“Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi” publik hüquqi şəxsinQuba rayonunda 70 yerlik Uşaq Reabilitasiya Mərkəzinin tikintisi və təchizatı işləri ilə əlaqədar elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, bu barədə qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.
Qeyd olunub ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.
Satınalmanın dəyəri 12 657 007 AZN olub.