24 minlik alimenti ödəmədi .....                     Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir .....                     Aybəniz İsmayılovanın ADY-dəki qohumları .....                     “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” .....                     Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir .....                     Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır .....                     Qızıl rekordları yeniləyir: qiymət niyə artır? .....                     Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib .....                     İranı nə Pezeşkian, nə də Xamanei idarə edir .....                     Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər .....                     Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? .....                     Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” .....                     "Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib .....                     Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib .....                     İlhamə xanımın BUFET YEYİNTİSİ... .....                     Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı .....                     "Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" .....                     İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib .....                     Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər .....                     Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü .....                     İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir .....                     Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı .....                     Eduard Məmmədova vəzifə verildi .....                     Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... .....                     Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT .....                     "Bu məsələnin sonuna qədər gedəcəm..." .....                     "Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" .....                     18 illik müştərisi ÜSYAN ETDİ... .....                     Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək .....                     Zatulinin erməni sevgisi hələ bitməyib .....                     İrəvanın TƏHLÜKƏLİ OYUNU .....                     Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib .....                     Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... .....                     Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib .....                     İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır .....                     Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT .....                     Öcalanın `TƏSLİM OLUN` çağırışı və... .....                     Putin Kadırovu İRƏLİ VERİB... .....                     Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? .....                     Yerə qoyulan silah... .....                 

Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Tarix: Dünən, 16:29 | Çap et
Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir
ABŞ prezidenti Donald Trampın xarici siyasətinin prioritetləri, xüsusən də Rusiya ilə bağlı siyasətinin əsas mahiyyəti və alt qatdakı məsələlər getdikcə daha aydın şəkildə özünü büruzə verir. Trampın kabinetin ilk iclasında verdiyi mesajlardan da aydın olur ki, Ağ Evin növbəti mərhələdə qarşısında duran əsas strateji hədəf Arktikadır.

Arktika uğrunda mübarizə XX əsrin əvvələrində başlasa da, qlobal iqlim dəyişikliyinin Arktika sularında gəmiçilik, zəngin təbii ehtiyatların istismarı üçün daha əlverişli şərait yaratması, Arktikaya marağı son illərdə kəskin şəkildə artırıb.

Trampın istər Kanada, istər Qrelandiya adasına sahiblənmək, istərsə də Ukrayna müharibəsinin qısa zamanda bitirməsinin alt qatında Arktikaya sahiblənmək kimi ciddi məsələ dayanır.

Ağ Ev vaxt itirmədən Arktika uğrunda savaşda üstünlüyü əldə etmək istəyir. Çünki Arktika uğrunda savaşda əsas ənənəvi oyunçular olan ABŞ, Kanada, Danimarka, Norveçlə yanaşı, Çin yeni oyunçu kimi bölgəyə çox böyük maraq göstərir. Hətta Çin Arktikada əməkdaşlıq etmək və burada paya sahib olmaq üçün naviqasiya sahəsinə ciddi diqqət yetirərək buzqıran gəmilər hazırlayır.

“Snow Dragon” buzqıran gəmisi Arktika suları vasitəsilə 2012-ci ildə Avropaya üzən ilk Çin gəmisi olub. Son illərdə Çin Arktikada maraqlarını təmin etmək üçün gəmiçiliklə yanaşı, digər sahələrdə, xüsusən də texnoloji sahədə addımlar atmaqdadır. ABŞ isə Çini mövcud qlobal proseslərdə əsas rəqibi kimi gördüyündən yaxşı anlayır ki, Pekin Moskva ilə Arktikada aktiv birgə əməkdaşlığa başlasa, durum heç də onun istədiyi kimi ürəkaçan olmayacaq.

Tramp kabinetin ilk iclasında açıq şəkildə bəyan etdi ki, ABŞ Rusiya və Çinlə əla münasibətlər qurmağa ümid edir, lakin Çini özünə rəqib sayır. Tramp bu etirafı ilə mesaj verdi ki, Ağ Ev üçün əsas rəqib Rusiya deyil, Çindir. Ona görə də əsas diqqətini Arktikaya yönəltməyə qərar verib.

Arktikada əsas pay sahibi olan Rusiya ABŞ-nin bu planını yaxşı bildiyindən Çinlə birgə əməkdaşlıq etməklə ABŞ-nin dominantlığının qarşısını almağa çalışır. Moskva Pekinlə birgə əməkdaşlıq etməklə ABŞ-ni Arktikadan sıxışdırmağı planlaşdırır.

Onu da qeyd edək ki, Rusiyanın ÜDM-nin 30 faizi Aktikada hasil olunan enerji ehtiyatlarından, həm də digər məhsullardan formalaşır.

Arktikada savaş təkcə zəngin enerji və nadir qiymətli yeraltı sərvətlər uğrunda getmir, eyni zamanda Şimal qütbündəki nəqliyyat dəhlizi uğrundadır.

Bu gün Qərb Rusiyanın Avropa istiqamətində gedən quru yollarını bağlasa da, Şimal Dəniz Marşrutu fəaliyyətdədir və bu yol daha qısa və sərfəlidir. Şimal Dəniz Marşrutu Asiyadan Avropaya ən qısa yol olmaqla yanaşı, həm də yeni İpək Yolu hesab edilir.

Qlobal istiləşmə nəticəsində yaxın 30-40 ildə Şimal Qütbdən daha rahat hərəkət etmək mümkün olacaq. Aktikada iqlim dəyişikliyi nəticəsində buzlaqların əriməsi həm yeraltı sərvətlərin istismarını ucuzlaşdıracaq, həm də dəniz nəqliyyatının hərəkətini asanlaşdıracaq. Bu da o deməkdir ki, yaxın gələcəkdə Şimal Dəniz Yolu Cənubdan keçən Süveyş kanalını əvəz edəcəyindən geosiyasi və geoiqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edəcək. Arktika savaşının tərkib hissələrindən biri də Şimal Dəniz Yoluna nəzarət uğrunda olacaq.

Qərb Rusiyanın Avropaya gedən qısa quru yollarını, o cümlədən Qara dəniz və Baltik dənizi vasitəsilə hərəkətini məhdudlaşdırıb. Yeganə maneəsiz hərəkət Şimal Dəniz Yoludur ki, ABŞ bu yolda da nəzarəti ələ keçirmək istəyir.

Bu baxımdan Trampın Putini Ukraynada şirnikləndirici oyuna cəlb etməsinin arxasında Rusiyanı tələyə salacaq daha ciddi proseslərin olduğunu görmüş olarıq.

Trampın birinci prezidentliyi dövründə Qrenlandiyanı almaq təklifinin arxasında bu məqsəd dayanırdı. İndi isə bu məsələ daha da aktuallaşıb.

Ona görə də yaxın gələcəkdə Arktika uğrunda savaş getdikcə daha ciddi xarakter alacaq. Arktika uğrunda savaşın başlanacağını bir müddət əvvəl Rusiyanın Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçukda dilə gətirərək deyib ki, Arktika gələcəyin sınaq poliqonudur: “Bu gün bizim diqqətimizi Ukrayna və ya Ermənistana cəlb edib məsələni əsl mahiyyətindən ayırırlar. Əslində, əsas sınaq meydançası Arktikadır”.

Kovalçuk bildirib ki, hazırda Arktika üçün böyük mübarizə gedir: "Bunu Qrenlandiyada baş verənlər aydın şəkildə nümayiş etdirir. Əgər ABŞ bu adanı Kanada ilə birlikdə götürsə, o zaman onlar güc baxımından bizimlə bərabər olacaqlar. Biz çox güclü olmalıyıq və bu gün Arktikada bizi tutmağın çox çətin olacağı mövqelər tuta bilərik".

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov da fevralın 26-da müsahibəsində Arktika uğrunda savaşın getdikcə qızışdığını dilə gətirərək, Arktikanı münaqişələrdən azad bölgə olmağa çağırıb.

Rusiyalı diplomat deyib ki, Arktika münaqişə potensialından uzaq olmalıdır və regionun birgə inkişafı, kəşfiyyatı üçün bütün dövlətlərə bərabər imkanlar verilməlidir.

Stepanov onu da bildib ki, Rusiya üçün əsas problem Kanada, ABŞ və Avropa tərəfindən Arktikanın hərbiləşdirilməsidir: "Biz bu ərazilərdə Rusiyanın maraqlarını və suverenliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürük".

Təbii ki, Moskva əlverişli şərtlər daxilində, xüsusən də Qərbin Rusiyaya qarşı sanksiyalarının aradan qaldırılması, Ukraynada güzəştə gedəcəyi təqdirdə Vaşinqtonla Arktikada birgə işləməkdə maraqlıdır.

Bunu fevralın ortalarında Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev də dilə gətirib. O, Rusiyanın ABŞ ilə Arktikada birgə layihələrin hazırlanmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin söyləyib ki, məsələ ilə bağlı irəliləyiş yaxın iki-üç ay ərzində əldə edilə bilər.

“Bloomberg”in ötən günlərdə yazdığına görə, Moskva və Vaşinqtonun müzakirə etdiyi məsələlər arasında Arktikada təbii ehtiyatların birgə çıxarılması və ticarət yollarının inkişafı da var.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə açıqlamasında bu məsələyə aydınlıq gətirərək deyib ki, Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında potensial əməkdaşlıq üçün geniş sahə müzakirə edilib. Peskov birbaşa olmasa da, dolayı yolla bunu etiraf etmiş olub.

Hazırkı mərhələ Arktika uğrunda savaşın ilkin mərhələsi hesab edilsə də, yaxın perspektivdə bu daha da aktual xarakter alacaq. Yeni geosiyasi reallıqlar Arktika uğrunda mübarizənin güclənməsini diktə edir. Artikada marağı olan bu ərazidə öz iqtisadi, hərbi və siyasi maraqlarını təmin etmək üçün mövqelərini açıq şəkildə bəyan edirlər.

Mürtəza
Ölkə.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31
Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58
Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? – Yenə duz alınır
Bu gün, 10:55
Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI
Bu gün, 10:50
"Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
Bu gün, 10:48
Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib - KİV
Bu gün, 10:45
İlhamə xanımın BUFET YEYİNTİSİ... - Dövlətə vergi belə vermir...
Bu gün, 10:44
Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı TƏFƏRRÜAT
Bu gün, 10:32
"Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" - Bərdədən ŞOK MÜRACİƏT
Bu gün, 10:29
İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib – Dəyəri 43 manat olub
Bu gün, 10:17
Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 10:10
Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü - TƏFƏRRÜAT
Bu gün, 10:08
İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir – ELDAR HƏSƏNOVUN QIZI
Bu gün, 09:56
Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:50
Eduard Məmmədova vəzifə verildi - FOTO
Bu gün, 09:48
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... - Ekspert danışır...
Bu gün, 09:37
Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 09:34
"Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22
"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11
18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08
Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək - MƏQALƏ
Bu gün, 09:00
Zatulinin erməni sevgisi hələ bitməyib - NƏ ETMƏLİ?
Bu gün, 08:56
İrəvanın TƏHLÜKƏLİ OYUNU - ABŞ-yə belə deyir... Kremlə belə...
Bu gün, 08:54
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Bu gün, 08:50
Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:42
İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır - FAKT BUDUR!
Bu gün, 08:38
Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT - AXI NİYƏ?..
Bu gün, 08:36
Öcalanın `TƏSLİM OLUN` çağırışı və... - AKTUAL
Bu gün, 08:33
Putin Kadırovu İRƏLİ VERİB... - ÇÜNKİ...
Bu gün, 08:31
Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:29
Yerə qoyulan silah... - Görünəni odur ki...
Bu gün, 08:27
Kadırovun BULANIQ MƏQSƏDİ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:24
Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri - Parçala, hökm sür?
Bu gün, 07:17
76 illik silah itirilir: iki ölkə kənarda qalır – Türk ordusuna ehtiyac var
Bu gün, 07:13
SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... - 35 ildir ki, çözə bilmirik...
Bu gün, 07:11
Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır - İLGİNC
Bu gün, 07:03
Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? – ETİRAF
Bu gün, 07:01
Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22
Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13
Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
Bu gün, 01:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru