Avropa İttifaqı konnektivlik məsələlərində Azərbaycanla çalışmağa hazırdır.
Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç APA-ya açıqlamasında bildirib.
“Azərbaycanın konnektivlik məsələsində gördüyü işlərin şahidi olduq. Biz Azərbaycanın həyata keçirdiyi islahatları dəstəkləyirik və konnektivliklə bağlı Azərbaycanla işləməyə hazırıq. Bir neçə həftə əvvəl nəqliyyatla əlaqədar olaraq dialoqa başlamışıq və hazırda detalları müzakirə edirik. Amma, bu barədə detallı danışa bilmərəm”, - Aİ səfiri qeyd edib.
 
    
     
    





























 
