
ABŞ ordusunun yaranmasının 250 illiyi münasibətilə iyunun 14-də Vaşinqtonda hərbi parad keçiriləcək.
Teleqraf ABŞ mətbuatına istinadən xəbər verir ki, paradda 6000-dən çox hərbçi, 25 “Abrams” tankı, piyadalar üçün maşınlar, helikopterlər iştirak edəcək.
Hərbi paradın 25-45 milyon ABŞ dollarına başa gələcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ ordusunun yaranma gününün qeyd olunduğu 14 iyun tarixi həm də hazırkı dövlət başçısı Donald Trampın ad günüdür.