ABŞ İrana qarşı hücumlarını bu gecə də davam etdirib.
Yeniavaz.com xəbər verir ki, “Axios”un ölkənin rəsmilərinə istinadən verdiyi məlumata görə, münaqişənin yenidən qızışmasından sonra ABŞ ilk dəfə İrana hücum etmək üçün B-1 uzunmənzilli bombardmançı təyyarədən istifadə edib.
“Bu, on iki gün əvvəl münaqişənin yenidən başlamasından bəri hücumların əhəmiyyətli dərəcədə artması deməkdir”, - nəşr yazır.
Bildirilib ki, B-1 təyyarəsi öz missiyasına Birləşmiş Krallıqdakı bazadan başlayıb.
Qeyd olunub ki, onun hərəkətləri təyyarə izləmə veb saytlarında onlayn izlənilsə də, dəqiq hədəfini müəyyənləşdirmək mümkün olmayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İrana qarşı gecə zərbələri ilə bağlı açıqlamasında B-1 qırıcısından bəhs etməyib.














