“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” .....                     Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu .....                     Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... .....                     1,6 manatlıq "tender kralı"na daha bir sifariş .....                     Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi .....                     Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi .....                     Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib .....                     "Əli Mirəliyev nə vaxt düzələcək?" .....                     BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır .....                     İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir .....                     “Putinin ittifaqı”na daha bir üzv qoşulur? .....                     Çində mühüm mərhələyə çatdıq .....                     Milli Məclis sürücüləri çətin duruma salıb .....                     Daha 1 550 ailə Qarabağa köçürülür .....                     Bir fotonun analizi .....                     Paşinyan Akopyanla birgə Pekinə getdi .....                     “Azərbaycan Başkəndi Ermənistana verə bilməz” .....                     Nazirliyin strukturunda dəyişiklik edildi .....                     "Azəripək" auditor seçir .....                     Rasim İldırımzadə məhkəmədə .....                     "Dövlətin verdiyi ərzaqları evinə aparır..." .....                     Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi .....                     Həbsdə olan keçmiş direktor yenidən məhkəmə qarşısında .....                     Naxçıvanda TARİX YAZIRLAR: Müəllim demədiyi sözə görə məhkəməyə verildi .....                     Keçmiş sovet ölkələri sürətlə Rusiyadan uzaqlaşmağa məcburdur .....                     Paşinyanın oğlu Milli Qalereyanın rəhbərliyinə işlə bağlı müraciət edib .....                     Bu bank rəsmən millətin QƏSDİNƏ DURUB... .....                     İcra başçıları sosial şəbəkələrdə: kim fəaldır, kim zəif? .....                     Sabiq məmurun oğlu və digərlərinin işi Ali Məhkəmədə .....                     Rusiyadan Ermənistana sərt xəbərdarlıq: .....                     Bakı Moskvaya qarşı “əjdaha qalxanı”nı götürdü .....                     Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub .....                     “Yelo Bank” səhmdarlarını yığıncağa çağırır .....                     Nazirlər Kabinetinin vəzifəli şəxsi vəfat etdi .....                     Olavio Juninyo yenidən "Qarabağ"da .....                     16 il iş almışdı, həbsdə də cinayət törətdi... .....                     İcra hakimiyyətlərinin ləğvi gündəmdə .....                     Uzun növbələr, yorucu prosedurlar... “gedin ölün!” .....                     AQTA-nın Tovuzdakı işçiləri NƏ İŞ GÖRÜR? .....                     Ruslar niyə GERİ ZƏKALIDIR? .....                 

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 04:13 | Çap et

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da Çinə işgüzar səfərə gəlib. Ölkə başçısı Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində Qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirak edib.
Qeyd edilməlidir ki, sentyabrın 1-də Çin Xalq Respublikasının Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “ŞƏT plyus” formatında keçirilən görüşünə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada keçirilən ŞƏT-in Zirvə görüşlərində olduğu kimi bu görüşdə də Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Azərbaycanın belə mötəbər təşkilatın sammitinə üçüncü dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında artan nüfuzunun və göstərilən yüksək etimadın ifadəsidir.
2001-ci ildə Şanxayda 6 ölkə - Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis edilən təşkilata hazırda 10 ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan tamhüquqlu iştirakçı kimi daxıldir. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.
ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir.
Üzv ölkələr arasında qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, bütün sahələr üzrə səmərəli əməkdaşlıq, sülh, təhlükəsizlik naminə birgə səylərin göstərilməsi, beynəlxalq səviyyəli yeni siyasi və iqtisadi platformanın yaradılması ŞƏT-in qarşısında duran vacib məsələlərdəndir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Memorandumda terrorizm, ekstremizm və separatizm ilə mübarizə məsələləri öz əksini tapıb ki, bu da ölkəmizin maraqlarına tam uyğundur. Azərbaycan lideri bu samitin verdiyi imkanlardan istifadə edərək regionda yaranan yeni reallıqları diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşləri oldu. Ölkə başçısı həmçinin Tiencin şəhərində "China Energy Engineering Corporation Limited" ("Energy China") şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen, "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ, "CETC" (“China Electronics Technology Group Corporation”) korporasiyasının baş direktoru Cu Pen və "CCCC" (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşlər keçirib. Bu görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri, o cümlədən ölkəmizlə iqtisadi əlaqələrin yaradılması və genişləndirilməsinə böyük maraq göstərən şirkətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.
Sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib və Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Öz çıxışında Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayıran ölkə başçısı qeyd edib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Son iki ildə iki dövlət arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. 2024-cü il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələri quruldu. Bu il Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb: “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.
Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq”.
Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradılır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Hazırda Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
Ölkə başçısı qeyd edib ki, “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.”
Çıxışının sonunda Prezident İlham Əliyev yaxın gələcəkdə Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcəyinə əminliyini bildirib. Bu da ğz növbəsində bölgədə sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcəkdir.
Təbii ki, bütün bunlar dünyada uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevin düşünülmüş düzgün xarici siyasətinin nəticəsidir. Dövlətimizin başçısının mötəbər tədbirlərə dəvət edilməsi təkcə ölkəmizin Şərq ilə Qərb arasında tutduğu vacib coğrafi mövqeyindən irəli gəlmir, həm də bilavasitə Prezident İlham Əliyevin nüfuzu və siyasi uzaqgörənliyi ilə bağlıdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
Bu gün, 15:30
Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu - NƏ BAŞ VERİR?
Bu gün, 15:27
Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... - TƏFƏRRÜAT
Bu gün, 15:25
1,6 manatlıq "tender kralı"na daha bir sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:20
Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi - ƏMR
Bu gün, 15:17
Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi - SİYAHI
Bu gün, 13:22
Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib - ƏMR
Bu gün, 13:21
"Əli Mirəliyev nə vaxt düzələcək?"
Bu gün, 13:16
BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır - AÇIQLAMA
Bu gün, 13:14
İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir - İcazə verin, şübhələnək...
Bu gün, 12:09
“Putinin ittifaqı”na daha bir üzv qoşulur? - Ölkənin adı MƏLUMDUR
Bu gün, 12:05
Çində mühüm mərhələyə çatdıq - Mirzoyan
Bu gün, 11:56
Milli Məclis sürücüləri çətin duruma salıb - DEPUTATLAR OXUMADIĞI LAYİHƏYƏ SƏS VERİB
Bu gün, 11:49
Daha 1 550 ailə Qarabağa köçürülür – “Qaçqınkom” 1,3 milyon manat ayırdı
Bu gün, 11:42
Bir fotonun analizi - AKTUAL
Bu gün, 11:40
Paşinyan Akopyanla birgə Pekinə getdi - Parada görə
Bu gün, 11:38
“Azərbaycan Başkəndi Ermənistana verə bilməz” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:35
Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar
Bu gün, 11:32
"Azəripək" auditor seçir
Bu gün, 11:11
Rasim İldırımzadə məhkəmədə prokurorun suallarını cavablandıra bilmədi
Bu gün, 11:08
"Dövlətin verdiyi ərzaqları evinə aparır..." - VİDEO
Bu gün, 11:00
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 10:53
Həbsdə olan keçmiş direktor yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:49
Naxçıvanda TARİX YAZIRLAR: Müəllim demədiyi sözə görə məhkəməyə verildi - Bu harasıdır: Hakim də işi İCRAATA GÖTÜRÜB...
Bu gün, 10:43
Keçmiş sovet ölkələri sürətlə Rusiyadan uzaqlaşmağa məcburdur - ÇÜNKİ...
Bu gün, 10:38
Paşinyanın oğlu Milli Qalereyanın rəhbərliyinə işlə bağlı müraciət edib - KİV
Bu gün, 10:35
Bu bank rəsmən millətin QƏSDİNƏ DURUB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:34
İcra başçıları sosial şəbəkələrdə: kim fəaldır, kim zəif? - ARAŞDIRMA
Bu gün, 10:17
Sabiq məmurun oğlu və digərlərinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:13
Rusiyadan Ermənistana sərt xəbərdarlıq: - Cavabsız qalmayacaqsınız
Bu gün, 10:11
Bakı Moskvaya qarşı “əjdaha qalxanı”nı götürdü – Rusiya təzyiq etsə…
Bu gün, 10:09
Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub - Paşinyandan İLGİNC ETİRAF
Bu gün, 10:02
“Yelo Bank” səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:44
Nazirlər Kabinetinin vəzifəli şəxsi vəfat etdi - FOTO
Bu gün, 09:41
Olavio Juninyo yenidən "Qarabağ"da - YAXIN SAATLARDA...
Bu gün, 09:38
16 il iş almışdı, həbsdə də cinayət törətdi... - TƏFƏRRÜAT
Bu gün, 09:36
İcra hakimiyyətlərinin ləğvi gündəmdə - NƏ BAŞ VERİR?
Bu gün, 09:34
Uzun növbələr, yorucu prosedurlar... “gedin ölün!” - Tanınmış naşir İTS-ni tənqid etdi
Bu gün, 09:18
AQTA-nın Tovuzdakı işçiləri NƏ İŞ GÖRÜR? - NARAZILIQ VAR...
Bu gün, 09:13
Ruslar niyə GERİ ZƏKALIDIR? - İŞ TƏQVİMDƏ DEYİL...
Bu gün, 09:01
Rusiyanın 10 noyabr üçtərəfli bəyanatından yapışmasının sirri - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Azərbaycan-Çin ortaqlığı Hindistanın Güney Qafqaz maraqlarına qarşı... - Görünəni odur ki...
Bu gün, 08:56
Naxçıvanda əsgərimiz İNTİHAR ETDİ - BORCA GÖRƏ...
Bu gün, 08:50
Bərdədə polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kq narkotik aşkarlayıb
Bu gün, 08:47
İcra başçısı qanunsuz olaraq `SÖK` dedi... indi camaat ortalıqda qalıb... - AXI NİYƏ?
Bu gün, 08:46
KONTAKT HOME bu dəfə jurnalistlə ÜZ-ÜZƏ... - Əsassız faiz ittihamı...
Bu gün, 08:39
Kərəm Mustafayevin qızlarının da BİZNESİ BATDI - İLGİNC
Bu gün, 08:36
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə niyə veto qoydu? – 5 səbəb
Bu gün, 08:31
Xocavəndin Quzeyxırman kəndində 60 ədəd fərdi yaşayış evinin təmiri işlərinə 3.6 milyon sərf ediləcək
Bu gün, 08:25
Kəlbəcər RİH kürd əsilli iş adamından imtina etdi: ONU QARABAĞA KİM GƏTİRİB? - İLGİNC FAKTLAR...
Bu gün, 08:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru