Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir .....                     7 il əvvəl anons verilmişdi .....                     Adil Vəliyev gecələri rahat yatırmı? .....                     Jurnalistlərin binasında İNTERNET PROBLEMİ .....                     Peşə təhsilində qanunsuz təyinatlar .....                     ABŞ Ukraynaya silah verəcək .....                     "MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" .....                     Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     Magistr diplomu olmayanlar işə götürülmür? .....                     "Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" .....                     Məşhur zavodun vergi borcu 198 min manatı ötdü .....                     Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” .....                     Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur .....                     Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? .....                     Bu gün təbii qazın real alternativi yoxdur .....                     "Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" .....                     Gənc şair Həsən Kür vəfat etdi .....                     Erməni əsgərlər hara daşınır? .....                     Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb .....                     Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: .....                     "Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb .....                     Paşinyanın GÜMRÜ GEDİŞİ... .....                     Əsl şeytan olan Paşinyan adlı bir türk... .....                     Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? .....                     BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA .....                     "Ocağım söndü" .....                     Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: .....                     Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı .....                     Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi .....                     Xankəndidən sonra vəziyyət DƏYİŞDİ .....                     İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib .....                     Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib .....                     Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana .....                     Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... .....                     Putin Bakıya onları göndərdi: yeni təklif var .....                     Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb .....                     Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu .....                     “Onlarla eyni verilişdə olmayacağam” .....                     “Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən .....                     Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib .....                 

Ailəli kişi sevgilisini dağa aparan zaman qəzaya düşdü - Özü öldü, qadın yaralandı
Tarix: 5-05-2025, 18:05 | Çap et
Ailəli kişi sevgilisini dağa aparan zaman qəzaya düşdü
Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Təbrizin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "DİA-AZ" Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 20 noyabr 2024-cü ildə baş verib.

Rayonun Baş Göynük kənd sakini Təbriz həmin gün saat 14 radələrində özünə məxsus "Mercedes-Benz" markalı avtomobili ilə yüksək sürətlə rayonunun Qudula kənd yolunda Şəki şəhəri istiqamətində hərəkət edib. O, idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobilin sağ arxa oturacağında əyləşmiş 1998-ci il təvəllüdlü Mətanət xəsarət alıb. 1991-ci il təvəllüdlü digər sərnişin Zamir İsmayılova xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, noyabrın 21-də xəstəxanada ölüb.

Hadisəni törədən Təbrizin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təbriz bildirib ki, təxminən 15 ildən artıqdır avtomobil idarə edir: "Anama məxsus "Mercedes-Benz" markalı avtomobili etibarnamə əsasında idarə edirəm. Noyabrın 20-də təxminən saat 10 radələrində yaşadığım kənddə icra nümayəndəliyinin binasının qarşısında dayanmışdım. Həmkəndlim Zamir yanıma gəldi. Şəki şəhərinə gedib-gəlməyimizin mümkün olub-olmadığını soruşdu. Onunla razılaşdıq.

Zamir maşının qabaq sağ oturacağında əyləşdi. Şəki avtovağzalı istiqamətinə hərəkətə başladıq. Şəkidə çay içdik".

Təqsirləndirilən şəxs qeyd edib ki, Zamirin tanışı olan, adını sonradan bildiyi Mətanət də ora gəlib:

"Hər ikisi avtomobilə əyləşdi. Zamir qabaq sağ oturacaqda, Mətanət isə arxa sağ oturacaqda oturdu.

Zamir dedi ki, Şəkinin Qudula kəndinə gedib, daha sonra yaşadığımız Baş Göynük kəndinə qayıdarıq. Avtovağzaldan çıxdıq, maşını üzü Qudula kəndi istiqamətinə sürdüm. Təxminən saat 14 radələrində Qudula kəndinə çatmağa az qalmış sürəti 120-yə qaldırdım. Bu vaxt partlayış səsi eşitdim və avtomobilin arxa sol tərəfindəki təkərin partladığını hiss etdim. Özümü itirdim, əlimi sükandan çəkdim. Avtomobil yolun əks istiqamətinə tərəf aşdı.

Özümə gələndə təcili tibbi yardım avtomobilinin gəldiyini, Zamirlə Mətanəti təcili yardım avtomobilinə mindirərək apardıqlarını gördüm. Sonra məni də təcili yardım avtomobilinə mindirib Şəki Rayon Mərkəzi Xəstəxanasına apardılar".

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə və mərhumun hüquqi varisi ilə barışıq əldə edib. Onun ifadəsinə görə, himayəsində yaşlı ata və anası var, əməlindən səmimi peşmanlıq çəkir.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mətanətin sözlərinə görə, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla tək yaşayır:

"Təxminən 3-4 aydır Zamiri tanıyırdım, aramızda sevgi münasibətləri vardı. Noyabrın 20-də təxminən saat 9 radələrində Zamirlə telefonla danışdım, mənə Şəki rayonuna gəlməyimi, bir gün onunla qalmağımı təklif etdi. Əvvəl razılıq verməsəm də, sonra razılaşdım".

Zərərçəkmiş qeyd edib ki, noyabrın 20-də saat 13 radələrində Şəki avtovağzalına gəlib:

"Orada Zamir və Təbriz mənə birlikdə dağa getməyi təklif etdilər. "Mercedes-Benz" markalı avtomobilə əyləşdik. Birlikdə Şəki rayonunda tanımadığım yüksəklik olan yerə getdik. Orada bir az durduqdan sonra yenə avtomobilə mindik, mən arxa sağ oturacaqda, Zamir qabaqda əyləşdi.

Yolda Təbrizlə Zamir birlikdə Zamirin əlində olan mobil telefondakı "TikTok" sosial platformasında videolara baxırdılar. On beş dəqiqə keçərdi, qəfil qarşıdan üzərimizə avtomobil gəldiyini gördüm. Təbrizin fikri yayındığı üçün gələn avtomobili görmədi, sükanı buraxdı, maşın yolun əks istiqamətinə çıxdı, 7-8 dəfə dövrə vuraraq aşdı.

Zamir zərbənin təsirindən avtomobilin pəncərəsindən çıxaraq yerə düşdü. Mən də Zamirin yanına düşdüm. Təbriz isə avtomobilin içərisindən özü çıxdı. Mən və Zamiri təcili yardım avtomobilinə mindirdilər. Bizi Şəki Rayon Mərkəzi Xəstəxanasına apardılar. Mənə ilkin tibbi yardım göstərdilər".

Zərərçəkmiş mərhum Zamirin hüquqi varisi qismində onun həyat yoldaşı çıxış edib. O bildirib ki, Şəki rayonunun Baş Göynük kəndində ailə üzvləri ilə birlikdə yaşayır:

"Rəsmi olaraq heç bir yerdə işləmirəm. Zamirlə 2012-ci ildə kəbinlə ailə həyatı qurmuşam, rəsmi nikahda olmasaq da, 2024-cü ilədək ər-arvad münasibətlərində birgə yaşamışıq. 2013-cü il təvəllüdlü qızımız, 2017-ci il təvəllüdlü oğlumuz dünyaya gəlib".

Hüquqi varis qeyd edib ki, noyabrın 20-də saat 16 radələrində Şəki rayonu Baş Göynük kəndində yaşadığı evdə olan vaxt qayınanası ona yol-nəqliyyat hadisəsi baş verdiyini deyib:

"Qayınanam Qənirə ilə birlikdə xəstəxanaya getdik. Sonra məni və qayınanamı evə yola saldılar. Noyabrın 21-də saat 6 radələrində qardaşım mobil telefonuma zəng edərək ərim Zamir İsmayılovun öldüyünü bildirdi".

Bu cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb. Təbriz 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib. 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir - ÇAĞIRIŞ
Bu gün, 07:24
7 il əvvəl anons verilmişdi – Paşinyan Bakıya görə hərəkətə keçir
Bu gün, 07:21
Adil Vəliyev gecələri rahat yatırmı? - bu qədər ittiham var, amma...
Bu gün, 05:05
Jurnalistlərin binasında İNTERNET PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 04:57
Peşə təhsilində qanunsuz təyinatlar - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
ABŞ Ukraynaya silah verəcək - Tramp BƏYAN ETDİ
Bu gün, 04:39
"MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" - Kamran Əsədov
Bu gün, 04:23
Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR - müavini ilə əlbir olaraq...
Bu gün, 04:20
Magistr diplomu olmayanlar işə götürülmür? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
"Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" - GƏLİŞMƏ
Bu gün, 04:03
Məşhur zavodun vergi borcu 198 min manatı ötdü - FOTO
Bu gün, 04:00
Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” - NƏ BAŞ VERİR?
Bu gün, 03:56
Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur - KİV
Bu gün, 03:53
Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? - FOTOLAR
Bu gün, 03:49
Bu gün təbii qazın real alternativi yoxdur - Hikmət Hacıyev
Bu gün, 03:33
"Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" - azərbaycanlı müğənni
Bu gün, 03:29
Gənc şair Həsən Kür vəfat etdi
Bu gün, 03:27
Erməni əsgərlər hara daşınır? – MN video yaymamağa çağırdı
Dünən, 23:44
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 23:40
Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: - Biri Rusiyada, digəri Afrikada çəkilib
Dünən, 18:03
"Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb
Dünən, 18:00
Paşinyanın GÜMRÜ GEDİŞİ... - ƏSLİNDƏ...
Dünən, 17:58
Əsl şeytan olan Paşinyan adlı bir türk... - Solovyov SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Dünən, 17:55
Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? – ŞOK TƏFƏRRÜATLAR
Dünən, 17:49
BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA - FOTOFAKT
Dünən, 17:39
"Ocağım söndü" – Pünhanın atası məhkəmədə fəryad etdi
Dünən, 17:36
Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: - Qlobal güclər bu regionu da yenidən dizayn etməyə çalışırlar
Dünən, 17:30
Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı - TƏFƏRRÜAT
Dünən, 17:28
Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi - Saakaşvili
Dünən, 17:26
Xankəndidən sonra vəziyyət DƏYİŞDİ – Rusiya Azərbaycanla barışmağa ÇALIŞIR
Dünən, 17:18
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib - Rusiya KİV
Dünən, 17:12
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib - RƏSMİ SƏBƏB odur ki...
Dünən, 17:11
Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi
Dünən, 16:53
Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Dünən, 16:48
Putin Bakıya onları göndərdi: yeni təklif var - FOTO
Dünən, 16:44
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Dünən, 16:41
Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu - GƏLİŞMƏ
Dünən, 16:30
“Onlarla eyni verilişdə olmayacağam” - Xalq artisti etiraz etdi
Dünən, 16:28
“Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən -AZAD EDİLDİ
Dünən, 16:26
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib - TASS
Dünən, 16:23
"Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." - AKTUAL
Dünən, 16:20
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub - FOTO
Dünən, 16:14
"MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 16:12
Bakıda kuryerlər "Wolt"u boykot edir - FOTO
Dünən, 16:07
Paylaşıb biabır edəcəyəm - Tanınmış bloger
Dünən, 16:03
Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı
Dünən, 15:58
MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı – MƏHKƏMƏ İŞİ
Dünən, 15:57
Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi - VİDEO
Dünən, 15:01
“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır
Dünən, 14:51
Tələbələr etiraza qalxdı… - SABAH qruplarına onların qəbulu niyə ləğv edildi?
Dünən, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru