“Softline Solution” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu aşkarlanıb.
32gun.az xəbər verir ki, şirkətin 58.921,7 manat məbləğində vergi borcu var. Məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən açıqlanıb.
Şirkət AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 43 ünvanında qeydiyyatdan keçib. Nizamnamə kapitalı 1.000 manat, qanuni təmsilçisi isə Yekaterina Sergeevadır.