“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib .....                     Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş .....                     Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib .....                     Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? .....                     “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” .....                     Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri .....                     “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... .....                     Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək .....                     "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün .....                     İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu .....                     İran telekanalı Pezeşkianı ələ saldı .....                     Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     Moskva Paşinyanı küncə sıxdı .....                     Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                     Ukraynanın taleyi ABŞ-nin masasındadır .....                     Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... .....                     Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var .....                     Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə .....                     Tofiq Cəfərli vəzifəsindən azad edildi .....                     Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                     "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." .....                     “Bu pulu vermək bizi yandırır” .....                     "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." .....                     "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib .....                     Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib .....                     "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                     Baş nazir millətinə reallıqları çatdırır .....                     Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır .....                     “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” .....                     ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib .....                     Xalq artisti yatağa düşdü .....                     “Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır .....                     “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... .....                     7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... .....                 

Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Tarix: Bu gün, 12:15 | Çap et

Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşə hazırdır. Lakin Rusiya buna razılıq verməzsə, ABŞ-dən sərt reaksiya olmalıdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib. Zelenski vurğulayıb ki, o, ikitərəfli görüşə dərhal cavab verib: "Biz hazırıq. Bəs ruslar hazır deyilsə, necə? Avropalılar bu məsələni qaldırdılar. Əgər ruslar hazır deyilsə, o zaman biz ABŞ-dən buna sərt reaksiya görmək istərdik". O qeyd edib ki, ABŞ-nin mövqeyinə görə Vladimir Putin əvvəlcə onunla ikitərəfli görüşə, daha sonra isə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşə razılıq verməlidir. Zelenskinin fikrincə, görüşün neytral Avropada keçirilməsi daha ədalətli olardı:
“Moskvada görüş ola bilməz. Avropa liderləri də bunu dəstəkləyir, çünki Ukraynada və Avropa qitəsində müharibə gedir. Ukrayna ruslarla, məsələn, İsveçrədə, Avstriyada, Türkiyədə görüşə qarşı deyil, lakin Moskvada qətiyyətlə yox. Budapeştə gəlincə, bu, mübahisəli və çətin məsələdir, çünki Budapeşt Ukraynanın dəstəklənməsinə qarşı çıxırdı”. Zelenski bir sıra dövlətlərin Ukraynaya hərbi qüvvələr göndərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Kiyev ABŞ Prezidenti Donald Trampdan Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak edə biləcəyi haqda siqnal alıb və bu, digər dövlətlərin də bu prosesə qoşulmasına imkan yaradır. O qeyd edib ki, Vaşinqtondakı görüşdən əvvəl ABŞ təhlükəsizlik təminatçılarından biri olmayıb, indi isə artıq onların bu prosesə qoşulmağa hazır olduqlarına dair bəyanatları var: "Fikrimcə, bu, əsas çətinliklərdən biri idi. Çünki ABŞ Ukraynanın təhlükəsizlik təminatlarında koordinatorluq etmədiyi halda, avropalı həmkarlarımda bir qədər qeyri-müəyyənlik vardı". Onun sözlərinə görə, bu gün ABŞ-dən, Trampdan və onun komandasından Ukraynanın təhlükəsizlik təminatlarında iştirak etməyə hazır olduqlarına dair müsbət siqnallardan sonra avropalılar daha da ürəklənib: "Bu, başqa ölkələrin də buna qoşulmağa hazır olduqlarını təsdiq etmələri üçün fürsət yaradır. Hazırda əsas ölkələrin baş qərargahları artıq nə etməyə hazır olduqlarını müzakirə etməyə başlayıblar və əvvəllər ortada olmayan bəzi ölkələr artıq görünməyə başlayacaq". Zelenski bildirib ki, hazırda nə qədər ölkənin Ukraynaya silahlı qüvvə göndərməyə hazır olduğu hələlik məlum deyil. Onun sözlərinə görə, vacib olan budur ki, Ukraynaya təhlükəsizlik təminatları verməyə hazır olan ölkələr var - o cümlədən Yaponiya və Avstraliya". Prezident əlavə edib ki, Ukrayna təhlükəsizlik zəmanətlərinin təminatında Çinin iştirak etməsindən imtina edib: "İlk növbədə, Çin bu müharibəni dayandırmaq üçün bizə kömək etməyib. İkincisi, Çin dron bazarını açmaqla Rusiyaya dəstək göstərib. Bizə Ukraynanın ehtiyacı olduğu vaxtda ona yardım etməyən qarantlar lazım deyil".
 
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Sherg.az-a deyib ki, bu gün Zelenskini özünün gələcəyindən daha çox Ukraynanın gələcəyi narahat edir. Ekspert vurğulayıb ki, Qərbin, Avropa və ABŞ-nin Rusiya ilə müzakirə etdiyi mövzu da məhz Ukraynanın aqibəti ilə bağlıdır:
"Beynəlxalq aləmdə ən birinci mövzu Rusiya-Ukrayna müharibəsidir. Rusiya rəhbəri V.Putinlə ABŞ Prezidenti D.Trampın Alyaskada keçirdiyi görüş və ondan sonra Ukrayna Arezidenti V.Zelenski ilə Avropa liderlərinin Ağ Evdə bir araya gəlməsi bu mövzunu yenidən aktuallaşdırıb. Öncə onu qeyd edim ki, D.Trampın Rusiya rəhbərini ölkəsinə dəvət edərək onunla görüşü, ardınca Zelenski və Avropa liderlərini qəbul etməsi ABŞ-nin fövqəldövlət olmasından xəbər verir. Ukrayna tərəfinin maksimum dərəcədə çalışdığı NATO çərçivəsində təhlükəsizlik təminatları almaq idi. Ancaq bu, reallaşmadı. Əgər reallaşsaydı, həmin görüşdə Türkiyə Prezidenti R.T.Ərdoğan da iştirak edəcəkdi. NATO-da əsas söz sahiblərindən biri Türkiyədir. Düzdür, görüşdən sonra amerikalı rəsmilərlə Türkiyə rəsmiləri arasında telefon danışıqları oldu. Ancaq bunlar məlumatlandırma xarakterli təmaslar idi. Hazırda söhbət "ərazi mübadiləsi"ndən və təhlükəsizlik təminatından gedir. Halbuki, Zelenski bundan öncə "ərazi mübadiləsi"ni qəti şəkildə rədd edirdi. Təhlükəsizlik təminatının da yalnız və yalnız Ukraynanın ərazi bütövlüyü çərçivəsində, Rusiya ordusunun tutduğu ərazilərdən çıxması şərti ilə müzakirəsinə razılıq verirdi. Görünən odur ki, vəziyyət dəyişib. Əvvəllər beynəlxalq aləmdə belə bir fikir ortaya atılmışdı ki, Rusiyanı dayandıracaq yeganə güc Çindir. Amma bu gün Çin bu prosesdə yoxdur. Alyaska görüşündən sonra V.Putin də müttəfiqi Çin lideri ilə telefon əlaqəsi saxlamadı. Halbuki, ABŞ prezidenti görüşdən sonra dərhal sonra bütün müttəfiqləri ilə müzakirələr apardı. Bu da ondan xəbər verir ki, ABŞ lideri bu məsələdə Putinə təzyiq göstərməyə çalışır".
 
X.Bəşirov qeyd edib ki, Tramp ötən gün xüsusi vurğuladı ki, Putin Ukrayna ilə bağlı məsələləri başqa ölkələrlə deyil, hələlik ABŞ ilə, gələcəkdə isə rəsmi Kiyevlə müzakirə etməlidir:
"Bu, Trampın konkret tələbidir. Rusiyanın müəyyən güzəştlərə getdiyini, yaxud gedəcəyini söyləmək olar. ABŞ bu problemi həll etməyə tələsir, çünki Trampı narahat edən əsas məsələ - Çin və İrandır. Çünki Yaxın Şərqdə baş verən prosesləri ABŞ məhz bu iki dövlətin müdaxilələri səbəbindən öz xeyrinə həll edə bilmir. Ukrayna məsələsində ABŞ-nin özünün xüsusi tələbi, istəyi yoxdur. ABŞ artıq minerallarla bağlı istəyinə nail olub, müqavilə bağlayıb. Xatırlayırsız, vaxtı ilə Zelenskini "seçkisiz diktator" adlandırırdı, maliyyə yardımlarını geri tələb edirdi. Artıq bu məsələlər gündəmdən çıxıb. İndi Ukraynadan ərazilərini güzəştə getməsi tələb olunur. D.Tramp çox güclü danışıqlar aparmaq qabiliyyətinə sahibdir, güclü mediatordur. Tramp görüşlərdə simvollardan istifadə edir, subliminal mesajlar verir. ABŞ lideri Ukrayna məsələsinə "əmlak danışıqları" kimi yanaşır. 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqını Barak Obamanın üzərinə yıxır, onun uğursuz addımı kimi təqdim edirdi. İndi özü Ukraynadan ərazi güzəştləri tələb edir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39
Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17
Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11
“Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46
"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41
İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11
Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01
Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru