Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyi ilə bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyi gözlənilir.
Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan mətbuatın bununla bağlı sorğusunu cavablandırmaqdan yayınıb. “Baş nazirin səfərləri ilə bağlı lazımi məlumat lazımi vaxtda verilir”, - o deyib.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Paşinyanın Türkiyəyə səfər edəcəyini inkar etməyib, lakin gündəmin nədən ibarət olacağı məlum deyil. Paşinyanın mümkün səfəri ilə bağlı Türkiyə tərəfdən də məlumat yoxdur.