“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” .....                     Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir .....                     Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır .....                     Qızıl rekordları yeniləyir: qiymət niyə artır? .....                     Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib .....                     İranı nə Pezeşkian, nə də Xamanei idarə edir .....                     Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər .....                     Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? .....                     Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” .....                     "Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib .....                     Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib .....                     İlhamə xanımın BUFET YEYİNTİSİ... .....                     Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı .....                     "Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" .....                     İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib .....                     Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər .....                     Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü .....                     İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir .....                     Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı .....                     Eduard Məmmədova vəzifə verildi .....                     Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... .....                     Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT .....                     "Bu məsələnin sonuna qədər gedəcəm..." .....                     "Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" .....                     18 illik müştərisi ÜSYAN ETDİ... .....                     Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək .....                     Zatulinin erməni sevgisi hələ bitməyib .....                     İrəvanın TƏHLÜKƏLİ OYUNU .....                     Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib .....                     Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... .....                     Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib .....                     İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır .....                     Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT .....                     Öcalanın `TƏSLİM OLUN` çağırışı və... .....                     Putin Kadırovu İRƏLİ VERİB... .....                     Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? .....                     Yerə qoyulan silah... .....                     Kadırovun BULANIQ MƏQSƏDİ... .....                     Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir .....                     Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri .....                 

İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Tarix: Dünən, 16:52 | Çap et
İqtidarla müxalifət bir masa ətrafında:
Fevralın 25-də siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən “Hilton Baku” hotelində “dəyirmi masa” təşkil olunub. Görüşdə Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu xüsusi vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, qızıl hərflərlə yazılmış bu unudulmaz tarix dövlətimizə ərazi bütövlüyü və suverenlik bəxş etməklə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.

Yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışarkən bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib.

2024-2025-ci illərdə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində siyasi partiyaların fəal iştirakı haqqında danışan Ə.Vəliyev partiyaların mütləq əksəriyyətinin seçkilərdə iştirakını demokratik münasibətlərin təzahürü kimi dəyərləndirib və bu iştirakçılığın partiyaların siyasi institut kimi daha da təkmilləşməsinə və inkişafına müsbət təsirlərini qeyd edib.

“Dəyirmi masa”da iştirak edən partiya sədrləri, media nümayəndələri iqtidara təkliflər səsləndiriblər, problemləri qabardıblar. Bir növ, iqtidar-müxalifət dialoqu da adlandırılan tədbiri tənqid edənlər da mövcuddur.

Görüşdə iştirak edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev AYNA-AZ-ın suallarını cavablandırarkən deyib ki, dialoqu tənqidlərlə razı deyil:

- Görüşdə dövlət strukturlarının nümayəndələri iştirak edirdi və bu, tərkib baxımından görüşün rəngarəng keçdiyini deməyə əsas verir. Hesab edirəm ki, bu “dəyirmi masa” siyasi dialoqun növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Bu, beş il bundan əvvəl başlayan prosesin davamıdır. Açıq demək lazımdır ki, ondan əvvəl iqtidarla müxalifət arasında düşmən münasibət, inkarçılıq vardı. Seçkilər keçirilirdi və müxalifətin böyük hissəsi hakimiyyətin legitimliyini qəbul etmirdi, iqtidar müxalif qüvvələri tanımırdı. Müəyyən məsələlərdə isə iqtidarla müxalifət vasitəçi ilə əlaqə saxlayırdı. Məsələn, hansısa məsələni iqtidar müxalifətə, müxalikfət iqtidara çatdırmaq istəyəndə arada ya ATƏT-in nümayəndəsi olmalı idi, ya hansısa ölkənin diplomatı olmalı idi. Amma beş il bundan əvvəl cənab Prezident İlham Əliyev ortaya siyasi iradə qoydu və iqtidar-müxalifət dialoqu formalaşdı. Bunun yaranmasında Prezident adminstrasiyasının müvafiq şöbəsinin, xüsusən də hörmətli Ədalət Vəliyevin rolu danılmazdır. Yəni demək istəyirəm ki, bu dialoq var və dialoqun olması önəmlidir.

- Dialoq siyasi partiyalara nə qazandırır?

- Əlbəttə, siyasi qüvvələrin ümumilli məsələlərdə vahid mövqe ortaya qoyması dövlətimiz və dövlətçiliyimiz baxımından önəmlidir. İkincisi, bu görüşlərdə müxalif qüvvələr fikirlərini, təkliflərini açıq şəkildə ortaya qoyurlar. Sözümüzü aidiyyəti qurumların nümayəndələrinə çatdırırıq, təkliflərimizi veririk. Bunun nəyi pisdir ki? Bilirsiniz, əsas odur ki, indi iqtidarla müxalifət arasında hansısa vasitəçiyə ehtiyac yoxdu. Əvvəllər bəzi müxalif qüvvələr iqtidarla gizli danışıqlara gedirdi, Milli Məclisdə mandat almağı razılaşdırırdı və s. Həm də bu, hansısa dövlətin diplomatının vasitəçiliyi ilə olub. Biz hər zaman bunun əleyhinə olmuşuq, vasitəçisiz, birbaşa dialoqun, müzakirələrin tərəfdarı olmuşuq. İqtidarın içərisində də müxalifətlə dialoqun əleyhinə olan qüvvələr var idi. Onlar belə hesab edirdilər ki, müxalifətlə danışığa getmək lazım deyil, müxalifət antimillidir, müxalifəti saya salmaq lazım deyil və s. Bununla hakimiyyətə bir növ özünü müdafiəçi kimi göstərmək istəyirdilər. Biz isə hər zaman demişik ki, ölkəmizin inkişafını, ərazi bütövlüyümüzün bərpasını istəyirik, arzulayırıq, milli maraqlarda hər zamanhəmrəyik. Yəni biz heç də bəzilərinin təqdim etdiyi kimi, düşmən deyilik. Zaman keçdi, daşlar yerinə oturdu, kimin düşmən, kimin dost olduğu ortaya çıxdı. Əsasən də 44 günlük Vətən müharibəsində bizim siyasi partiyaların böyük əksəriyyəti müdriklik nümayiş etdirdilər, kritik məqamda iqtidara dəstək verdilər, siyasi hakimiyyətə dəstək verildi, həmrəylik nümayiş etdirildi. Bu, müharibədə qələbənin əsas komponentlərindən biridir. Bu həm də onu göstərdi ki, siyasi partiyaların dialoqu mümkündür və müzakirələrlə xeyli problemlər aradan qaldırıla bilər.

- “Dəyirmi masa” iştirakçılarının təklifləri diqqətə alınacaqmı?

- Hər halda, diqqətə alınacaq, müəyyən təkliflər nəzərdən keçiriləcək. Bilirsiniz, orada iştirak edən hər bir kəsə fikrini açıq şəkildə demək imkanı tanındı. Bu, təkliflərin, fikirlərin deyilməsi üçün bir fürsətdir. Biz bu fürsətdən niyə yararlanmamalıyıq?! Onu da deyim ki, həmin tədbirdə təkcə partiya sədrləri deyil, media nümayəndələri, analitiklər, ekspertlər, alimlər iştirak edirdi. Hər kəs də öz fikirlərini hakimiyyət nümayəndələrinə çatdırdı. Əlbəttə, qaldırılan məsələlərin hamısının nəzərə alınacağını demək çətindir. Amma nəzərə alınan məsələlər də var. Əsas məsələ odur ki, bu dialoq, müzakirələr olmalıdır, genişlənməlidir. Hesab edirəm ki, son “dəyirmi masa”da əvvəlki dövrlərdən fərqli olaraq çox səviyyəli müzakirələr oldu. Demək ki, keçən müddət ərzində siyasi cəhətdən xeyli qabağa getmişik. Hakimiyyətin ünvanına kəskin ifadələr də işlədildi və iqtidar buna çox təmkinlə yanaşdı. Sözü kəsilən, kobud rəftara məruz qalan olmadı. Hesab edirəm ki, biz bu mərhələni mütləq keçməliyik.

- Amma dialoqu mənasız sayanlar, dialoqda iştirak edən partiyaları tənqid edənlər də var...

- Bilirəm hansı partiyaları nəzərdə tutursunuz. Bizi tənqid edən partiyalar dialoqdan imtina edən məlum iki partiyadır. Mən onların arqumentlərini doğru saymıram. Təbii ki, bu da onların mövqeyidir, amma yanlış yanaşmadır. Əvvəldə bəzi məsələləri dedim, yenə demək istəyirəm ki, biz düşmən deyilik. İqtidar da, müxalifət də cəmiyyətin bir hissəsidir və onlar vasitəçisiz danışa bilərlər. Dialoqun nəyi pisdir, anlamıram? Əgər iqtidara sözünü açıq deyə bilirsənsə, fikrini sərbəst şəkildə çatdıra bilirsənsə, bundan niyə istifadə etməyəsən? Mən dialoqda iştirak edən partiyaları qınayanları qınayıram və hesab edirəm ki, bu, doğru yanaşma deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58
Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? – Yenə duz alınır
Bu gün, 10:55
Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI
Bu gün, 10:50
"Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
Bu gün, 10:48
Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib - KİV
Bu gün, 10:45
İlhamə xanımın BUFET YEYİNTİSİ... - Dövlətə vergi belə vermir...
Bu gün, 10:44
Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı TƏFƏRRÜAT
Bu gün, 10:32
"Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" - Bərdədən ŞOK MÜRACİƏT
Bu gün, 10:29
İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib – Dəyəri 43 manat olub
Bu gün, 10:17
Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 10:10
Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü - TƏFƏRRÜAT
Bu gün, 10:08
İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir – ELDAR HƏSƏNOVUN QIZI
Bu gün, 09:56
Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:50
Eduard Məmmədova vəzifə verildi - FOTO
Bu gün, 09:48
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... - Ekspert danışır...
Bu gün, 09:37
Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 09:34
"Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22
"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11
18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08
Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək - MƏQALƏ
Bu gün, 09:00
Zatulinin erməni sevgisi hələ bitməyib - NƏ ETMƏLİ?
Bu gün, 08:56
İrəvanın TƏHLÜKƏLİ OYUNU - ABŞ-yə belə deyir... Kremlə belə...
Bu gün, 08:54
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Bu gün, 08:50
Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:42
İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır - FAKT BUDUR!
Bu gün, 08:38
Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT - AXI NİYƏ?..
Bu gün, 08:36
Öcalanın `TƏSLİM OLUN` çağırışı və... - AKTUAL
Bu gün, 08:33
Putin Kadırovu İRƏLİ VERİB... - ÇÜNKİ...
Bu gün, 08:31
Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:29
Yerə qoyulan silah... - Görünəni odur ki...
Bu gün, 08:27
Kadırovun BULANIQ MƏQSƏDİ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:24
Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri - Parçala, hökm sür?
Bu gün, 07:17
76 illik silah itirilir: iki ölkə kənarda qalır – Türk ordusuna ehtiyac var
Bu gün, 07:13
SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... - 35 ildir ki, çözə bilmirik...
Bu gün, 07:11
Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır - İLGİNC
Bu gün, 07:03
Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? – ETİRAF
Bu gün, 07:01
Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22
Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13
Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
Bu gün, 01:03
Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi - TƏFƏRRÜAT
Bu gün, 00:53
Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib - TENDER
Bu gün, 00:44
Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir - FOTOFAKT
Bu gün, 00:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru