Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                 

Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Tarix: Bu gün, 20:12 | Çap et

Köçkün olmasam da, Qarabağlıyam. Ancaq, bu qaçqınlar, məcburi köçkünlər söhbətinə qarışmaq istəmirdim. Tək ona görə yox ki, bu, çox aşağı səviyyəli mübahisədir. Həm də ona görə ki, bu mövzu qəsdən ortaya atılıb.

Baxın, The İnsider resursuna baxın. Həmin resursun araşdırması göstərir: Azərbaycanı içəridən sarsıtmaq üçün Rusiya büdcəsindən 100 milyon dollar xərclənib. Xoşbəxtlikdən hamısı öz təyinatı üzrə xərclənməyib.

Bu, hələ tək Rusiya barədə olan faktdır, üzə çıxıb. Başqalarının Azərbaycanda gördüyü qara-qura işlər haqqında da üzə çıxan, üzə çıxmayan xeyli faktlar var. Bunun İranı var, Amerikası var, Avropası var..

Yüz milyonlarla pul Azərbaycanı içindən yeyən qurdlara elə-belə xərclənmir ki. Onlara mövzu da verilir, bu adamlar yönləndirilir. Əsas silah kimi də daxili konflikt potensialını görürlər. İllah da əgər işin başında xarici kəşfiyyat zabitləri dayanlbsa...

Baxırlar, görürlər, hakimiyyət güclüdür, monolitdir, ona girişə bilmirlər, ona görə də cəmiyyəti silkələyirlər, onun bir hissəsini o biri hissəyə qaldırmağa çalışırlar. Bu məqsədlə ortaya bir tezis atırlar, bir çox adam bilərəkdən, bir çoxları da bilməyərəkdən bu oyuna gəlir, tələyə düşənlər çox olur.

Bir sözlə, xarici kəşfiyyatların başqa ölkələrdə daxili təxribat planları və fantaziyaları tükənmir.

Azərbaycana qoşun yeritməyəcəklər ki! Daxildən sarsıtmaq, iç qarşıdurması yaratmaq daha ucuz və göründüyü kimi, asan başa gəlir. Məsələn, "köçkünlər öz evlərinə qayıtmaq istəmir" deyə bir tezisi dövriyyəyə buraxırsan, durursan qıraqda. Millət bir-birinə girişir.

Çox uzatmaq istəmirəm. Çünki bu cür məsələlər uzandıqca uzanır, o barədə nə qədər çox danışılırsa, mövzu böyüyür, auditoriyası genişlənir. Elə məsələlər var, onlar haqqında susmaq da olmaz, amma qədərindın çox danışmaq da zərər verir. Ona görə də mümkün qədər qısaca bir neçə fikrimi yazacam.

Əvvəla, məcburi köçkünlərin öz evlərinə köçürülməsinin mən də tərəfdarıyam. Ancaq öz evlərinə köçürülməsindən söhbət gedir. Doğrudur, Qarabağda, Şərqi Zəngəzurda yaşayış binalarını da, fərdi evləri də dövlət tikib verir. Məncə, bu yanaşma yarımçıqdır. Camaata öz evlərini tikməyə imkan vermək lazımdır, bir az da yardım etmək şərtilə.

Bu haqda daha əvvəl də yazmışam.

İkincisi, Qarabağ təkcə Qarabağlıların olmadığına görə, təkcə Qarabağlılar üçün də deyil; kim istəsə, gedib yaşaya bilər. İnsanlar yaşayış yeri seçməkdə sərbəstdir. Rayonlardan Bakıya axışıb gələnlər də təkcə Qarabağlılar deyil. Əgər Qarabağda ev varsa, iş varsa, şərait varsa, hamı gedə bilər. Bunlar hələ yoxdursa, ya da tam yoxdursa, Qarabağlılar gedib harda yaşayacaq?! Evlərinin xarabalığında?!

Artıq məndən əvvəl başqalarının da yazdığı kimi, öz kəndinə icazə ilə gedən adama necə deyə bilərsiniz ki, yığışın, çıxın gedin. Vallah-billah, gedə bilsə, çoxdan gedərdi, yaşamağa şərait olsaydı, gedib yaşayardı. Köçkün olmasam da, mən özüm də gedib yaşayaram.

Üçüncüsü, bir və ya bir neçə nəfərə görə, hamını bir arşınla ölçmək olmaz. Toplumda hər cür adam var. Elə adamlar var, ölkənin müxtəlif bölgələrindən gəlib, onillərlə Bakıda yaşayıb, indi o adama desən: "Çıx, get, kəndində yaşa". Deyər, özüm bilərəm, istərəm gedərəm, istərəm yox. O cür insanlar Qarabağlılar arasında da var. Özlərinə görə haqlı səbəbləri var. Üstəlik yaşayış yeri seçmək Konstitusiya ilə hər bir vətəndaşa verilmiş azadlıqdır. Qarabağlı da otuz-otuz beş il qabaq elindən, evindən çıxmağa məcbur olub. Vətəndaşlıqdan ki çıxmayıb. Yaxud çıxarılmayıb. Yəni işin bir emosional tərəfi olduğu kimi, bir də rasional tərəfi var. Məgər ölkənin bir yerindən başqa yerinə köçmək zorunda qalan təkcə Qarabağlılardır?! Yox! Ən azı ötən əsri götürün. İnsanlar siyasi və təbii fəlakətlər üzündən öz ev-eşiyini tərk edib, başqa bölgələrə köçməyibmi?! Zaqatalada nə qədər Qarabağlı var, bilirsiniz?! Ya Ağcabədidə nə qədər Ucarlı var, Cəlilabadda Yardımlının nə qədər keçmiş sakini var. Eləcə də, Ordubadda vaxtilə nə qədər Qazaxlı məskunlaşıb. Hələ mən Sumqayıta Qubadlıdan, Laçından, Lerikdən və sair gələnləri demirəm. Salyana, bütövlükdə Arana nə qədər Şamaxılı zəlzələdən pənah aparıb, xəbəriniz var yəqin. tarixən Kür daşqınlarından qaçıb Masallıya sığınan nə qədər Muğanlı var, o da bir başqa məsələ.

Tarixi dərinliklərə çox da enməyək. Elə yaxın dövrə baxaq. İllər əvvəl məcburi köçkünlərin məskunlaşdığı yataqxanada bir nəfərdən soruşdum: "Qarabağın harasından gəlmisiniz?" Cavabında: "Qardaş, mən Ağdaş qaçqınıyam, -dedi və acı-acı güldü. Yəni Ağdaş şəhərində iş-güc, dolanışıq tapa bilməyib, qurulu evinin qapısını qıfıllayıb, gəlib Bakı şəhərində Universitet diplomu ilə... fəhləlik edir. İndi ona: "Çıx, get, Ağdaşa" deyək?! Yox, deyə bilmərik. Çünki həyat şərtləri insanları öz yaşayış yerini dəyişməyə məcbur edir. O da ola, torpağı otuz ilə yaxın işğal altında qalmış, evi, yurdu darmadağın edilmiş köçkün. Yenə, heç olmasa, bu kişinin Ağdaşda bir evi var, bəs o Ağdamlının evinin xarabalığından başqa öz kəndində, ya lap o Ağdam şəhərində nəyi var?! "Qayıtsın" deyirsiniz, qayıtsın da, hara qayıtsın?! Necə qayıtsın?!

Ora minalardan təmizlənməlidir, pay torpaqları o bölgənin sakinləri - keçmiş məcburi köçkünlər arasında bölünməlidir, orada infrastrukturun qurulması tam başa çatmalıdır. İşləməyə yer olmalıdır ki, yaşaya biləsən, yaşamağa yer olmalıdır ki, işləyə biləsən. "Qayıdın" deməyə nə var.

Bunlar hamısı öz yerində. Gələk, Bakıda, ya Sumqayıtda, varsa, Gəncədə, başqa şəhərlərdə insanların qanuni mülkiyyəti olan mənzillərə yerləşib, çıxmayan köçkünlərə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində həmin şəxslərin uçotu aparılıbsa, birinci o adamlar dövlətin tikdiyi binalara, evlərə köçürülməliydi və köçürülməlidir. Məcburi köçkün olmaq başqasının mənzilinə, evinə çökmək hüququ vermir. Dövlət var, gücü də var, məcburi köçkünləri yerləşdirə bilir, zamanla bu işi görür.

Bu zəmində qarşıdurma yaratmaq, müxtəlif bölgələrin camaatını bir-birinə qarşı qaldırmaq çox təhlükəli bir əməldir, əslində bu, qanunla cəzalandırıla da bilər. Azərbaycan cəmiyyətini içəridən sarsıtmağın da adı düşmənçilikdir. Düşmən - düşməndir, nə fərqi var, o, sənin dövlətinə, xalqına xaricdən hücum edir, ya daxildən. Hər ikisi cəmiyyəti parçalamaq, dövləti sarsıtmaq məqsədi daşıyırsa, mahiyyətcə eynidir.

O ki qaldı, kim vuruşub, kim vuruşmayıb, məncə, oraları heç tərpətməyək. Sadəcə, şəhidlərin ruhundan, qazilərdən ayıbdır. Danışmırıqsa, bu, o demək deyil ki, deməyə sözümüz yoxdur...

 Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Bu gün, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bu gün, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Bu gün, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Bu gün, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Bu gün, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Bu gün, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Bu gün, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Bu gün, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Bu gün, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Bu gün, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Bu gün, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Bu gün, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Bu gün, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Bu gün, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Bu gün, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Bu gün, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Bu gün, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Bu gün, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Bu gün, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Bu gün, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Bu gün, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Bu gün, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Bu gün, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Bu gün, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru