Ermənistan və Hindistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Subramanyam Cayşankar hindistanlı tələbələrin təxliyəsi məsələsini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində yazıb.
"Ermənistan və Hindistanın xarici işlər nazirləri hindistanlı tələbələrin İrandan Ermənistan ərazisi ilə təxliyəsi imkanını müzakirə ediblər. Ermənistan müvafiq yardım göstərib", - o bildirib.
“Hindustan Times” qəzeti Hindistan XİN-ə istinadən xəbər verib ki, Tehranda olan hindistanlı tələbələr şəhərdən çıxarılıb.