzvləri arasında müvafiq rol bölgüsü aparıb. Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yoluyla əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşaraq, həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıb və bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.

Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib. İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib. Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı, 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, “Paysis” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb.

Növbəti proses dekabrın 22-də davam edəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ukrayna Krımı Rusiyadan "təcrid edir" - yarımadada enerji və yanacaq böhranı dərinləşir"
Bu gün, 13:42
Zəngəzur dəhlizinin rəhbəri Ermənistanda Moskvanı sıxışdırır
Bu gün, 13:38
Ermənistanda Fransa Milli Gününün qonaqları ilə xəstəxanaya yerləşdiriliblər - "Armat Media"
Bu gün, 13:35
DSX-nin hərbçisi vəfat edib - Foto
Bu gün, 13:20
"Ağlaşma verilişlər reytinq verirdi"
Bu gün, 13:15
Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq - TASS
Bu gün, 13:13
Hindistanın Qafqaz qambiti: Azərbaycan ətrafında strateji balansın yeni ölçüsü - Görünəni odur ki...
Bu gün, 12:52
Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR VERİLİB
Bu gün, 12:47
“Yetimlik nədir, bildim” dedi, Bakıdan insanlar dəstək üçün Şabrana getdi... - VİDEO
Bu gün, 12:44
Ehtiyat hissələri heç zavodunda tapılmayan ÇİN MAŞINLARI...
Bu gün, 12:31
115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!! -TƏFSİLAT
Bu gün, 12:29
"Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" - Vüqar Oruc
Bu gün, 12:25
Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 12:20
Ermənistanda tufanqabağı sakitlik - İNCƏLƏMƏ
Bu gün, 12:18
İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi - Bakıdan əks ÇAĞIRIŞ
Bu gün, 12:14
Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib – Xanbulan su anbarı üçün də təhlükə yaranıb
Bu gün, 12:11
"Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" - Ayaz Salayev
Bu gün, 11:12
Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? - ARAŞDIRMA
Bu gün, 11:06
II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
Bu gün, 11:00
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İLGİNC İDDİALAR
Bu gün, 10:53
Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Bu gün, 10:45
Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 10:38
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Bu gün, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara ŞOK REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru