Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                     Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır .....                     Daha bir qadın yüksək vəzifəyə təyin olundu .....                     9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                 

İki nüvə gücü üz-üzə: - “Asiya qan gölünə çevrilə bilər”
Tarix: 26-04-2025, 14:00 | Çap et
İki nüvə gücü üz-üzə:
Hindistanla Pakistan arasında hərbi gərginlik yenidən vüsət alıb. Kəşmirdə nəzarət xəttində Pakistan hərbçiləri Hindistan postlarını atəşə tutub. Hindistan ordusu tərəfindən cavab tədbirləri görülüb. Pakistanın müdafiə naziri Xavaca Asif qeyd edib ki, iki nüvə dövləti arasında toqquşma həmişə narahatlıq doğurur: “Əgər hər hansı səhv olarsa, bu qarşıdurma faciəvi şəkildə bitə bilər”.

Hindistanda baş verən terror nəticəsində dinc insanlar həlak olub. Hindistan hakimiyyəti isə bu terror aktında Pakistanı günahlandırır. İddia olunur ki, terroru həyata keçirən 3 nəfərdən ikisi pakistanlıdır. Nəticədə rəsmi Dehli İslamabada qarşı diplomatik tədbirlərə əl atıb. Pakistan da eyni tədbirləri Hindistana qarşı tətbiq edib. Hindistan Pakistana verilən suyu kəsib. Bu isə tərəflər arasında keçən əsrin 60-cı illərində imzalanan müqavilənin kobud şəkildə pozulması deməkdir. Çünki suyun kəsilməsi Pakistanın kənd təsərrüfatını ağır vəziyyətə sala bilər. Bu cür hallar Hindistanla Pakistan arasında əvvəllər də baş verib.

Tərəflər bir-birinə aviazərbələr endirib. İndiki halda mütəxəssislər daha çox qarşılıqlı aviazərbələr, raket zərbələrinin vurulacağını ehtimal edir. Güman olunur ki, hər iki tərəf vəziyyətin müharibə həddinə çatmaması üçün əlindən gələni edəcək və qarşılıqlı aviazərbələrdən sonra vəziyyətdən çıxış yolları axtarılacaq.

Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 26 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Yeni Dehlidəki səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.

Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib. Aprelin 25-də isə Hindistan Hind çayının qarşısını kəsərək Pakistana axını əngəlləyib.

Pakistan isə öz hava məkanını Hindistan təyyarələri üçün bağlayıb. Sərhəddə yerləşən “Vagah” nəzarət-buraxılış məntəqəsini bağlayıb, Hindistanla bütün ticarəti də dayandırıb.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandırıb. Analitik deyib ki, Hindistanla Pakistan arasında qarşıdurma ilk deyil:

- Kəşmir problemi bu iki dövləti zaman-zaman qarşı-qarşıya gətirib. İndiki gərginlik də məhz Kəşmirdə baş verən terror hadisəsi ilə bağlıdır. Hindistan Pakistanı ittiham edir ki, turistlərin atəşə tutulmasının arxasında Pakistan dövləti dayanır. Yəni ittiham birbaşadır və bir dövlət terror aktının hazırlanmasında, təşkilində günahlandırılır. Bu, hərbi əməliyyatların başlaması riskini artırır.

Ümumiyyətlə, dünyanın bütün nöqtələrində bu gün müharibə ocaqları alovlanmaqdadır. Yeni müharibə ocaqları yaranır, dondurulmuş münaqişələrin donu açılır və s. Bu da, hesab edirəm ki, yeni dünya nizamının qurulması ilə bağlıdır. Bu gün bütün regionlarda böyük güclərin savaşlarını müşahidə edirik. Güclər öz təsir zonalarını müəyyənləşdirirlər, dünyanın bölünməsi prosesi gedir. Baş verən qarşıdurmalar, toqquşmalar da məhz bununla bağlıdır. Harada bir münaqişə ocağı varsa, maraqlı qüvvələr onun üzərinə benzin tökməklə məşğuldurlar. İndi dünyada sülh və sabitliyi düşünən yoxdur, indi münaqişələrdən hansısa formada yararlanmağa çalışan mərkəzlər var. Müharibələr isə təəssüf ki, xalqların itirməsi ilə nəticələnir.

- Nəzərə almaq lazımdır ki, Hindistan da, Pakistan da nüvə dövlətləridir. Bu dövlətlərin qarşı-qarşıya gəlməsi, müharibə riskinin hər saat arması dünyaya nə vəd edir?

- Böyük fəlakət vəd edir. Artıq tərəflər bir-birlərinə xəbərdarlıq ediblər və təxribatların qarşısının sərt şəkildə alınacağı bildirilib. Hətta Pakistanın müdafiə naziri iki nüvə dövləti arasında gərginliyin sonunun yaxşı nəticələnməyəcəyini söylədi. Bu, hesab edirəm ki, bir siqnal idi.

Amma güman etmirəm ki, iki dövlət arasında münasibətlər nüvə silahından istifadə etmək mərhələsinə gəlib çatacaq. Hazırda daha çox diplomatik gərginlik, diplomatik savaş müşahidə edilir. Vizaların qarşılıqlı ləğvi, köhnə müqavilələrə xitam verilməsi, insanların deportasiyası və s. Düzdür, silahlardan atəş də açılır. Amma güman etmirəm ki, nüvə silahı işə düşəcək. Çünki buna nüvə dövlətlərinin imkan verəcəyi ağlabatan deyil. Rusiya kimi terrorçu, dünyanı vecinə almayan dövlət belə nüvə silahına əl atmadı, ata bilmədi. Çünki bunun nəticələrinin ağır ola biləcəyini hər kəs anlayır. Bu baxımdan,Ə Hindistan və Pakistan arasında nüvə silahından istifadə istisna edilir. Əks halda, Asiya qan gölünə çevrilə bilər.

Məncə, tərəflər gərginliyi aradan qaldırmaq, münasibətləri bərpa etmək üçün bir masa arxasında əlyəşməlidirlər. Yəqin ki, beynəlxalq təşkilatlar, böyük güclər tərəfindən bu təkliflər veriləcək, çalışmalar həyata keçiriləcək.

- Məlumdur ki, Pakistan Azərbaycana dost dövlətdir. Belə olan halda Bakının proseslərə baxışı necə olmalıdır?

- Əlbəttə, Pakistan bizə dost vəq ardaş ölkədir, strateji tərəfdaşımızdır. Hindistan isə Ermənistana havadarlıq edən, Ermənistanın silahlanmasında müstəsna xidməti olan dövlətdir. Hindistanın Ermənistana isti yanmaşmasının bir səbəbi də məhz Pakistanla Azərbaycan arasındakı inkişaf edən münasibətlərdir, dostluq əlaqələridir.

Əlbəttə, Azərbaycan istəmir ki, dost ölkə, strateji tərəfdaş olan ölkə müharibəyə girsin, qan tökülsün. Rəsmi Bakının bəyanatlarında hər zaman sülh və sabitliyə çağırış var. Azərbaycan tərəfi hər zaman beynəlxalq hüquqdan yana mövqe nümayiş etdirib, ədalətli qərarlarda maraqlı olub. Təbii ki, Azərbaycan Pakistanın maraqlarına dəstək nümayiş etdirib, etdirəcək və İslamabadın haqlı mövqeyi dəstəklənəcək. Bütün hallarda isə biz qanlı qarşıdurmanın, müharibənin olmasından yana deyilik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru