Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun bahalı saatı gündəm olub.
Yeniavaz.com xəbər verir ki, 17 yaşlı Adamın fotosunu bacısı Tabarik “İnstaqram” hesabında dərc edib.
Yayılan fotoda Kadırovun oğlunun sol əlinədə Amerikanın “Jacob & Co” şirkətinin “Epic SF24” seriyalı saatı görünür.
Sözügedən saatın qiyməti 496 min 715 dollardır (845 min 415 manat).
Saat 18 karat ağ qızıldan hazırlanıb və korpusu 104 brilyantla bəzədilib. “Epic SF24” seriyasından cəmi 18 nüsxə buraxılıb. Hazırda bu saatların hamısı satılıb.
Foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, 17 yaşlı Adam Kadırov Çeçenistan rəhbərinin köməkçisidir. 2023-cü ilin noyabrından o, həm də Respublika Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur və Çeçenistan rəhbərinin Mühafizə Xidmətinə rəhbərlik edir.
Adam Kadırov bir çox mükafatlara layiq görülüb. 2023-cü ilin oktyabrında o, “Çeçenistan Respublikasının Qəhrəmanı” adını alıb, 2024-cü ilin avqustunda isə ona ən yüksək regional mükafat olan “Kadırov ordeni” təqdim olunub.