“Ermənistan Avropa İttifaqına yox, türk dünyasına daxil olacaq”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Baş verənlər söyləməyə əsas verir ki, regionda cərəyan edən hadisələrin məntiqi nəticəsi Ermənistanı Avropa İttifaqına yox, türk dünyasına aparacaq. Zəngəzur dəhlizi bütün bunların baş verməli olduğu arteriya olmalıdır. Hətta belə deyək, ermənilərin gözü artıq türk dünyasının bir parçası olduğumuza alışmalıdır. Məhz buna görə də bu dəhliz işləməlidir”, - ekspert bildirib.