Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu .....                     “Xankəndi” qara siyahıya salına bilər .....                     “Cəlilabad Şərab-2”-nin yarım milyon manata yaxın .....                     Azərbaycan İsrailə görə "Avroviziya"da iştirakdan imtina etməyib .....                     FTX azərbaycanlını saxladı: sürücülük vəsiqəsi "satırmış" .....                     Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılacaq .....                     “Asfalt Raqib” məhkəməni uduzdu .....                     Azərbaycan və İran ortaq baza yaradır .....                     Daha bir məktəbdə pul yığılır .....                     “Bakıda özbaşınalıq davam edir, axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar” .....                     15 ədəd soyuducu, 2 ədəd televizor, 5 ədəd mikrodalğalı soba… .....                     Ermənistanda hamı Stalinin düsturları ilə yaşayır .....                     Göyçayda qadına xəsarət yetirərək 23 min manatı götürüb Rusiyaya qaçan şəxs tutulub .....                     Pezeşkianın oğluna ABŞ-a getməyə icazə verilmədi .....                     “GoldenPay”in (hesab.az) rəhbərliyinə təyinat olub .....                     Bakıya Vyetnamdan çirkli sudan tutulan balıq gətirilir? .....                     Bir türk prezident də molla rejiminin mahiyyətini dəyişmir .....                     Dövlət Sərhəd Xidməti bu şirkətdən 3 avtomobil aldı .....                     Naxçıvan Dövlət Universiteti rəhybərliyinə RÜŞVƏT İTTİHAMI .....                     Məsud Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb .....                     Erməni katolikos Rusiya liderinin Qarabağdakı “abidələrə” sahib çıxmasını istəyir .....                     Nazirimiz NECƏ ARIQLADI: özü deyir ki... .....                     Gömrük postunu ələ keçirmək istəyən və DTX-nin həbs etdiyi cinayətkar qrup üzvlərinin .....                     Vətən müharibəsindəki Şanlı Qələbəmiz .....                     Ölkəmizin şanlı tarixi .....                     Rektorun tender əməliyyatları .....                     Tikinti şirkətinin direktoru payçının 25 faizini əlindən alıb .....                     Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlı .....                     Bilmək olmur... məmurdur, ya biznesmen? .....                     Bakıda tanınmış iş adamının ailə üzvləri ilə bağlı cinayət işi: istintaq davam edir .....                     Simonyan Bakıda onların azad olunmasını xahiş edib .....                     Erməni əsgərinin Qarabağda nə işi var idi? .....                     Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı .....                     Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu .....                     Azərbaycan Rusiyaya qarpız satışını .....                     Trampın adamından qorxunc xəbərdarlıq: Azərbaycana təhlükə? .....                     Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq .....                     Bakının son şərti referendumsuz reallaşa bilər .....                     “Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir” .....                     Parisin İrəvana istənilən yardımı faydasızdır .....                 

Ölkəmizin şanlı tarixi - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 10:05 | Çap et

200 ildən çox bir müddətdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti həyata keçirilib. Çar Rusiyası tərəfindən imperiyanın cənub sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəli Azərbaycan torpaqları olan Qarabağa köçürülməsindən sonra xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Zaman-zaman öz havadarlarına arxalanan nankor ermənilər bütün vasitələrlə Azərbaycanlıları və bu ərazilərdə yaşayan digər millətləri sıxışdıraraq öz torpaqlarından didərgin salmağa cəhdlər etmiş, müəyyən vaxtlarda istəklərinə nail ola bilmiş, 20-ci əsrin əvvəllərində isə bizim ərazilərin bir hissəsi hesabına öz dövlətlərini yarada bilmişdilər.
İfrat millətçilik siyasəti yürüdən ermənilər ötən əsrdə Rusiya imperiyasında yaranan inqilabi şəraitlərdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etdirildi. 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri isə yenidən on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını 20 faizini işğal etməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müharibənin dayandırılmasına nail oldu, ölkədə bütün sahələrdə inkişaf və tərəqqi işlərinə başladı. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Onun ölkəmizin inkişafı və tərəqqisi istiqamətində gördüyü işlər Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.
Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən inkişaf və tərəqqi siyasəti öz bəhrəsini verdi. İlk növbədə ölkədə iqtisadi tərəqqi əldə edildi, bu da ordunun gücləndirilməsinə, müasir silahlarla təchiz edilməsinə imkan verdi. Ordumuz dünyanın 50 ən güclü ordularından birinə çevrildi.
Nəhayət ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, “Güclü ordu - güclü dövlət” strategiyasının və «dəmir yumruq» siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq. Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi.
Nəhayət, iki il əvvəl, Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak oldu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu. Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar öz məğlubiyyətlərini etiraf edərək təslim oldular. Azərbaycan Ordusunun əzmi və gücü qarşısında diz çökən separatçılar ağ bayraq qaldırdılar. Artıq bu ərazilərdə yerləşən bütün strateji yüksəklik və məntəqələrdə Azərbaycan bayrağı dalğalanır.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Qazanılan Şanlı Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə əldə edilib. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Allah şəhidlərimizə rəhmət eləsin.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu - Erməni nazir
Bu gün, 12:03
“Xankəndi” qara siyahıya salına bilər - KİV
Bu gün, 12:00
“Cəlilabad Şərab-2”-nin yarım milyon manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 11:58
Azərbaycan İsrailə görə "Avroviziya"da iştirakdan imtina etməyib - AÇIQLAMA
Bu gün, 11:54
FTX azərbaycanlını saxladı: sürücülük vəsiqəsi "satırmış" - İDDİA
Bu gün, 11:51
Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılacaq
Bu gün, 11:47
“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq
Bu gün, 11:46
Azərbaycan və İran ortaq baza yaradır - bu həftə Tehranda...
Bu gün, 11:42
Daha bir məktəbdə pul yığılır – Müavindən özünəməxsus AÇIQLAMA
Bu gün, 11:34
“Bakıda özbaşınalıq davam edir, axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar” - deputat
Bu gün, 11:25
15 ədəd soyuducu, 2 ədəd televizor, 5 ədəd mikrodalğalı soba… – AYNA cehiz yığır?
Bu gün, 11:23
Ermənistanda hamı Stalinin düsturları ilə yaşayır - Paşinyan belə deyir...
Bu gün, 11:16
Göyçayda qadına xəsarət yetirərək 23 min manatı götürüb Rusiyaya qaçan şəxs tutulub - FOTO
Bu gün, 11:06
Pezeşkianın oğluna ABŞ-a getməyə icazə verilmədi
Bu gün, 10:52
“GoldenPay”in (hesab.az) rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:51
Bakıya Vyetnamdan çirkli sudan tutulan balıq gətirilir? - İLGİNC
Bu gün, 10:49
Bir türk prezident də molla rejiminin mahiyyətini dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:47
Dövlət Sərhəd Xidməti bu şirkətdən 3 avtomobil aldı - HƏR BİRİ ÜÇÜN 57 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 10:44
Naxçıvan Dövlət Universiteti rəhybərliyinə RÜŞVƏT İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 10:42
Məsud Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO
Bu gün, 10:25
Erməni katolikos Rusiya liderinin Qarabağdakı “abidələrə” sahib çıxmasını istəyir - Moskvaya nə dəxli?!
Bu gün, 10:23
Nazirimiz NECƏ ARIQLADI: özü deyir ki... - AÇIQLAMA
Bu gün, 10:15
Gömrük postunu ələ keçirmək istəyən və DTX-nin həbs etdiyi cinayətkar qrup üzvlərinin məhkəməsi başlayıb
Bu gün, 10:11
Vətən müharibəsindəki Şanlı Qələbəmiz - MƏQALƏ
Bu gün, 10:06
Ölkəmizin şanlı tarixi - İsrafil Kərimovun yazısı
Bu gün, 10:05
Rektorun tender əməliyyatları – BDU bir şirkətə gah invertar, gah da təmir işləri sifariş verir
Bu gün, 09:56
Tikinti şirkətinin direktoru payçının 25 faizini əlindən alıb - ÖZBAŞINALIQ...
Bu gün, 09:51
Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlı QƏRAR
Bu gün, 09:44
Bilmək olmur... məmurdur, ya biznesmen? - İTTİHAM VAR...
Bu gün, 09:38
Bakıda tanınmış iş adamının ailə üzvləri ilə bağlı cinayət işi: istintaq davam edir - TƏFƏRRÜAT
Bu gün, 09:31
Simonyan Bakıda onların azad olunmasını xahiş edib - SİYAHI
Bu gün, 09:25
Erməni əsgərinin Qarabağda nə işi var idi? - Ermənistan Baş nazirindən HAQLI SUALLAR...
Bu gün, 09:19
Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı
Bu gün, 09:16
Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto
Bu gün, 09:12
Azərbaycan Rusiyaya qarpız satışını - 2,6 dəfə ARTIRIB
Bu gün, 08:59
Trampın adamından qorxunc xəbərdarlıq: Azərbaycana təhlükə? - Görünəni odur ki...
Bu gün, 08:52
Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq - FT
Bu gün, 08:29
Bakının son şərti referendumsuz reallaşa bilər - GƏLİŞMƏ
Bu gün, 08:27
“Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir” - AKTUAL
Bu gün, 07:48
Parisin İrəvana istənilən yardımı faydasızdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:46
"Softline Solution”un vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:44
Xırdalan taksisi Bakıya buraxılmayacaq - “Yəqin gəlib “bazara” girirlər”
Bu gün, 07:42
Elə tək ağıllı Paşinyanın özüdür... - ŞƏRH
Bu gün, 07:39
Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası - AUDİO
Bu gün, 07:24
6 saylı cəzaçəkmə müəssisəsinin rəisi İTTİHAM OLUNUR - MÜRACİƏT
Bu gün, 07:22
Vətəndaş İlqar Abbasovun umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 07:19
“Aslanoğulları”nın Azərbaycandakı filialının vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:07
Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz
Bu gün, 07:06
Britaniyadan Rusiyaya xəbərdarlıq - Birbaşa qarşıdurma ola bilər
Bu gün, 07:04
200 minlik şirkət DVX-nin "qara siyahı"sında - “GNI Software” qanunvericiliyi pozub
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru