Əsas Səhifə > Güney Press > Pezeşkian ABŞ-a gedir
Pezeşkian ABŞ-a gedirBu gün, 14:43 |
İran Prezidenti Məsud Pezeşkian gələn həftə BMT iclası üçün Nyu-Yorka səfər edəcək. Globalinfo.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb. Pezeşkianın siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin açıqlamasına görə, dövlət başçısı çərşənbə axşamı Nyu-Yorka yola düşəcək. O, çərşənbə günü səhər BMT Baş Assambleyasında çıxış edəcək. Səfər çərçivəsində müxtəlif ölkələrin liderləri və BMT-nin Baş katibi ilə görüşlər keçirəcək, həmçinin beyin mərkəzləri, assosiasiyalar və ABŞ-da yaşayan iranlılarla bir araya gələcək. Geri qayıt |