Cəlilabad Rayon İcra Hakimiyyəti şəhərdə yolların əsaslı təmiri üzrə tender keçirib.
32gun.az xəbər verir ki, müsabiqənin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub. Tərəflər arasında 157 min 609,27 manatlıq müqavilə bağlanması nəzərdə tutulur.
Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbəri Rafiq Cəlilovdur.
Qalib şirkətin nizamnamə kapitalı 1,6 manat, qanuni təmsilçisi isə Zaur Abiyev Niyaz oğludur.