"Gəncə Şərab-1" ASC-nin (VÖEN: 2300373041) 82 min 415,66 manat vergi borcu olduğu məlum olub.
"DİA-AZ" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bu məbləğ bir gün əvvəlki tarixə aid olan göstəricidir.
Qeyd edək ki, "Gəncə Şərab-1" ASC 5 yanvar 2005-ci ildə yaradılıb şirkət 730 min 524,4 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Mirməhəmməd Məmmədov Həmid oğludur.
Hüquqi ünvanı AZ2023, GƏNCƏ ŞƏHƏRİ, ZÜLFÜ HACIYEV, ev.56 ünvanıdır.