2024/25-ci tədris ilində Azərbaycanda ali tәhsil müәssisәlәrindә tәhsil alan xarici vәtәndaşların sayı 7 min 472 nəfər olub.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumata istinadən xəbər verir ki, son bir ildə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 792 nəfər artıb.
Qeyd edək ki, əcnəbi tələbələr arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir. Azərbaycanda təhsil alan əcnəbi tələbələrin 46,5%-i və ya 3 min 477 nəfəri Türkiyə vətəndaşı olub.
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin ölkələr üzrə siyahısı aşağıdakı kimi olub:
Türkiyə – 3 477;
İran – 942;
Rusiya – 794;
Gürcüstan – 668;
Hindistan – 305;
Pakistan – 180;
Suriya – 148;
Türkmənistan – 107;
Nigeriya – 94;
Qazaxıstan – 80;
Çin – 58;
Ukrayna – 57;
İraq – 53;
Əfqanıstan – 434
Özbəkistan – 38;
Sudan – 35;
Misir – 29;
Yəmən – 29;
İordaniya – 28;
Qırğızıstan – 16;
Belarus – 8;
İsrail – 6;
Digər ölkələr – 276.