Xocavəndin Xanoba kəndində fərdi evlərin bərpası üçün tenderə yekun vurulub.
FED.az xəbər verir ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xanoba kəndində fərdi yaşayış evlərinin təmiri ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Qalib şirkət olaraq “Elmi Bərpa İstehsalat” MMC (VÖEN: 2304060671) müəyyən edilib.
Müqaviləyə əsasən, ümumi sahəsi 5 217,3 kvadratmetr olan 31 fərdi evin təmiri həyata keçiriləcək. Layihənin ümumi dəyəri 1 815 611 manat təşkil edir.
Qeyd edək ki, “Elmi Bərpa İstehsalat” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rauf Quliyev Məhəddin oğludur. Hüquqi ünvanı AZ2011, Gəncə şəhəri, Dədə Qorqud, ev 7A, m.19 ünvanında yerləşir.